Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
106 
 
Bax səhnəyə, bax bir də məhəbbətlə bir anlıq. 
Bir zərrə qədər qəm yemə, gəncsən, hələ gəncsən, 
Mənalı keçən illərinin şahidiyəm mən. 
Gəlməzdi xoşun başda oturmaqdan, a dostum, 
Artıq danışıb məclisi yormaqdan, a dostum. 
Sən harda oturdunsa, inan, başda göründün, 
Son cərgədə əyləşdiyin an, başda göründün. 
Yüksəklərə qalxdınsa da "mən, mən" demədin sən, 
Süfrəndəki nemətləri heç tək yemədin sən, 
Xalq içrə, əzizim, adın hörmətlə çəkildi
Hörmətlə, məhəbbəttə çəkildi. 
Əldən-ələ, dildən-dilə gəzdikcə kitabın, 
Yox, yox, "bu mənimdir" sözü çıxmazdı dilindən. 
Tərif deyilən vaxt üzünə, buydu cavabın - 
"Tərifləməyin, çünki həvəskar yazanam mən". 
Hər kəlmən, əzizim, məni dinlə - 
Gül oldu bütün dostlara, düşmənlərə - güllə. 
Şair ürəyin, məncə, məhəbbətlə ekizdir. 
Arzun, diləyin, məncə, məhəbbətlə ekizdir. 
Cəfər! qara gözlü, bizim ağ günlü sevillər 
Hər yerdə səni bir ata tək gör nə sevirlər! 
Dostum, sən özün yaxşı bilirsən bunu məndən. 
Övladlarının bir daha xoş bəxtinə bax sən - 
Sən istəyini, arzunu bir aləmə yaydın, 
Cəfər, gözün aydın, 
Çox sevdiyin, aydınların aydın yola çıxdı, 
Ağ günlü gözəllərlə verib qol-qola çıxdı. 
Ey alnı açıq, qəlbi təmiz bəxtəvər insan
Az dadmışam mən də sənin duz-çörəyindən, 
Milyon ürəyə körpü yaratdın ürəyindən. 
Xatırla, əzizim, o əziz günləri bir də, 
Şair həvəsilə gələrək vəcdə bu yerdə 
Şair sayağı əldə qələm yollara çıxdın, 
Dost tək yeni aləm yaradan elleri sıxdın. 
Əllərdə qalıbdır o hərarət hələ, dostum. 
Olmuş sənə qismət bu şərəf, fəxr elə, dostum. 
Yollarda qələmsiz səni el görmədi bir gün, 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
107 
 
Söz mülkünə şagird də, müəllim də özündün.  
Yazmaq və yaratmaq həvəsiylə  
Yüksək, on uca zirvəyə çatmaq həvəsiylə  
Eldən gözəl insanların ünvanını sordun,  
Yollar səni heç yormadı, sən yolları yordun.  
Al bayrağın altında gedənlər yorularmı?  
Öz qəlbini al bayraq edənlər yorularmı!  
Sevdin vətəni, milləti namuslu oğul tək,  
Oldun bizə örnək. 
Sən sənətə məcnun kimi qəlbinlə vuruldun,  
Ağ saçlı bu yollarda böyük qardaşım oldun.  
Qardaş kimi, sirdaş kimi sevdim səni, hər an,  
Bax, sən tək uğullarla gözəlləşdi bu dövran!  
Əsgərdin əzəl gündən elinçin, vətəninçin,  
Düşmən səni sevməzdi, bu aydındı səninçin.  
Ön cərgədəsən sən yenə əsgər kimi, Cəfər, 
 Addımla bu yollarda səfərlər kimi, Cəfər!  
Cəfər, demə ki, keçdi cavanlıq,  
Öz dostunu gəl dinlə bir anlıq.  
Heç kim sənə çox yaş verə bilməz bu yaşında,  
Gəl şənliyə öz sadə çələnginlə başında.  
Sən yayda da, sən qışda da ölkəmdə baharsan,  
Torpaqların altında da, üstündə də varsan.  
Haqdır bu sözüm, səndə düha qüdrəti varmış,  
Alqış sənə, alqış sənə, alqış sənə, alqış!  
Sığmır yerə, sığmır göyə sayəndə sevincim,  
Güllər bitirir sanki bu gülşəndə sevincim.  
Alqış, bu böyük sərvətə, bu sənətə alqış  
Alqış belə övlad yetirən millətə alqış! 
 
 
YERİNİZ OLMAYACAQ 
 
Dostlar! Axır zamanlar məni yaman dərd alıb,  
Nədənsə bir sualım yenə cavabsız qalıb.  
Doğru yoldan azanlar,  
Tartan-partan yazanlar 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
108 
 
Bizi başa düşmürsən, bizi sevmirsən deyə 
Az qalıb millətimi çəksinlər "məhkəməyə". 
Şairlər, filosoflar yetirən millətimə 
Dünyaya füzulilər gətirən millətimə 
"Səviyyədən kasıbdır" deyib dodaq büzən var, 
Çirkabın, nadanlığın lehməsində üzən var. 
Təəccüblü budur ki, tapdayıb həqiqəti, 
Ya açıq, ya xəlvəti 
Onlan əzizləyib oxşayanlar tapılır, 
Onların özlərinə oxşayanlar tapılır. 
Bu bədbəxtlər beş-altı havadar tapsalar da, 
Ürəklərin qapısı bağlıdır üzlərinə. 
Qışda deyib gülürlər, ağlayırlar baharda, 
Afərinlər deyirlər özləri özlərinə
Ey millətdən, vətəndən üz döndərənlər, yetər, 
Yetər yamaq oldunuz bu göyçək dünyamıza. 
Sizi başa düşənlər, sizi candan sevənlər 
Deyin hansı əsrdə gələcək dünyamıza? 
Yox, yox, heç bir əsrdə yeriniz olmayacaq, 
Mil1ətimə xoş gələn şeriniz olmayacaq. 
Minib qarğıdan ata, atlını ölmək olmaz, 
Bu aydın həqiqəti ört-basdır etmək olmaz! 
 
 
ÇİÇƏKLƏR ALƏMİNDƏ 
 
Çiçək mağazasının keçərkən qarşısından  
Fikirlər dəryasına qərq oluram hər zaman.  
Canlanır həyat, ölüm, gözlərimin önündə,  
Düşünürdüm dünən də, düşünürəm bu gün də.  
Budur, bir yanda güllər gülümsər vazalarda,  
Bir tərəfdəysə solğun güllərdən xeyli əklil.  
Düyünlə yas bir yerdə rastlaşır hər baharda,  
Bağçalarda çiçəklər bununçünmü əkilir!  
Düşünürəm: - Nədir bu ağ və qara təzadlar,  
Bir-birinin üstünə qılınc çəkən bu adlar.  
Bəli, heyatla çoxdan qanlı-bıçaqdır ölüm, 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
109 
 
İnsan göz aça bilmir nə qədur sağdır ölüın.  
Kim deyir ki, barışar həyat ölümlə bir gün,  
Hcç yaşarmı baş-başa bir ocaqda yas-düyün?!  
Yox, yox, həyat ömürdən silməlidir ölümii...  
Həyat, sənə köməkçin uzadıram əlimi.  
Gəl düşünək bəşərin düyününü, yasını,  
Ölümlər kitabının dəyişək mənasını.  
Biri ölüm, biri toy, biri şənlik, biri yas!  
Duz-çörək kəsərmi heç bir süfrədə qışla, yaz?!  
Düyünü olanların, əzizi ölənlərin,  
Bir görüş məclisidir bu çiçək mağazası.  
Gözləri yaşlıların, ürəkdən gülənlərin  
Varlığını əks edən bir aynadır burası.  
Biri gəlir silərək gözlərinin yaşını,  
Deyir: - ölən yarımçın böyük əklil gərəkdir.  
Biri gəlir, fərəhlə oynadıb göz-qaşını  
Deyir: - toya gedirəm bir dəstə gül gərəkdir.  
Biri gəlir ondamı ipəkdə həm atlasda,  
Yəqin rəfiqəsinin ad günüdür bu axşam.  
Biri gəlir qapqara matəm rəngli libasda,  
Bəlkə gecə yandırıb bir ölü üstündə şam.  
Üzür mavi sularda birinin ağ yelkəni,  
Birinəsə dağ çəkib ölüm adlı düşməni.  
Buraya kimlər gəlir,  
Qoy deyim sizə bir-bir- 
Birinin oğlu ölüb, birinin oğlu olub,  
Birinin ürəyinə iki dünya qəm dolub.  
Birininsə sevinci aşıb daşır başından,  
Hələ qəmlə üz-üzə gəlməmişdir yaşından.  
Payızdır, qışdır bahar birinin gözlərində,  
Nəğməli quşdur bahar birinin gözlərində.  
Birinin xatirindən çıxıb rəngi güllərin,  
Biri güllərdən alır ətrini bu günlərin.  
Gecə gündüzə dönüb birinin gözlərində,  
Elə bil günəş sönüb birinin gözlərində.  
Birinin elə bil ki, kül töküblər başına,  
Birinin ətək-ətək gül töküblər başına.  
Biri dağı dağıdar dağa vursa dərdini, 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə