_________Azərbaycan Milli Kitabxanası__________
SEVGI YARPAQLARI
HƏYAT YOLDAŞIMA
Bu həyat yükünün öhdəsindən mən
Heç gələ bilməzdim sən olmasaydın.
Deyirəm, kim bilir, bəlkə bu qədər
Sevilə bilməzdim sən olmasaydın?
Eşqin möcüzələr yaratdığını,
Mən bilə bilməzdim sən olmasaydın.
Ömür kitabından dərdi, kədəri
Tək silə bilməzdim sən olmasaydın.
Yaxşı ki, sən varsan mənim yanımda
Mən gülə bilməzdim sən olmasaydın,
Birgə yaşamağın gözəlliyini
Mən belə bilməzdim sən olmasaydın!
GƏLMƏ
Yazırsan "ayrıldım mən rəqibindən,
Gəlirəm" - yox, gəlmə, amandır, gəlmə,
Çəkdiyim əzablar qaldi arxada,
Səni unutmuşam haçandır, gəlmə!
Sən fil qüdrətini çibində gördün,
Eşqi sevgilinin cibində gördün.
Mənisə həyatın dibində gördün,
Hər kəlmən, hər sözün yalandır, gəlmə.
140
______________ Azərbaycan Milli
Kitabxanası_________________
141
İstəyirsən ağla, istəyirsən gül,
Sənin məhəbbətin məhəbbət deyil.
Sadə bir gözələ vermişəm könül,
Qəlbimdə sevincim ümmandır, gəlmə!
YÜNGÜL OLMAZ
Hər kəsdə belə şirin dil olmaz,
Hər kəlməsi bir qızılgül olmaz.
Mən ki sevirəm səni ürəkdən,
Bir dərdli günüm dönüb il olmaz.
Hər kim yaşasa özüyçün ancaq,
Xoşbəxtliyə, məncə, nail olmaz.
Yansa ürəyin vətənçün, elçün,
Arzun, əməlin yanıb kül olmaz.
Bir gün belə olmasa yanımda
Hicran yüküm heç də yüngül olmaz.
Gülsən mənim eşqimin bağında
Gül olmasa, bağda bülbül olmaz!
SÖNMƏYİB
Sənə öz konlünü verdim, səni candan sevdim,
Sevgimə olmadı əngəl dəli hicran, sevdim.
Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab,
Bu yolun yolçusutək dərdə dözüb çəkdim əzab.
Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm,
Eşqimə gülləri, bülbülləri şahid çəkdim.
Səni sevdimsə də, heyhat, üzümə gülmədi baxt.
Adına nəğmə qoşarkən gecə-gündüz bir vaxt,
Elə zənn etmə ki, səndən diləyirdim sədəqə,
(Eşqi dünyada, inan, istəməz heç kim sədəqə).
Duymadın qəlbimi əsla, de görüm, mən nə edim?
Niyə küsdün? Sənə bir güldən ağır sözmü dedim?
Solmadı, yox, bu məhəbbət, bu çiçək könlümdə.
Sönməyib, yox, hələ könlümdəki eşqin həvəsi.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
142
MƏKTUB
Bir zaman qəlbimə yazdım adım
Onda bildim acı dərdin dadını.
Məni əvvəlcə sevirdin, ey qız:
Mənə üz sonra çevirdin, ey qız!
Doğrusu, sadəcə bir qızdın əzəl,
Sonra aldatdı səni başqa əməl.
Duymadın qəlbimi, heyhat, heyhat...
Sənə yad gəldi bu mənalı həyat.
Bəzədin üst-başını, göz-qaşını,
Bu çətin yolda itirdin başını.
Alışan eşqimi saldın ayağa,
Mənə çox güldün uzaqdan-uzağa.
İzləyib mən səni bir kölgə kimi
Etdim uğrunda fəda gəncliyimi.
Sənə xoş gəlmədi yoxsul otağım!..
Söylədin: "Bir daha dəyməz ayağım
Bu kədər, qəm dolu boş daxmana, yox!"
Hər sözün oldu mənimçün bir ox.
Hələ çox şey düşəcəkdir yadıma.
Can deyib sevmədiyin bir adama,
Bağladın könlünü - var-dövlətə sən,
Məni saldın yenidən heyrətə sən.
Var mənim, var dözümüm hər dərdə,
Məni bəzən görərək pəjmürdə
Sanma dünyadan üzülmüşdür elim,
Yanılırsan, a vəfasız gözəlim!
Keçdi karvan kimi aylar, illər,
Axdı dəryalara çaylar, sellər.
Dəyişib xeyli gözəlləşdi vətən,
Düşdün haldan-hala, soldun sən.
Hanı əvvəlki camalın, söylə,
Təntənən, cahi-cəlalın, söylə?!
Hanı dövəndəki gənc məftunlar,
Sənə min nəğmə qoşan məcnunlar?
______________ Azərbaycan Milli
Kitabxanası_________________
143
Hanı əvvəlki o şan qəhqəhələr?
Səsi dünyaya düşən qəhqəhələr?
Sanma ki, sirrini şair bilmir,
Gözlərin gülsə də qəlbin gülmür.
Bilirəm heç də deyilsən xoşbəxt,
Çox peşiman olacaqsan bir vaxt.
Gələcəksən qapıma boynubükük,
Dərdli qəlbində əzablar dolu yük.
Gələcəksən yanıma dərdinlə,
Bu gəliş gec olacaq, bir dinlə -
Onda sən görməyəcəksən məni tək.
Dönəcəksən geriyə inləyərək.
Tökəcəksən yenidən göz yaşını,
Bəlkə, heyhat, yolacaqsan saçını.
Görməyirsən bunu sən, mən görürəm,
Hüsnünü bəxtinə düşmən görürəm,
Hələlik fəxr elə, mən çünki müdam,
Səni həsrət ilə xatırlayıram.
Ayrılıq sıxsa məni məngənədə,
Ey vəfasız, sənin eşqin yenə də
Bir şirin can kimi bağrımda yaşar,
Dərdli bağrımdakı ağrımda yaşar!
DÖNSƏM
Arzum gül açır mən sola dönsəm, sağa dönsəm,
Eşqim dil açır mən sola dönsəm, sağa dönsəm.
Söz yox ki, bu torpaq verəcək şerimə qüvvət,
Vaxtında bu torpaqda əgər torpağa dönsəm.
Torpaqda da şair gözümün nuru azalmaz,
Qoynunda gözəllər gəzişən bir bağa dönsəm.
Baxtım açılar, Tobrizi görməkçİn uzaqdan,
Dostum Savalantək qocaman bir dağa dönsəm.
Şair kimi, Rüstom kimi, xoşbəxt olaram mən,
Bir əldə nümayiş günü al bayrağa dönsəm.
Dostları ilə paylaş: |