Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə34/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

_________Azərbaycan Milli Kitabxanası__________ 
 
SEVGI YARPAQLARI 
 
HƏYAT YOLDAŞIMA 
 
Bu həyat yükünün öhdəsindən mən 
Heç gələ bilməzdim sən olmasaydın. 
Deyirəm, kim bilir, bəlkə bu qədər 
Sevilə bilməzdim sən olmasaydın? 
 
Eşqin möcüzələr yaratdığını, 
Mən bilə bilməzdim sən olmasaydın. 
Ömür kitabından dərdi, kədəri 
Tək silə bilməzdim sən olmasaydın. 
 
Yaxşı  ki,  sən  varsan  mənim  yanımda 
Mən gülə bilməzdim sən olmasaydın, 
Birgə yaşamağın gözəlliyini 
Mən belə bilməzdim sən olmasaydın! 
 
 
GƏLMƏ 
 
Yazırsan "ayrıldım mən rəqibindən, 
Gəlirəm" - yox, gəlmə, amandır, gəlmə, 
Çəkdiyim əzablar qaldi arxada, 
Səni unutmuşam haçandır, gəlmə! 
 
Sən fil qüdrətini çibində gördün
Eşqi sevgilinin cibində gördün. 
Mənisə həyatın dibində gördün, 
Hər kəlmən, hər sözün yalandır, gəlmə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
140 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
141 
 
İstəyirsən ağla, istəyirsən gül,  
Sənin məhəbbətin məhəbbət deyil.  
Sadə bir gözələ vermişəm könül,  
Qəlbimdə sevincim ümmandır, gəlmə! 
 
 
YÜNGÜL OLMAZ 
 
Hər kəsdə belə şirin dil olmaz,  
Hər kəlməsi bir qızılgül olmaz.  
Mən ki sevirəm səni ürəkdən,  
Bir dərdli günüm dönüb il olmaz.  
Hər kim yaşasa özüyçün ancaq,  
Xoşbəxtliyə, məncə, nail olmaz.  
Yansa ürəyin vətənçün, elçün,  
Arzun, əməlin yanıb kül olmaz.  
Bir gün belə olmasa yanımda  
Hicran yüküm heç də yüngül olmaz.  
Gülsən mənim eşqimin bağında  
Gül olmasa, bağda bülbül olmaz! 
 
 
SÖNMƏYİB 
 
Sənə öz konlünü  verdim, səni candan sevdim,  
Sevgimə olmadı əngəl dəli hicran, sevdim.  
Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab,  
Bu yolun yolçusutək dərdə dözüb çəkdim əzab.  
Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm,  
Eşqimə gülləri, bülbülləri şahid çəkdim.  
Səni sevdimsə də, heyhat, üzümə gülmədi baxt.  
Adına nəğmə qoşarkən gecə-gündüz bir vaxt,  
Elə zənn etmə ki, səndən diləyirdim sədəqə,  
(Eşqi dünyada, inan, istəməz heç kim sədəqə).  
Duymadın qəlbimi əsla, de görüm, mən nə edim?  
Niyə küsdün? Sənə bir güldən ağır sözmü dedim?  
Solmadı, yox, bu məhəbbət, bu çiçək könlümdə.  
Sönməyib, yox, hələ könlümdəki eşqin həvəsi. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
142 
 
MƏKTUB 
 
Bir zaman qəlbimə yazdım adım  
Onda bildim acı dərdin dadını.  
Məni əvvəlcə sevirdin, ey qız:  
Mənə üz sonra çevirdin, ey qız!  
Doğrusu, sadəcə bir qızdın əzəl,  
Sonra aldatdı səni başqa əməl.  
Duymadın qəlbimi, heyhat, heyhat...  
Sənə yad gəldi bu mənalı həyat.  
Bəzədin üst-başını, göz-qaşını,  
Bu çətin yolda itirdin başını.  
Alışan eşqimi saldın ayağa,  
Mənə çox güldün uzaqdan-uzağa.  
İzləyib mən səni bir kölgə kimi  
Etdim uğrunda fəda gəncliyimi.  
Sənə xoş gəlmədi yoxsul otağım!..  
Söylədin: "Bir daha dəyməz ayağım  
Bu kədər, qəm dolu boş daxmana, yox!"  
Hər sözün oldu mənimçün bir ox.  
Hələ çox şey düşəcəkdir yadıma.  
Can deyib sevmədiyin bir adama,  
Bağladın könlünü - var-dövlətə sən,  
Məni saldın yenidən heyrətə sən.  
Var mənim, var dözümüm hər dərdə,  
Məni bəzən görərək pəjmürdə  
Sanma dünyadan üzülmüşdür elim,  
Yanılırsan, a vəfasız gözəlim!  
Keçdi karvan kimi aylar, illər,  
Axdı dəryalara çaylar, sellər.  
Dəyişib xeyli gözəlləşdi vətən,  
Düşdün haldan-hala, soldun sən.  
Hanı əvvəlki camalın, söylə,  
Təntənən, cahi-cəlalın, söylə?!  
Hanı dövəndəki gənc məftunlar,  
Sənə min nəğmə qoşan məcnunlar? 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
143 
 
Hanı əvvəlki o şan qəhqəhələr?  
Səsi dünyaya düşən qəhqəhələr?  
Sanma ki, sirrini şair bilmir,  
Gözlərin gülsə də qəlbin gülmür.  
Bilirəm heç də deyilsən xoşbəxt,  
Çox peşiman olacaqsan bir vaxt.  
Gələcəksən qapıma boynubükük,  
Dərdli qəlbində əzablar dolu yük.  
Gələcəksən yanıma dərdinlə,  
Bu gəliş gec olacaq, bir dinlə - 
Onda sən görməyəcəksən məni tək.  
Dönəcəksən geriyə inləyərək.  
Tökəcəksən yenidən göz yaşını, 
Bəlkə, heyhat, yolacaqsan saçını.  
Görməyirsən bunu sən, mən görürəm,  
Hüsnünü bəxtinə düşmən görürəm,  
Hələlik fəxr elə, mən çünki müdam,  
Səni həsrət ilə xatırlayıram.  
Ayrılıq sıxsa məni məngənədə,  
Ey vəfasız, sənin eşqin yenə də  
Bir şirin can kimi bağrımda yaşar,  
Dərdli bağrımdakı ağrımda yaşar! 
 
 
DÖNSƏM 
 
Arzum gül açır mən sola dönsəm, sağa dönsəm,  
Eşqim dil açır mən sola dönsəm, sağa dönsəm.  
Söz yox ki, bu torpaq verəcək şerimə qüvvət,  
Vaxtında bu torpaqda əgər torpağa dönsəm.  
Torpaqda da şair gözümün nuru azalmaz,  
Qoynunda gözəllər gəzişən bir bağa dönsəm.  
Baxtım açılar, Tobrizi görməkçİn uzaqdan,  
Dostum Savalantək qocaman bir dağa dönsəm.  
Şair kimi, Rüstom kimi, xoşbəxt olaram mən,  
Bir əldə nümayiş günü al bayrağa dönsəm. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə