Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə33/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
135 
 
SƏN OLMASAN 
 
Məncə gülməz gül-çiçək, sən olmasan, mən olmasam,  
Ay, Günəş olmaz garək sən olmasan,  mən olmasam. 
 
Şübhəsiz, sən, mən - bizik, biz - sən, mənəm. 
Yox, qanadlanmaz dilək, sən olmasan, mən olmasam. 
 
El, vətən uğrunda biz yollarda qan-tər tökmüşük,  
Eşq ilə vurmaz ürək, sən olmasan, mən olmasam. 
 
Möhtəşəm göylərdəki ulduzların dünyasına 
Kim vurar min bir bəzək sən olmasan, mən olmasam? 
 
Biz şəhərlər salmışıq, can vermişik torpaqlara,  
Süfrəmiz görməz çörək, son olmasan, mən olmasam! 
 
 
UZUN SÖHBƏTDƏYƏM 
 
Lovğalıq olmaz desəm aşiq kimi şöhrətdəyəm,  
Eşq dünyasında mən az-çox yenə hörmətdəyəm. 
 
Ey nigarım, hüsnünə cansız şerlər yazmadım,  
Qəlbi buzdan çox soyuq aşiqlərə heyrətdəyəm. 
 
İl nədir, sonsuz gəlir sənsiz keçən günlər mənə,  
Mən vüsal uğrunda hicranla uzun söhbətdəyəm. 
 
Gözlərindən ayrılanda, gözəlim, zənn et ki, mən  
Öz elindən ayrı düşmüş bir kəsəm, qürbətdəyəm. 
 
Rüstəməm, eşqim vətəndir, mən vətən övladıyam,  
Mən vətən mülkündəyəm, bir söz: demək cənnətdəyəm. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
136 
 
VÜSAL 
 
Mən etibar edib o nigarın vəfasına,  
Düşdüm məhəbbətin dolaşıq macərasına. 
 
Bir doğru aşiq olduğumu mən sübut üçün 
Dözdüm,  zəhərli töhmətinə, hər cəfasına. 
 
Canan! Yetiş haraya dedim, döndü hər sözüm  
Hicrində odlu nalə çəkən ney sədasına. 
 
Eşqinlə, ey gözəl çiçəyim, nazlı dilbərim,  
Uçdum məhəbbətin sonu yox bir fəzasına. 
 
Mən öz yarımla fəxrə edirəm, Rüstəməm, bəli.  
Yetdim vüsali-yarə böyük qan bahasına. 
 
 
BƏSDİR, GÖZƏLİM 
 
Məni məftun elədin, ah, bu nə səsdir, gözəlim?!  
Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim? 
 
Mən sənin eşqini qəlbimdə müdam gəzdirirəm,  
Sən də könlündə mənim eşqimi gəzdir, gözəlim. 
 
Varlığım, xoş əməlim, güllü baharım sənsən.  
Bu ürək sözlərimə şübhə əbəsdir, gözəlim. 
 
Gəl, yaxın gəl ki, alışsın nəfəsimdən nəfəsin,  
Soyumaq, məncə, səninçin hələ tezdir, gözəlim. 
 
Sevməyirsənsə əgər gəlmə, uzaqdan-uzağa  
Səni görmək yenə də Rüstəmə bəsdir, gözəlim. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
137 
 
SƏN BAŞQASAN, MƏN BAŞQAYAM 
 
Biganəyə 
 
Mən baharam, sən xəzan, son başqasan, mən başqayam,  
Göylərim görməz duman sən başqasan, mən başqayam. 
 
Hər şeyə biganəsən, mənsə bütün düşmənlərə  
Vermərəm bir an aman, sən başqasan, mən başqayam. 
 
Sözdə, söhbətdə, sədaqətdə, məhəbbətdə, yəqin  
Bilməyən yox, hər zaman sən başqasan, mən başqayam. 
 
Etiraz etməz könül, dar gündə təkrar, bir daha  
Xalqım etsin imtahan, sən başqasan, mən başqayam. 
 
Mən Süleyman Rüstəməm, bir dost itirsəm cəbhədən,  
Od tutar bağrımda qan, sən başqasan, mən başqayam. 
 
 
GƏNCƏ 
 
Elə ki, güldü sənin bəxtinə dövran, Gəncə,  
Hər yerin, hər bucağın oldu gülüstan, Gəncə. 
 
Bilirəm sənsiz üzüm gülməz, açılmaz könlüm,  
Mən ürəkdən deyirəm: can sənə qurban, Gəncə! 
 
Adlanırsan bütün aləmdə gözəllər yuvası,  
Olmuşam hüsnünə aşiq kimi heyran, Gəncə. 
 
Dostluğun neğməsi çoxdan bürüyüb göylərini,  
Can deyib, can eşidir səndə hər İnsan, Gəncə. 
 
Görməsin bir də oğul dərdi elin mərd anasi,  
Çəkməsin ordusunu üstünə hicran, Gəncə! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
138 
 
Şöhrətindir yaraşıq canlı könül dəftərimə,  
Ey vətən torpağı, ey ömrü firavan Gəncə. 
 
Əyilib öpdü məhəbbətlə qızıl torpağını,  
Sənə hörmətlə qəzəl yazdı Süleyman, Gəncə! 
 
 
VƏFALI MƏNƏM 
 
Bilən bilir ki, məhəbbətdə haqq sədalı mənəm  
Gözəl zəmanəmizin gərdişindən halı mənəm. 
 
Gəzir yenə təzə aşiqlərin dilində adım,  
Həqiqət aşiqiyəm, eşqi macəralı mənəm. 
 
Gözümdəsən gecə-gündüz, dilimdəsən, gözəlim,  
Sənin yolunda həmişə başı bəlalı mənəm. 
 
Sevən deməz ki, amandır, əcəl döyür qapımı,  
Səni sevənlər içində yenə heyalı mənəm. 
 
Mənə vəfasız adı verməsin vəfasızlar,  
Süleymanam, bilir aləm sənə vəfalı mənəm! 
 
 
AXŞAMLAR 
 
Qəribəlik görürəm öz-özümdə axşamlar, 
Sənin adın çəkilir hər sözümdə axşamlar. 
 
Xəzər kimi danışan görməyəndə gözlərini,  
Günəş sönür elə bil ki, gözümdə axşamlar. 
 
Gülər üzündə agər gülməsən mənim üzümə  
Kədər buludları oyna rüzümdə axşamlar. 
 
Bu doğrudur, gözəlim, heç kim olmayıb, olmaz  
Sənin bu nazlarına mən dözümdə axşamlar. 
 
Süleymanam, sən olunca mənim gözümdən iraq.  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
139 
 
Günəş kimi batıram mən özüm də axşamlar. 
 
  
QURBAN OLSUN 
 
Sevgilin, məclisə gəl, can sənə qurban olsun.  
Könül hicrində pərişan sənə qurban olsun. 
 
Gül, gülüm, gül ki, xəzansız keçirək ömrümüzü,  
Gül, baharım, bu gülüstan sənə qurban olsun, 
 
Deyirəm - ayrılığın dərdinə dormansa qanım,  
Canımın cövhəri bu qan sənə qurban olsun. 
 
Mənə əvvəlki məhəbbətlə görünsən bir an,  
Razıyam varlığım hər an sənə qurban olsun. 
 
Ey nigarım, üzümə, çox demirəm, bir kərə gül  
Gündə min dəfə Süleyman sənə qurban olsun! 
 
 
CAR ÇƏKDİM 
 
Dünyaya car çəkib dünən öz inqilabımı,  
Dəfə etdim əllərimlə bütün iztirabımı. 
 
Dərdim, qəmim və nalələrini qaldı arxada,  
Hürriyyətim yoxaltdı mənim min əzabımı. 
 
Göstərmişəm vəsiqə kimi hər diyarda mən  
Həm şeri, həm də nəğməsi al hər kitabımı. 
 
Bilsin bu yer üzündəkilər, mən Süleymanam,  
Xalqın adıyla kökləmişəm öz rübabımı. 
  
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə