Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə36/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
149 
 
Səndən öyrəndi bahar nəğmələrin nəğməsini,  
Yaydı dünyamıza xoş nəğmənin hər kəlməsini.  
Doymaram min kərə, hər gün mən eşitsəm səsini,  
Çəkirəm car, bunu bilsin vətənim, bilsin elim,  
Son gözəllər gözəlindon də gözəlsən, gözəlim! 
 
Dikirəm gözlərimi hər zaman, hər an yoluna,  
De görüm, kim ötürübdür səni hicran yoluna,  
Hardasan, gəl bu vüsal adlı Süleyman yoluna,  
Gəl, gəl, etsin yenə pərvaz gözəl arzum, əməlim,  
Sən gözəllər gözəlindan də gözəlsən, gözəlim! 
 
 
BİLMƏDİN SƏN QƏDRİMİ 
 
Bilmədin sən qədrimi, ey nazli canan, bilmədin  
Çəkdi min dərd, min cəfa hicrində bu can bilmədin.  
Bilmədin sənsizliyindir qəlbimə odlar salan,  
Bağrıma dağlar çəkən hicranı hicran bilmədin,  
Sevgi dünyasında mən heç vaxt vəfasız olmadım,  
Ömrümü verdim sənin uğrunda qurban, bilmədin.  
Eşqimin təxtində fərman verdi hər gün ayrılıq,  
Can evimdə əsdi yellər, qopdu tufan, bilmədin.  
Od tutub yandım Kərəmtək, yanmadın heç halıma,  
Bilmədin, sənsiz deyib-gülməz Süleyman, bilmədin. 
 
 
GƏL 
 
Sevgilim, məclisə gəl, çünki məhəbbət dəmidir.  
Görkəmin incə, gözəl nazlı galin görkəmidir. 
 
Gül, danış, rəqs elə, bu məclisə can gəlsin qoy.  
Hər sözün, hər baxışın aşiqə can məlhəmidir. 
 
Mən səninçün, vətənimçün keçərəm canımdan,  
Bu sözüm, sevgili yar, sözlərin ən möhkəmidir. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
150 
 
Bilirəm mən bu həyat dalğalı bir dəryadır,  
Eşqimiz hər qocaman dalğaya qalib gəmidir. 
 
İç, Süleyman, dilə gəl, çünki piyaləndəki mey,  
Bülbülün göz yaşıdır, qönçə gülün şəbnəmidir. 
 
 
DEYİRLƏR 
 
Aşiq olanın bağrı dönər qanə deyirlər,  
Atəşdə yanan aşiqə pərvanə deyirlər.  
Dost-aşnanı öyrən, baxıb ətrafına könlüm, - 
Hər addımını, eybini cananə deyirlər...  
Aç qəlbini cananına göstərki, inansın,  
Bilsin, nə deyirlər ona, əfsanə deyirlər.  
Ey nazlı nigar, sən mənim eşqim, həvəsimsəm,  
Eşq atəşidir, can verən insana deyirlər.  
Mən fəxr edirəm, çünki əleyhimdə nə varsa,  
Səntək gözələ, gözləri ceyrana deyirlər.  
Məndən sənə, ey gül, nə deyirtorso, inanma,  
Səndən də gəlib gündə Süleymana deyirlər. 
 
 
SƏNİ İSTƏR 
 
Könlüm yenə min şövq ilə, canan, səni istər,  
And olsun əziz canına ki, can səni istər. 
 
Çəkməz ətəyindən əlini, çəksə də hicran,  
Eylər canını canına qurban, səni istər. 
 
İlham alıram incə səsindən, nəfəsindən, 
Tək mən deyiləm, şanlı bu dövran səni istər. 
 
Sən qəlbi təmiz, alnı açıq şux gözəlimsən,  
Ellər də olub hüsnünə heyran, səni istər. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
151 
 
İşdir, mənə üz versə faraqında kədər, qəm  
Könlüm yenə də dərdinə dərman səni istər. 
 
Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,  
Əvvəlki məhəbbətlə Süleyman səni ister! 
 
 
SON MƏKTUB 
 
Yenə canlandı əski xatirələr,  
Yenə gördüm önümdə sevgilimi.  
Məni gəl dinlə sən, inan ki, əgər  
Yaşasaydıq səninlə birlikdə,  
Kim bilir bəlkə, kim bilir bəlkə,  
Uçurumlarda məhv olardım mən.  
Son həqiqət deyil də, bir kölgə - 
İdin, ey bir zamanlar istədiyim.  
Səni təsvirə qalmayıb rəngim,  
Mənə sən indi bir yabançı qadın, 
Bir yabançı çiçək tikanlıqda...  
Çox öyünmə, gözəl deyilsən sən,  
Rəngli dırnaqların parıldasa da,  
Ürəyin vəhşi, kimsəsiz bir ada.  
Rangi solmuş dodaqlarında sənin  
İndi artıq, təbəssümün gülü yox.  
Ürəyin bir otelsə, ey afət.  
Nə üçün arda, söylə, sevgili yox.  
Bərbəzəkdi sənin böyük dərdin  
Heç anırsanmı, daim istərdin,  
Olsun əynində şəhvət əlbəsəsi,  
Yeriyirkən ipək ətəklərinin – 
Şərqilər söyləsin ipəkli səsi!  
Vurmasın qəlbi puç diləklərinin!  
Səni mən səslədim həyata, gözəl,  
Sən tüpürden bu kainata, gözəl.  
Elə zənn eylədin ki, təkbaşına,  
Güvənib öz bəzəkli daş-qaşına, 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
152 
 
Olacaqsan yeganə bir dilbər.  
Dolaşıq yola düsdün oldu hədər.  
Harda qaldı o komsomol, harda,  
O günəşli, o doğru yol harda?  
Bir zamanlar həqiqətimdin sən,  
Keçdi artıq o dəmlərin, keçdi.  
Can evindən cavanlığın köçdü,  
İndi artıq zavallısan, heyhat,  
Sənə biganədir bizim bu həyat! 
 
 
YADIMA DÜŞDÜ 
 
Xatirat dəftərim durur qarşımda,  
Dolaşır bir ölməz sevda başımda.  
Gözəl Qarabağda cavan yaşımda  
Bir gözəl seçdiyim yadıma düşdü. 
Gəzdik Qarabağı qolum qolunda,  
Varımı, yoxumu görürdüm onda.  
Bu şair qəlbimlə onun yolunda  
Min dərdə düşdüyüm yadıma düşdü. 
Könlümün arzusu diləyiydi o,  
Nazli mələklərin mələyiydi o,  
Gözümdə göyçəklər göyçəyiydi o  
Buna and içdiyim yadıma düşdü. 
O məndən xəbərsiz köçdü yaylağa,  
Bəxtimdən nigaran, soraq-sorağa – 
Qəlbimdə ilk yara, yar koçən dağa  
Yığışıb köçdüyüm yadıma düşdü. 
Uçdu bir sonatək eşqin gölündən,  
Adı bu aşiqin düşməz dilindən.  
İsa bulağında onun əlindən  
Su alıb içdiyim yadıma düşdü. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə