Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə37/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
153 
 
Məndən uzaq gəzdi nədənsə, aman,  
Ayrılıq ölümdən yamanmış, yaman.  
Hər gün evlərinin lap qabağından  
Titrəyib keçdiyim yadıma düşdü. 
 
 
O SƏNİN ÜRƏYİNDİR 
 
İllərcə bu köksümdə solmayan bir çiçək var,  
O sənin çiçəyindir, o sənin çiçəyindir!  
Gözəllik aləmində gözəllik axtarıram,  
O sənin diləyindir, o sənin diləyindir! 
 
Ürəyim həsrətində od tutub alışanda,  
Sevgilim, qorxuram ki, can qalmasın bu canda.  
Sinəmdə bir sərinlik hiss edirəm bu anda,  
O sənin biləyindir, o sənin biləyindir! 
 
Yalanın, çirkinliyin girmədiyi bir ev var,  
Qapısını bir kərə nə boran döyüb, nə qar.  
Öz aramızda qalsın bu sirr, ey gözəl nigar,  
O sənin ürəyindir, o sənin ürəyindir! 
 
 
PİYALƏ ŞƏKLİNDƏ 
 
Gələndə məclisə mey əldə lalə şəklində,  
Nigarım aytək olur, mənsə halə şəklində.  
Ürək qanımla yazıb sönməyən məhəbbətimi,  
Nigarə söyləyirəm odlu nalə şəklində.  
Vəfalı könlünə bir yol tapan zaman şerim, 
 
Gözündə nəm gorürəm, inci, jalə şəklində.  
Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözüm  
Coşub axır, ürəyimdən şəlalə şəklində.  
Sevin, sevin ki, Süleyman, əlində sevgilinin  
O, qan olan ürəyindir piyalə şəklində. 
   
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
154 
 
QƏRİBƏ TANIŞLIQ 
 
Bizi tanış etdilər, çox xoşuma gəldi qız,  
İncə gülüşləriylə gözümdə yüksəldi qız.  
Öz-özümə dedim ki, onsuz yaşamaq nədir.  
Qaçdı gözümdən yuxu, ala bilmədim çimir.  
Göz gördü, könlül sevdi, nəydi mənim əlacım, 
Qürurum az qaldı göylərə dəysin başım.  
Gəlib bir gün cürətə dedim: "Sevirəm səni,  
Sən hələ bundan belə tanıyacaqsan məni.  
Gələcəksən üz-üzə sən öz həqiqətinlə,  
Doludur qəlbim sənin təmiz məhəbbətinlə!"'  
Dedi: "Bilirəm bunu,dal günçün nəyimiz var, 
Ayda orta hesabla gəlirin nə qədərdir?!"  
Arzuların bir  anda oldu bütün tarımar,  
Bildim ona bir daha soz söyləmək hədərdir.  
İlan vuranlar kimi qovruldum öz yerimdə,  
Ürəyimin başına elə bil od basdılar.  
O gözəlin adını ənim nəzərlərimdə  
Qurumuş bir ağacın kötüyünə yazdılar. 
 
 
QUBALI QIZ 
 
Şah dağın əsən yellər saçlarını darasın,  
Səni sevinən Qudyalçayın  sahilində arasın.  
Dilin ana torpağının meyvəsindən şirindir,  
Məhəbbət ürəyimdə dəryalardan dərindir. 
 
Nəqarat 
 
Sən ömrüm çiçəyisən, qubalı qız, qubalı,  
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı. 
Nəfəsindən uram motı çiçəklərin ətrini,  
Bu dünyada mənim qədər bilən hanı qədrini?!  
Şöhrətini uldualara, aya, günə yazmışam,  
Surətini məhəbbətlə ürəyimdən asmışam.  
  
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
155 
 
Nəqərat 
 
Sən ömrümün çiçəyisən, qubalı qız, qubalı,  
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı. 
 
Xəzan bilməz ömrümüzün bu mənalı çağında  
Gül, həmişə bahar gülsün eşqimizin bağında.  
Canan desin gecə-gündüz mənim ürək tellərim  
Ağ göyərçin əllərindən ayrılmasın əllərim. 
 
Nəqərat 
 
Sən ömrümün çiçəyisən, qubalı qız, qubalı,  
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı. 
 
 
BİR GÖZƏLİN XATİRATINDAN 
 
Yox, belə deyildim, gülməyin mənə,  
Bir zaman gözəllər gözəliydim mən.  
Çoxunun sözündə, gözündə, bəli,  
Bütün gözəllərin əzəliydim mən.  
Artıq illər keçib, ağarıb başım, 
Alnımda cığırlar salıbdır yaşım. 
Nəvə əlləriylə daranır saçım, 
Arxada qalmışdır o çağım indi. 
Xatirələr olur, qonağım indi. 
O da yadımdadır, güllü bir yazdı, 
Bir şair hüsnümə şeir də yazdı 
Onu medalyontək boynumdan asdı. 
Görəsən o şair hardadır indi, 
Sanmasın bu qan dardadır indi. 
Nəsillər dalınca nəsillər gəlir
Dövrəmdə nəvələr oynayıb gülür.  
Onların dilini nənələr bilir,  
Bilirəm mən kimə gərəyəm indi,  
Məsum körpələrə ürəyəm indi. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
156 
 
Verərək baş-başa düz ürəyimlə,  
Söhbət eləyirəm öz ürəyimlə  
Şairin gözündə "buz" ürəyimlə  
Yəqin nə çiçəyəm, nə güləm indi,  
Gözəllər gözəli deyiləm indi! 
 
 
O DƏMLƏR GETDİ 
 
Ömrün cavan çağı qaldı arxada, C 
an alıb, can verən sənəmlər getdi.  
Cananın canına can qurban deyib,  
Çəkdiyim ələmlər, sitəmlər getdi. 
Sevgilim, bəxtimi görüb adında,  
Yolunu gözlərdim, varmı yadında?  
Yağışlar altında, qarlar altında,  
Getdi o saatlar, o dəmlər getdi! 
 
 
VARDI 
 
Mənim cananımın bir vaxtı vardı  
Günəşdən, aydan üstün baxtı vardı.  
Könül məclislərində, el bilir ki,  
Gümüşdən yox, qızıldan taxtı vardı.  
Süleyman Rüstəmin könlündə bir vaxt  
Məhəbbət adlı bir paytaxtı vardı. 
 
 
ÖMRÜMƏ YAZMASINLAR 
 
Mənə elə gəldi ki, sənsiz keçinərəm mən,  
Yanıldım, ey sevgilim, qəlbimdən köçmədin sən.  
Gecələr gözlərimdən şirin yuxum çəkildi.  
Nigaran baxışlarım eyvanına dikildi.  
Ürəyini oxudum kitabtək varaq-varaq,  
Əsgərtək küçənizdə aramsız döydüm ayaq. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə