Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə38/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
157 
 
İncə yarpağa döndü kobud çəkməmin altı,  
Sandım ki, sənsən gələn görüncə bir qaraltı.  
Yol çəkən gözlərimlə daradım yollarını,  
Aradım yollarını. 
Gəl bu hicran selinin qabağını kəsək biz,  
Gəl, gəl, bir-birimizçün yarpaq kimi əsək biz,  
Adımızı o dilsiz daşlara yazmasınlar,  
Sənsiz keçən günləri ömrümə yazmasınlar. 
 
 
BU GECƏ 
 
Gəlmədin məclisimə, sevgili canan, bu gecə,  
Can evimdən elə bildim ki, köçüb can, bu gecə.  
Çox düşündüm səni, sənsizliyə dözmür bu könül,  
Çəkdi qəm ordusunu üstümə hicran, bu gecə.  
Gəlmiş olsaydın əgər məclisə, təbrizli gözəl,  
Ayağın altda kəsərdim neçə qurban, bu gecə.  
Nə deyim, mən nə deyim ayrılığın baisin,  
Qaldı sənsiz, gözü yollarda Süleyman, bu gecə! 
 
 
YANDIM 
 
Mən könlümə həmdəm səni sandım.  
Saymazyana keçdin göz önümdən,  
Yandım, elə yandım, elə yandım! 
 
Sahildə ayaq izlərimiz var,  
Son eşqinə and içdin o yerdə. 
Hər kəlmənə qəlbimlə inandım. 
 
Heyhat, niyə, qəlbimdəki odlar  
Sönmür, yenə sönmür, yenə sönmür?!  
Gəl sanma bu yanmaqdan usandım. 
 
Saymazyana keçdin göz  önümdən                                                              
Yandım, elə yandım, elə yandım! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
158 
 
ÜRƏKSİZ GETMƏ 
 
Sevdiyin gözəlin ilk görüşünə  
Sən çalış əliboş, çiçəksiz getmə!  
İlk görüş sevginin ilk nəğməsidir,  
Çiçəksiz getsən də, ürəksiz getmə! 
 
 
QOY SEVMƏSİN 
 
Küsdü yar məndən, nəhayət, sevməyir qoy sevməsin,  
Eyləməz könlüm şikayət, sevməyir qoy sevməsin.  
Sanmasın canan onunçün gözlərim qan-yaş tökər, 
Tapmaram onsuz səadət, sevməyir, qoy sevməsin.  
Bir böyük aşiqdən öyrəndim, həyatda çox zaman  
Vəslə yaddır ilk məhəbbət, sevməyir qoy sevməsin.  
Çatdırın, dostlar, vəfasız dilbərə son arzumu,  
Çəkməsin eldən xəcalət, sevməyir qoy sevməsin.  
Şerə verdim könliirnü. şair Süleyman Rüstənıəm,  
Bilmərəm bir özgə şöhrət, sevməyir qoy sevməsin! 
 
 
YAZMIŞAM ADINI 
 
Söyləmə, sevgilim, vəfasız mənə,  
Mən ki, yad edirəm hər zaman səni.  
Qəlbimdən bircə an qopara bilməz  
Nə boran, nə tufan, nə hicran səni. 
 
Deyirəm hüsnünü gülşəndə görüm,  
Könlümə həsrətin düşəndə görüm.  
Ömürlük anamız Vətəndə görüm  
Görməyim pərişan, bağrı qan səni. 
 
Yazmışam adını günə, aya mən;  
Düşmüşəm eşq adlı bir sevdaya mən.  
Səninçün gəlmişəm bu dünyaya mən,  
Mənimçün yaradıb yaradan səni! 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
159 
 
 
AYRILIQ 
 
Hicran daşı vurdun kürəyimdən,  
Atdın məni, atdın məni, atdın.  
Mən şəklini asdım ürəyimdən. 
Fikrimdə, xəyalımdasan hər an,  
Sənsiz də sənin ətrini duydum  
Bağçamda gülümdən, çiçəyimdən. 
Çıxdım yola vəslin həvəsiylə,  
Hər yoldan ötəndən səni sordum,  
Əl çəkmədi hicran ətəyimdən. 
Atdın məni, atdın, məni atdın,  
Mən şəklini asdım ürəyimdən. 
 
 
GÖZƏLLƏR 
 
Xəzər sahilinə gözəllik verən  
Gözəl şəhərimin gözəlləridir.  
Ağaclar altında oxuduqları,  
Vaqifin, Vahidin qəzəlləridir.  
 
Bəzəyi-düzəyi bu xoşbəxtlərin  
Ürəklərindəki əməlləridir.  
Sözləri, işləri zəmanəmizdə  
Əbədi bir eşqin təməlləridir.  
Özlərinə gözəl bir dünya quran  
Bizim gözəllərin öz əlləridir. 
 
 
İTİRMƏK İSTƏMİRƏM 
 
Üzünü görmədiyim illər gəlib ötüşdü,  
Bəxtimə bax, nəhayət, vüsal vaxtı yetişdi.  
Qoy bilməyən də bilsin, tapdım, nə tapdım səni,  
Ayrılığın amansız əlindən qapdım səni. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
160 
 
Artıq ürəyimdəsən, 
İnan ki, bir daha mən 
Səni hicran yoluna ötürmək istəmirəm
İtirmək istəmirəm, itirmək istəmirəm! 
 
 
İLK MƏHƏBBƏT 
 
Sevib, sevilənlər çox gözəl bilir,  
Olmayıb vəfası ilk məhəbbətin.  
İzləyir aşiqi son mənzilədək  
Şirin macərası ilk məhəbbətin.  
Mənim dediklərim şikayət deyil,  
Ürəklər yandıran hekayət deyil.  
Həqiqi aşiqə kifayət deyil.  
Tükənməz cəfası ilk məhəbbətin.  
Sevgisiz gül-çiçək bitməz, ey könül,  
İnsan muradına yetməz, ey könül.  
Nədəndir bilmirəm getməz, ey konül,  
Başımdan sevdası ilk məhəbbətin?!  
Bu dərdə neyləsin loğmanın əli?  
Əlimə dəyməmiş cananın əli,  
Döydü qapımızı hicranın əli,  
Budurmu mənası ilk məhəbbətin?!  
Mən onu sevmişdim bir ilk baharda.  
O məni tərk etdi boranda, qarda.  
Hər yara sağalıb, unudular da,  
Sağalmaz yarası ilk məhəbbətin! 
 
 
QALSIN 
 
Sevgilim, qoyma dilimdə nə şikayət qalsın,  
Nə də könlümdə, gözümdə acı həsrət qalsın.  
Gəl vəfasız, demə, bəsdir, səni candan sevənə,  
Qoymaram bir daha üstümdə bu töhmət qalsın.  
Bir gözəlsən ki, gözəllər sənə dikmiş gözünü 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
161 
 
Deyirəm, ölkədə haqqında bu söhbət qalsın.  
Son verək gəl bu şikayətlərə; səndən, məndən,  
Dərdə dözmək cavan aşiqlərə adət qalsın.  
Varsa şübhən sözümə, onda buyur, al, gözəlim,  
Ürəyim qəbrə qədər səndə əmanət qalsın.  
Gəl, Süleyman o qızılgül dodağından öpsün,  
Torpaq altında da ağzında bu ləzzət qalsın! 
 
 
DİL NİYƏ VERDİN? 
 
Deyirsən: "Sevmirəm, çəkil yolumdan..."  
Bəs keçən il mənə dil niyə verdin?!  
İlk bahar çağında çıxıb qarşıma,  
Qızara-qızara gül niyə verdin?! 
 
Gəl oxu eşqimin can kitabını,  
Qırma, ürəyimin qırma, sapını.  
Bir zaman üzümə açıb qapını  
Güllü bağçanızdan yol niyə verdin? 
 
Dindirsəm bu yerdə indi hər kimi,  
Deyəcək dərdimin sənsən hakimi.  
Əgər sevmirdinsə, xatirə kimi  
İpək saçlarından tel niyə verdin? 
 
 
AH, O GÖZLƏR, O GÖZLƏR 
 
Ah, o gözlər, o gözlər  
Xəzər kimi ləpəli.  
Mən ki sənə sadiqəm  
O gözlərdən öpəli.  
Qoy məni tənqidçilər  
Tutsun tənqid topuna.  
Mən yenə əvvəlkitək  
Gələcəyəm qapına! 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə