Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
196 
 
BİGANƏ DEYİL! 
 
Qan qardaşıma 
 
Uzaqdan-uzağa görürəm ki, mən  
Gözlərindən axan qandır, yaş deyil,  
Səndə uzun illər işgəncələrə,  
Əzablara dözən candır, daş deyil. 
 
Od tutub alışan bu şair könül  
Sənin dərdlərinə biganə deyil.  
Orda yasxanasız bir ev görmürəm  
Ömrü qaragünlü yeganə deyil. 
 
Ordan qan, əsarət qoxusu gəlir,  
Sözüm həqiqətdir, əfsanə deyil.  
Doğru söz yasaqdır, şadlıq yasaqdır,  
Məgər bütün ölkə qəmxanə deyil? 
 
Başı qara gündən qartək ağaran  
Analar ağ günçün övlad doğurlar.  
Behiştin açarı boyunlarında  
Qırılır cəbhədə bədbəxt oğullar. 
 
Sizin bu dözülməz faciənizə  
Ürəyi yanmayan heç insan deyil.  
Gecələr Təbrizin məzarlığında  
Kim deyir ağlayan Süleyman deyil?! 
 
 
YARALI YOLLAR 
 
Mən çoxdan tanışam sizinlə, çoxdan,  
Mənə doğmasınız oralı yollar!  
Burda başdan-başa güldür, çiçəkdir,  
Siz dərdli yollardan aralı yollar. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
197 
 
Sizi bu sevdiyim qoca dünyada  
Bir günüm olmur ki, salmayım yada.  
Sinənizdən keçən yolçuların da, 
Keçir ömrü, günü qaralı, yollar! 
 
Mənə uzun illər deyir ki, ürək – 
"Sevənlər ümidsiz olmasın gərək".  
Bir gün birləşəcək şübhəsiz, gerçək, 
 Oralı yollarla buralı yollar. 
 
Məni danlamasın hər yoldan ötən,  
Bir vahid millət var, bir vahid vətən.  
Gərək yaranızı mən sağaldam, mən,  
Yadlar tapdağından yaralı yollar! 
 
 
TƏSƏLLİ 
 
Yenə hər ilkitək Şüvəlandayam,  
Əkdiyim ağaclar qocalır məntək.  
Deyirlər: - Bununçun qəm yeməz adam,  
Onlar qocaldıqca ucalır səntək.  
Xoşuma gəlsə də bu sözlər mənim,  
Hər yaş çağrılmamış qonaqtək gəlir.  
Sınaq dəryasından şeir yelkənim  
Yenə zəfər çalmış bayraqtək gəlir.  
Hər gün eşidirəm xoş sözlər, hər gün,  
Dayağım öz vətən şeirlərimdir.  
Yaşımı azaltmaq deyildir mümkün,  
Təsəllim gəncləşən şeirlərimdir! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
198 
 
ZİNDAN GÖRÜRƏM 
 
Zülfini bas yarama, qoyma məni qan aparır 
S.Ə.Şirvani 
 
Baxaraq mən o taya tinbaşı zindan görürəm,  
Zülmə, işgəncəyə məruz sayı yox can görürəm.  
Qara bir pərdə çəkib gözlərə əmmaməlilər.  
Başkəsənlərdə nə qeyrət, nə də vicdan görürəm,  
Eşqi zindanda yatan sevgili təbrizli qızı  
Gözləri nəmli, yenə zülfü pərişan görürəm  
Car çəkir gördüyünü ellərə qəm yüklü bahar,  
Şehli yox, gülləri al qanlı gülüstan görürəm.  
Yandırırlar yenə də şerimi, məktublarımı,  
Bağlayıbdır yolu düşmən kimi hicran görürəm.  
Zülmə qarşı bu çətin cəbhədə mən tək deyiləm.  
Orda çox eşqi Süleymanlı Süleyman görürəm! 
 
 
FƏLAKƏT TƏBİLİ 
 
Xəzan qoşun çəkib baharın üstə, 
Gülşəndən qanqalı yolmaq vaxtıdır.  
Əlləri, dilləri bağlı dostları  
Cəlladlar əlindən almaq vaxtıdır. 
 
Halı pərişandır orda ellərin,  
Yenə bağrı qandır orda ellərin,  
Həyatı zindandır orda ellərin  
Onlara havadar olmaq vaxtıdır. 
 
Tökdüyü qanlardan zövq alanların,  
Millətin dərdinə şad olanların  
Vətəni satmaqçın doğulanların,  
Canına vəlvələ salmaq vaxtıdır. 
 
Ordan namə gəlir adına bol-bol,  
Səninçin yaxından yaxındır ki yol 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
199 
 
Niyə dayanmısan, Süleyman, tez ol,  
Falakət təbili çalmaq vaxtıdır! 
 
 
TƏBRİZLİLƏR 
 
Doğmadır könlümüzə qeyrəti təbrizlilərin,  
Beçə baldan da şirin söhbəti təbrizlilərin.  
Bilirəm xeyli zamandır ki, mənimtək –  
bilirəm Bir vüsal arzusudur həsrəti təbrizlilərin.  
İgid övladları dar gündə itirməz özünü,  
Yayılıb yer üzünə qüdrəti təbrizlilərin.  
Ölümün dik gözünə baxmağa öyrənmişlər,  
Bəllidir yadlara bu cürəti təbrizlilərin.  
Dözməz haqsızlığa, tarix bunu çox yaxşı bilir,  
Kişilikdir belə xasiyyəti təbrizlilərin.  
Duz-çörək kəsmişəm onlarla ağır günlərdə,  
Doğruluqdur əbədi sərvəti təbrizlilərin.  
Yaxşı niyyətlə gələn qəlbi təmiz hər qonağa  
Hər zaman hədsiz olur hörməti təbrizlilərin.  
Analardan süd əmir körpəcə Səttarxanlar,  
Olacaq hər biri şan-şöhrəti təbrizlilərin! 
 
 
ÖZÜMDƏ QALIB 
 
Adın dilimdə, bu gün də şirin dilimdə qalıb  
Gözüm yolunda gözəl - dərdli Təbrizimdə qalıb.  
Səninlə yollar ağartdıq dünən o yerlərdə,  
Bu gün yəqin ki, o tayda ayaq izim də qalıb.  
Haray çəkib gecə-gündüz, vüsal deyib gəzirəm,  
Nə yaxşı ki, hələlik taqətim dizimdə qalıb.  
Uzaqdasan, mənə yalnız təsəlli varsa budur – 
Ömürlük, ey gözəlim, surətin gözümdə qalıb.  
Süleymanam sənə qurban, görüşməsək də bu gün  
Məhəbbətin ürəyimdə, mənim özümdə qalıb! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
200 
 
SÜLEYMANA GÖSTƏRİN! 
 
Cənublu qardaşlarıma 
 
Qırx il var ki, görməmişəm Təbrizi,  
Ordan mənə bir nişana göstərin.  
Özünüzü hər bu taya gələndə,  
Ayrılıqdan bağrı qana göstərin.  
Əlinizdə hər nə varsa oralı  
Şair könlü pərişana göstərin.  
Sinəsinə həsrət dağı çəkilmiş,  
Hamınızdan nigarana göstərin.  
Yaşarsa da bu görüşdən gözləri  
Onun kimi yana-yana göstərin.  
Heç olmazsa cansız kino lentada  
Təbrizini Süleymana göstərin.  
Sizin üçün böyük "günah" olsa da  
Mən imansız müsəlmana göstərin! 
 
 
HƏSRƏTİMİN YAŞI 
 
Həsrətimin yaşı çoxdur yaşımdan, 
Hicran dərdli bir insanam, a dostlar!  
Bu həsrəti soruşun göz yaşımdan  
Ayrılıqdan bağrı qanam, a dostlar! 
 
Döyüşlərdə mərd oğullar itirən,  
Bağçaları qara güllər bitirən,  
Dumalarla mənə xəbər yetirən  
O sahildən nigaranam, a dostlar! 
 
Mən nə çörək, nə şan-şöhrət acıyam,  
Nə məhəbbət, nə hürriyyət acıyam. 
Vahid vətən, vahid millət acıyam,  
Cənub dərdli Süleymanam, a dostlar! 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə