Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə54/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   50   51   52   53   54   55   56   57   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
235 
 
SƏNDƏ YOX 
 
Boşboğazlara 
 
Dostuna qəlbində hörmət, məndə vardır, sənda yox,  
Düşmənə dəryaca nifrət, məndə vardır, səndə yox. 
 
Sən deyirsən ki, vətən, millət mənəm, əhsən mənə!  
Bu çətin yolda cəsarət məndə vardır, səndə yox. 
 
Əsrimizdə doğruluq, düzlük kimi sərvət hanı? 
Gör nə xoşbəxtəm, bu sərvət məndə vardır, səndə yox. 
 
Pozmadım ömrüm boyu, dar gündə do öz andımı,  
Andına möhkəm sədaqət məndə vardır, səndə yox. 
 
Mən Süleyman Rüstəməm, qarşımda cövlan etmə gəl,  
Bərk ayaqda, çünki qeyrət məndə vardır, səndə yox! 
 
"NOVATOR"UN NİTQİ 
 
Çoxdandır köhnələrlə oturmuram, durmuram,  
Mənə özümə bənzər dost gərək, qardaş gərək.  
Şerimi nadanlardan, yadlardan qorumaqçün  
Mənə ürəyi yanan havadar, sirdaş gərək. 
 
Qışa bahar deyirəm, bahara qış deyirəm,  
Yağışa qar deyirəm, qara yağış deyirəm.  
Quşa milçək deyirəm, milçəyə quş deyirəm.  
Novatorun hər sözü baş-ayaq, çaşbaş gərək, 
 
Ovcumun içindəki nədir görməyənlərlə,  
Fəlsəfi sualıma cavab verməyənlərlə  
Nadir kəlləmə layiq çələng hörməyənlərlə  
Bu sənət meydanında sülh deyil, savaş gərək. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
236 
 
Yazmaqdan gecə-gündüz qabar olubdur əlim
Məni min ildən sonra anlayacaqdır elim. 
Bir deyil, yüz şəhərdə yüksələcək heykəlim - 
Ya mərmərdən, ya tuncdan, olmayacaq daş - gərək. 
 
Yerişim, tərpənişim, beynim, düşüncəm yeni,  
Qoy bütün bəşəriyyət belə tanısın məni  
Kütbaşlar deməsin ki, başa düşmürük səni  
Məni başa düşməyə başım kimi baş gərək! 
 
 "NOVATOR" RƏSSAMA 
 
Bir paltar geymisən başa düşmürəm,  
Astarı hansıdır, üzü hansıdır.  
Özün də bilmirsən, danışdığının  
Əyrisi hansıdır, düzü hansıdır. 
 
Özün öz başına açmısan oyun,  
Qırxmaq istəyirsən yumurladan yun.  
Bir adam çəkmisən bilinmir onun  
Qulağı hansıdır, gözü hansıdır. 
 
Mən belə sənətə əzəldən yadam,  
Adama oxşamır çəkdiyin adam,  
Söylə o adamın, yalançı rəssam  
Baldırı hansıdır, dizi hansıdır? 
 
Demə dühasıyam yer kürəsinin,  
Dəyməz bir quruşa varlığın sənin.  
Çünki anlamırsan el süfrəsinin  
Şəkəri hansıdır, duzu hansıdır. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
237 
 
NƏYƏ LAZIM 
 
Mənalı keçərsə məclisdə söhbət,  
Plov nəyə lazım, aş nəyə lazım?  
"Ağzıgöyçək"lərin yanında çalış  
Etmə öz sirrini faş, nəyə lazım? 
 
O kəs ki, Vətənə könül verməyib,  
Bir gül becərməyib, bir gül dərməyib,  
Fitnədən, fəsaddan üz döndərməyib  
Qəbrinin üstündə daş nəyə lazım? 
 
Badəni əlindən yerə qoymayan,  
Tərifdən, şöhrətdən gözü doymayan,  
Vətəni duymayan, eli duymayan  
Ürəksiz adama baş nəyə lazım?! 
 
TANIYA BİLDİM 
 
Səni gec də olsa tanıya bildim,  
Vətənə, millətə gərəksizsənmiş.  
Gündə yüz min kərə vətən desən də,  
Vətənsiz, millətsiz, məsləksizsənmiş. 
 
Üzündə süni bir tabəssüm sənin,  
Qeyd oldun içində dumanın, çənin.  
Nə bir dostun varmış, nə bir düşmənin,  
Arzusuz, amalsız, diləksizsənmiş. 
 
Yağdırdın sağına, soluna böhtan,  
Heyhat, bilmədin ki, başqadır zaman.  
Sən, yamana yaxşı, yaxşıya yaman,  
Deməkdə yaxşı ki, köməksizsənmiş. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
238 
 
Günəşli gündüzü gecə bilmisən,  
Toyda ağlamısan, yasda gülmüsən.  
Yox, yox, nə sevmisən, nə sevilmisən,  
Sən ürəksizsənmiş, ürəksizsənmiş! 
 
MƏN VARLIYAM, SƏN YOXSUL 
 
Beləsi də var 
 
İnsana ta qədimdən zinət olub ömürlük - 
Şöhrət olub ömürlük 
Namus, qeyrət, həqiqət, 
Təmiz vicdan, məhəbbət. 
Ey məclislər başında vardan söz açan adam 
Ciblərindəki cansız yardan söz açan adam. 
Dilin pul, nəfəsin pul, 
Eşqin pul, həvəsin pul. 
Sözündən pul tökülür, 
Gözündən pul tökülür. 
Piylənmiş əndamında tərin də puldur sənin, 
Dərin də puldur sənin. 
Sağda pul asqırırsan, solda pul asqırırsan, 
Yolda pul asqırırsan. 
 
Görürəm qazancını düzdən düz xərcləyirsən, 
Aylığın yüz manatdan gündə yüz xərcləyirsən. 
Məclislərdə şairi kinayəli süzürsən
Şeri alqışlananda yaman dodaq büzürsən. 
Baxıb sənə gülürəm, 
Mən çox gözəl bilirəm - 
Yoxdur zərrə hörmətin, 
E1 içində şöhrətin. 
Bu yerdə on abırlı şəxsiyyət səncə, sənsən, 
Dünyanın ən yoxsulu, şübhəsiz, məncə, sənsən. 
Heç vaxt hörmət sahibi ola bilməyəcəksən, 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
239 
 
Namus, qeyrət sahibi ola bilməyəcəksən. 
Çünki çölə atılmır mənim bu saydıqlarım, 
Mağazada satılmır mənim bu saydıqlarım. 
Mənim bu saydıqlarım cibə, filana sığmaz, 
Yox, yox, ümmana sığmaz. 
Dünyanın bu varından sən məhrumsan ömürlük. 
Ömürlük baharından sən məhrumsan ömürlük. 
Atalar əcəb deyib, ömrə bəzək deyil pul. 
Xoşbaxtlər xoşbəxtiyəm - mən varlıyam, sən yoxsul! 
 
İNSAN VƏZİFƏNİ BƏZƏSİN GƏRƏK 
 
Oturub dörd divar arasında sən – 
Yüz yerə zəng vurub əmrlər verdin.  
Hər kəlmə başında söylədin "mən", "mən".  
Hamıdan ağıllı özünü gördün. 
 
Üzünə yalandan gülənlər oldu,  
Onlarla oturub, onlarla durdun.  
Büllur piyalələr boşaldı, doldu,  
Nitqlər söyləyib doyunca vurdun. 
 
Ömürlük zənn etdin öz vəzifəni,  
Sandın qəbrə qədər keçəcək belə.  
Görmədin qəlbini yeyən düşməni,  
Günləri toz kimi sovurdun yelə. 
 
Bir gün yadındamı, gözlətdin məni,  
Qəbul otağında saatlarla sən. 
İş vaxtı qurtardı, görmədim səni,  
Bundan zərrə qədər incimədim mən. 
 
Üzünü turşutdun alanda salam.  
Ayağın altını görmədi gözün.  
Yanında alimlər sayıldı avam,  
Dərin quyu qazdın özünə özün. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə