Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə56/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   50   51   52   53   54   55   56   57   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
244 
 
Küplərə həmlə edib içdi şərab, bəziləri,  
Vətənə, millətə qaytardı cavab, bəziləri. 
 
Eybəcər xarici mal ruhuna çox xoş gəldi,  
Evinə bir gecə yox, hər gecə sorxoş gəldi.  
Ürəfa məclisinə kəlləsi bomboş gəldi.  
Halını el-obanın etdi xarab, bəziləri,  
Süfrəda kolbasanı sandı kabab, bəziləri. 
 
Dedi: röyada da yalnız yenilikdir qonağım,  
Dolu kəlləmdə gərək tərsinə olsun papağım.  
Qoy dəyişsin yeri, əlcəkli gorünsün ayağım.  
Sevinib əllərinə geydi corab bəziləri,  
Pozdu "yoldaş" sözünü, yazdı "cənab" bəziləri. 
"Gözün üstündə qaşın var" - deyənə vurdu təpik,  
Gülmədi toyda üzü, yasda durub çaldı çəpik.  
Dedi: "Zənn eyləməyin millətə biz naxələfik"  
Dayılı çoxlarına verdi əzab bəziləri,  
Dayısız bir döyüşə etmədi tab bəziləri. 
 
YUBİLEY AŞİQİ 
 
Yubiley istəyirəm, yubiley istəyirəm,  
Çox az şey istəyirəm, çox az şey istəyirəm,  
İstəyirəm sərhədi burda bir qədər keçəm,  
Komitəmin üzvünü, sədrini özüm seçəm.  
Şirin arzularımı salsın plana dostlar,  
Şöhrətimi mahnıtək yaysın cahana dostlar.  
Qayıdam uşaqlığa, Başlayam şıltaqlığa.  
Əldən salım sədrimi, Ta ki, bilə qədrimi. 
Haqqımdakı çıxışlar özümə göstərilsin,  
Mənə könlüm istəyən hədiyyələr verilsin.  
Hər mahaldan bir xalı 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
245 
 
Olsun dədəmin malı. 
Gəlsin büllur qab-qacaq, 
Gümüşdən çəngəl-bıçaq. 
Qoyun-quzu, yağ-düyü, qaz-ördək, toyuq-cücə, 
Yubilyarın cibləri gərək düşməsin gücə. 
Haqqımda nə deyirsə desin hər ağzıgöyçək, 
Nəyə lazım gül-çiçək. 
Könlümə verməz ilham 
Quru kağız, teleqram. 
Nağıllarda deyilən qırx gün, qırx gecə, azdır, 
Ayaqüstü, atüstü təntənə gəlməz vecə. 
Nə qədər ki, mənimtək sədrimin kefi sazdır, 
Şənliyimə ayırsın dörd yüz gün, dörd yüz gccə. 
Bunlar istəklərimin mində biridir hələ, 
Mənim utancaqlığım yaxşı tanışdır elə. 
Haqlı tələblərimə, sədd çəkən varlığımdır, 
Həddindən çox, çox artıq təvazökarlığımdır. 
 
SƏRÇƏ BALLADASI 
 
Şarj-nəzirə 
 
Günlərin bir günündə 
Toyuqların hinində 
Məclis qurdu sərçələr, 
Şairlərdən yamanca qeybət qırdı sərçələr. 
Dedilər bir ağızdan, "yaddan çıxmışıq tamam, 
Əndamımız görməyib min ildən çoxdur hamam. 
Rəhmə gəlin, qırıldıq, hamamsız, camadarsız, 
Bizi hesab etməyin cəmiyyətdə yararsız". 
Təzə mövzu axtaran, 
Dəryada su axtaran 
Azarkeşlər söylədi: "səbrinizi basın bir, 
Bizə qulaq asın bir, 
Fındığı qoz sərçələr, 
Üst-başı toz sərçələr. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
246 
 
Məskəni kol sərçələr, 
Cik-ciki bol sərçələr 
Biz vacib bilmişik ki
Qərara gəlmişik ki, 
Bülbüllərin adını dəftərimizdən pozaq, 
Sizin zəngin daxili aləminizdən yazaq". 
 
Bu sözdən vəcdə gəldi xırdavatçı sərçələr, 
Yetənə qaş-göz atdı zarafatçı sərçələr. 
Dedi: azarkeşlərə mərhaba, milyon kərə, 
Demirəm ki, on kərə, 
Vədinə edib əməl, 
Azarkeşlər əlbəəl 
Tilsim açılsın deyə əziyyətsiz, kökündən 
Atdılar od içinə sərçələrin tükündən. 
Coşub-daşdı buludlar, 
Buynuzlaşdı buludlar, 
Bu tədbirin bir anda göydən əncamı yağdı, 
Günbəzli, çarhovuzlu sərçə hamamı yağdı. 
Bütün adsız sərçələr, 
İstedadsız sərçələr, 
Hamama tezdən də tez, sorğusuz buraxıldı. 
Lakin adlı sərçələr, 
İstedadlı sərçələr 
Gecdən-gec buraxıldı, yaman yandı, yaxıldı. 
Onu da ərz edim ki, boşdu hamsının cibi; 
Bülənd oldu günbəzə sərçələrin cib-cibi. 
Hava işıqlanmamış saat altı tamamda 
Erkək, dişi sərçələr çimdi isti hamamda. 
Biri kisə çəkdirdi baldırına, belinə, 
Biri həna yaxdırdı ayağına, əlinə. 
Badımcanı, çəhrayı fitə taxdı sərçələr, 
Kefə baxdı sərçələr. 
Hamamdakı tasları dəf yerinə çaldılar... 
Özləri özlərindən xeyli razı qaldılar. 
Birgə yallı getdilər dırnaq üstə, doyunca, 
Yoruldular... 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
247 
 
Axşamın gəldiyini duyunca 
Aldadıb hamamçını bizim usta sərçələr, 
Əkildilər birbəbir asta-asta sərçələr. 
Oxucum, demirəm ki, sənsiz qaldı sərçələr, 
Cibləri boş, yetimtək mənsiz qaldı sərçələr. 
Demirəm ki, dumansız, çənsiz qaldı sərçələr. 
Tərtəmiz küçələrdə dənsiz qaldı sərçələr. 
Baş vurdular nəhayət, yolda bir gülüstana, 
Bülbüllərdən borc alıb cumdular restorana, 
Quyruğu top sərçələr
Mahnısı gop sərçələr 
Bir az araq vurdular, 
Bir az konyak vurdular. 
Mahir təlxək sərçələr, 
Dili pəltək sərçələr. 
Girişdilər söhbətə, 
Bülbüllərdən qeybətə. 
Sərçələr, ay sərçələr, 
Nimçəsi ay sərçələr, 
Baldırı çöp sərçələr. 
Mədəsi küp sərçələr 
Əgər belə gedərsə, ya hənək, ya dəyənək - 
İtlərin, pişiklərin hamamı yağsın gərək! 
 
DEMƏRƏM 
 
Mən vətənsizlərə ömrüm boyu insan demərəm,  
Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.  
Qanqala - dağ çiçəyi, hörpəyə reyhan deyənin – 
Bağda dingildəsə də, zalına bağban demərəm.  
Birinin könlünə yatmır, qurumənzumələri,  
Onu həzm etməyənə, doğrusu nadan demərəm.  
Nəzminin əvvəli yox, ortası yox, axın yox,  
Çox da var qafiyəsi, hər şeyə dastan demərəm.  
Geysə aslan dərisi, çəksə də min nərə əgər,  
Bunu bilsin adına səhv edib, aslan demərəm. 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə