Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə51/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
220 
 
Böyük məhəbbətlə süd verir ona,  
Körpəmsiz olmasın qucağım, - deyir. 
Bir ana dillənir: "Mənim ülkərim,  
Gözümün işığı, canım, ciyərim.  
Səninlə dağılır dərdim, kədərim.  
Sənsiz işıqlanmaz ocağım, deyir. 
Gəncliyim ötsə də, xoşbəxtəm yenə,  
Mahnılar qoşuram xalqa, vətənə.  
Hər yerdə ağsaqqal deyirlər mənə,  
Anamsa "gül balam, uşağım" - deyir. 
       
 
ATAMA 
 
Ata! Sən bu həyatdan nakam getmədin əsla,  
Gəlir övladlarının ocağından işıqlar.  
Onlar yolçu olublar al günəşli bir yola,  
Sənin bu doğru yolda xoşbəxt övladların var. 
Gözümüzün önündən getməyib, getməyəcək,  
Bizə çörək qazanan büküilməz biləklərin.  
Çəkdiyin o əməklər itməyib, itməyəcək,  
Dünyada hasil oldu tükənməz diləklərin. 
Sindanının önündə çəkic vuran zamanlar  
Üzümə çox sıçrayıb dəmir qığılcımları.  
Ata! Kim bilir, bəlkə, bəlkə elə o anlar  
Ürəyimdə yaranıb şeir qığılcımları! 
Mən hər məzarıstanda olduğum zaman, ata,  
Sənin şair oğlunun yaşla dolur gözləri.  
Sanki lap əvvəlkitək gəlir qulaqlarıma,  
Qara torpaqlar altdan çəkicinin səsləri. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
221 
 
AXTARARSINIZ 
 
Bir gün yadınıza düşərsəm, məni,  
Bu doğma ellərdə axtararsınız.  
Beş, altı nəğmənin müəllifini  
Sevən könüllərdə axtararsınız. 
 
İlk bahar çağında, 
İsa bulağında, 
Araz qırağında, 
Sonalı göllərdə axtararsınız. 
 
Gözəllər gözəlim, vətəndir, vətən,  
Nə duman görəcək, amalım, nə çən.  
Məni, karvan-karvan mənalı keçən,  
Aylarda, illərdə axtararsınız. 
 
Görən gözümü, 
Ürək sözümü, 
Mənim özümü 
Nəğməli dillərdə axtararsınız. 
 
 
ÖTƏN İLLƏRİM 
 
Gəldi yaş üstünə yenə də bir yaş,  
Sanmayın, yel kimi keçdi illərim.  
Uğurlu, günəşli, uzun yollarda  
Dostu düşmənindən seçdi illərim. 
 
İllərim bu vətən torpağındadır,  
Şeir bağındadır, söz bağındadır.  
Ellərin gözünün qabağındadır,  
Kim deyə bilər ki, heçdi illərim. 
 
Açdı hər qapını öz qapım kimi,  
Dindi könüllərdə rübabım kimi.  
Gəzdi dost ellərdə kitabım kimi,  
Sevən ürəklərə köçdü illərim. 
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
222 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
223 
 
MƏNƏ QALIBDIR 
 
Ulu babalardan, mərd atalardan  
Haqq yolu izləmək qalıbdır mənə.  
Azadlıq vurğunu bəşəriyyəti  
Ağ günə səsləmək qalıbdır mənə. 
 
Ey dost, sənə layiq, həm mənə layiq,  
Zavalsız, xəzansız gülşənə layiq,  
Qurbanı olduğum vətənə layiq  
Mahnılar bəsləmək qalıbdır mənə. 
 
Araz sahilində gəzən dilbərin,  
İllərlə min dərdə dözən dilbərin  
Hicranı qəlbimi üzən dilbərin,  
Yolunu gözləmək qalıbdır mənə! 
 
 
VAR OLUN! 
 
Dağı dağ üstə qoyan qəhrəman ellər, var olun,  
Üzü ağ, alnı açıq şanlı nəsillər, var olun.  
Pambıq uğrunda təbiətlə çıxarkən döyüşə,  
Qaçdı sizdən qara yellər, dəli sellər, var olun.  
Ağ qızıldan yaranıb dağ, boyu yerdən göyəcən  
Bu vətən torpağına can verən əllər, var olun.  
Çevrilir təntənəyə, himnə, zəfər nəğməsinə  
Qəlbinizdə yuva qurmuş xoş əməllər, var olun!  
Gəlirəm vəcdə, görüb əzminizin bəhrəsini,  
Səslənir şövq ilə qəlbimdəki tellər, var olun! 
 
 
XƏZƏRİM OLSUN 
 
Deyirəm Xəzərin sahillərində  
Mənim milyon-milyon səhərim olsun.  
Ürək dostlarımın ürəklərindən  
Keçən arzulardan xəbərim olsun. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
224 
 
Eşqi var, qanı var mənim canımda,  
Dalğası dillənir həyəcanımda,  
Xəzərsiz keçməyib bircə anım da,  
Ölsəm qoy məzarım Xəzərim olsun. 
 
 
ÖZGƏLƏNMƏSİN 
 
Şair yad elli bağda gərək kölgələnməsin, 
Yad gözlə baxmasın vətənə, özgələnməsin. 
Gəzsin vüqarla, vəcdə gəlib bəxtəvər kimi, 
Millət, vətən məhəbbəti qəlbində sönməsin. 
Məftun olub öz aləminə, öz cəlalına, 
"Mən, mən" deyib həyatda müqəvvaya dönməsin. 
Şair çəkinməsin, sözünü düz desin gərək, 
Nadanların yığıncağına düşsə dinməsin. 
Yaz, yaz dəmirçi oğlu sayaq yaz, Süleymanım, 
Şerin də qoy özün kimi təxtindən enməsin. 
 
 
GÜLŞƏNİM 
 
Etsə cövlan min xəzan - qarşımda, solmaz gülşənim,  
Sevgi dəryasında tufan qopsa, batmaz yelkənim.  
Kim ki, vicdan alverindən doymayıb bilsin ki, o  
Düşmənimdir, düşmənimdir, düşmənimdir, düşmənim. 
Görməyib, görməz məhəbbətsiz bu dost ellər məni,  
Qəlbimin saf, al qanıyla yoğrulub eşqim mənim.  
Xalqıma böhtan atan qansızlara, satqınlara  
Ta uşaqlıq illərimdən mən kesildim bir qənim.  
Mən Süleyman Rüstəməm, məşəl təkindir hər sözüm  
Çünki odlar yurdudur ilk məskənim, son məskənim! 
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
225 
 
NƏ DƏRDİM! 
 
Canan üzümə bir kərə gülsəydi, nə dərdim,  
Mən tək o da bir qədrimi bilsəydi, nə dərdim  
Tutsaydı baharın gül əlindən, ətəyindən,  
Sevda bağımın seyrinə gəlsəydi, nə dərdim.  
Aydın seçə bilsin deyə hər yaxşını pisdən  
Qəlbində olan güzgünü silsəydi, nə dərdim.  
Birlikdə bu gülşəndə bizim əllərimizlə  
İlhamla qızılgüllər əkilsəydi, nə dərdim.  
Olsaydı Süleyman kimi öz eşqinə sadiq,  
Hər gün adımız birgə çəkilsəydi, nə dərdim! 
 
 
GƏLİN GƏLSİN 
 
Gün batdı, külək yatdı,  
Tox bir quzu tək yatdı.  
Tərpənmədi yarpaqlar  
Gül yatdı, çiçək yatdı. 
 
Yatmaqdan uzaqdım mən,  
Ulduzlara baxdım mən.  
Bir ulduz alıb göydən  
Öz köksümə taxdım mən. 
 
Yer elçisi adlandım,  
Eşqimlə qanadlandım,  
Ulduzlara çatmaqçın  
Min zəhmətə qatlandım. 
 
Qoy arzumu el bilsin!  
Göylərdə həyat gülsün,  
Aydan əziz oğlumçun  
Bir nazlı gəlin gəlsin! 
 
  
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə