Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   50   51   52   53   54   55   56   57   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
230 
 
QONŞULARIMDAN BİRİ 
 
Girdi fırıldaq ilə yağlıca bir artelə
Arif olub vermədi vaxtını bir an yelə. 
El malına atdı ol qonşularımdan biri, 
Əyri işə qatdı əl qonşularımdan biri. 
Nəsli avamzadədir, 
Əsli haramzadədir. 
Söylədiyim doğrudur - 
Aydın, açıq oğrudur - 
Peysəri piy bağlayan qonşularımdan biri, 
Hay deməmiş ağlayan qonşularımdan biri. 
Gündə girib min dona 
Söz dedi bundan ona. 
Dal çevirib qeyrətə 
Verdi rəvac rüşvətə - 
Qəlbini qurdlar yeyən qonşularımdan biri, 
Haqq sözə nahaq deyən qonşularımdan biri. 
Xəlvəti məclis qurub etdi nümayiş oyun
Sandı çatıbdır daha ağzı ömürlük bala. 
Gəldi onunçün bağa körpə quzu, kök qoyun, 
Ət çəkilib şişlərə oldu rəvan manqala. 
Hədsiz, hesabsız yedi qonşularımdan biri, 
Gic-gici sağlıq dedi qonşularımdan biri. 
Doldu hinə bollu qaz, 
Sandı bunu xeyli az. 
Saqqalı al qan xoruz, 
Tükləri əlvan xoruz 
Balkonu minbər bilib sübhə qədər banladı, 
Həm özünü, həm də ki, sahibini danladı. 
Kəsdi bu külbaşları qonşularımdan biri, 
Moizəyə başladı qonşularımdan biri. 
Şişdi qarın, şişdi baş, 
Etmədi əsla təlaş, 
Oğrulara verdi aş, 
Doğrulara atdı daş, 
Oldu əyan hiyləsi, 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
231 
 
Batdı kükündən səsi. 
Min qapıda çaldı saz qonşularımdan biri, 
Taleyinə tutdu yas qonşularımdan biri. 
Keçmədi artıq sözü 
Oldu gecə, gündüzü. 
Baxdı işə məhkəmə, 
Ey oxucum, qəm yemə. 
Aldı on il, vəssalam, qonşularımdan biri, 
İtdi gözümdən tamam qonşularımdan biri. 
 
 
ELAN 
 
Gözəl-göyçək oğlanam, 
Sağ olsun atam-anam. 
Mən demək istəyirəm: 
Evlənmək istəyirəm. 
Oxuyun elanımı - candan qeydimə qalan
Ciblərimi dolduran, mənimçin maşın alan, 
Ürəyimi sıxmayan, 
Bir sözümdən çıxmayan... 
Müxtəsəri, bir kalan qaynata axtarıram, 
Doğma atamdan əla bir ata axtarıram. 
Qız çirkinmi, gözəlmi, mənimçin fərqi yoxdur, 
Qaynatadır əsas şey, bunun mənası çoxdur, 
Şərtimi bəyənənlər etsin xəbərdar məni, 
Məni görmək istəyən çox asan tapar məni. 
Adım, familim bütün milis şöbəsində var, 
Ünvanım: şəhərdəki bahalı restoranlar. 
 
MÖHKƏM BİRLİK 
 
Əcəb şeydir: yazınız 
zəif əsərlər - o, sən,  
Sən oxu, o bəyənsin, 
o oxusun sən bəyən! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
232 
 
ÖZÜNDƏN RAZI 
 
Yaşadı, həmişə özündən dedi,  
Göydəki günəşə özündən dedi.  
Nə səni bəyəndi, nə məni, heyhat,  
Dedi tək mənimçin yaranıb həyat.  
Dedilər ki, evlən, təklik yamandır,  
Dedi ki, dinməyin, susun, amandır.  
Evlənsəm başıma açılar kələk – 
Qapımdan girəntək o nazlı mələk  
Qorxuram varımı, yoxumu yeyər,  
Özündən danışar, özündən deyər.  
Mənim varlığımı danar bəlkə də...  
Mənalı ömrümü qoyar kölgədə. 
 
Gün keçdi, ay keçdi, büküldü beli,  
"Mən", "mən" söyləməkdən qalmadı dili.  
Hətta son nəfəsdə danışan zaman  
Bir kimsə qalmadı sözündən razı.  
Nəhayət, səs-küysüz köçdü dünyadan,  
Hamıdan narazı, özündən razı. 
 
YAXŞI Kİ... 
 
Vəzifə başında oturmuşam mən,  
Yaman hərlənirsən ətrafımda sən.  
Sağıma baxıram, sağımda varsan,  
Soluma baxıram, solumda varsan,  
Bağıma baxıram, bağımda varsan,  
Yoluma baxıram, yolumda varsan.  
Artıq, bir vəzifə daşımıram mən,  
Gözümə dəymirsən, qəribədir, sən.  
Sağıma baxıram, sağımda yoxsan,  
Soluma baxıram, solumda yoxsan.  
Bağıma baxıram, bağımda yoxsan,  
Yoluma baxıram, yolumda yoxsan.  
Yaxşıki, yoxsan! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
233 
 
DEYİRSƏN Kİ... 
 
Deyirsən ki, "mənimçin dosttək düzəlt bu işi,  
Xəcalətli qalmaram, axı, kişiyəm, kişi". 
 
Dinlə, ey cürət edib bu sözü deyən adam,  
El bilir, ömrüm boyu bu alverə mən yadam.  
Dostluq əgər budursa, tüpürüm bu dostluğa,  
İş belə baş tutursa, tüpüruın bu dostluğa! 
 
Mənim - el arasında vicdanım təmiz olub,  
Vətənsizlərə qarşı qəzəbim dəniz olub.  
Düşmənidir gözümün - düşmənidir, düşməni:  
Gör məni görüm sani, görüm səni, gör məni". 
 
ÖZÜNÜ BƏYƏNƏNƏ 
 
Hey özündən deyirsən hər yerdə,  
Təpəyə dağ deməklə dağ olmaz.  
Yediyindən də razısan xeyli,  
Pendirə yağ demoklo yağ olmaz.  
Görməyirsən alaq basıb bağını,  
Kolluğa bağ deməklə bağ olmaz.  
Dandın artıq, yetər, sözün düzünü,  
Qaraya ağ deməklə ağ olmaz. 
 
XƏSTƏLİK 
 
Lovğalara 
 
Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq.  
Bilməyən yoxdur, yaman pis xəstəlikdir lovğalıq.  
Göz yumub, sən göz açınca, bil ki iş-işdən keçər,  
Beynini qaplar duman, pis xəstəlikdir lovğalıq. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
234 
 
Fərqi yox, həm yaşlıya, həm gəncə - o, yüksəkləri  
Görməyə verməz aman, pis xəstəlikdir lovğalıq.  
Təşkil etdirdin yetər, quyruqlu tərifnamələr,  
Sənətinlə ad qazan, pis xəstəlikdir lovğalıq.  
Mən Süleymana - edib cürət yovuşmaz bu mərəz,  
Məncə hər an, hər zaman, pis xəstəlikdir lovğalıq! 
 
BƏDBƏXT ADAMA 
 
Dərdə bax, yalnız özündən razısan, bədbəxt adam,  
Zənn edirsən, millətin avazısan, bədbəxt adam. 
 
Səndən olmaz sanki aləm heç nədir, sənsən düha.  
"Sən məhəbbət, sən bilik dəryasısan", bədbəxt adam, 
 
Hər araq dostun içib kefləndimi, tez-tez deyir:  
"Sən bütün məclislərin mənasısan", bədbəxt adam. 
 
Kaş biləydin harda söhbət yaxşı insandan gedir,  
Orda sən hər cümlənin "əmma"sısan, bədbəxt adam. 
 
Sən Süleymandan soruşsaydın kiməm?  
Söylərdi ki, Sən, vəba, taun, bəla əkkasısan, bədbəxt adam. 
 
NİFRƏT 
 
Gündə bir cildə girən simasız adamlara  
Heyrət etmədiyinçin heyrət edirəm sənə.  
Yalana, çirkinliyə, həsədə, pozğunluğa  
Nifrət etmədiyinçin nifrət edirəm sənə. 
 
Bahardan üz döndərən ürəyi gülşənsizə,  
Məsləki gülşənsizə, diləyi gülşənsizə,  
Zahiri vətənliyə, batini vətənsizə,  
Lənət etmədiyinçin lənət edirəm sənə 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə