Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə50/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
215 
 
Yazısız, başdaşısız torpaqlara gömdüyüm,  
Qəlbimdən qopardığım dünənki kədərimdir.  
İlhamımın çeşməsi, mahnımın nəqəratı  
Mənim uzun ömrümün aynası Xəzərimdir.  
Dalğaların qoynunda bir an sakit keçməyən  
Havasını udduğum bu gözəl şəhərimdir! 
 
 
İKİNCİ TƏVƏLLÜD 
 
Udardı məni də qaranlıq gecə  
Canımı atəşlə yoğurmasaydım.  
Bilmirəm taleyim gülərdi necə  
Ellər, ellər deyib çağırmasaydım! 
 
Bu ilham,  həvəs hardandı məndə - 
Bəxtimin üstündə göz olmasaydım!  
Al bayraq altında ana Vətəndə  
Mən ikinci dəfə doğulmasaydım! 
 
   
YADİGAR 
 
Vətən hədiyyə edibdir bu iftixarı mənə,  
Odur, o, sevdirən ömrümdə ilk baharı mənə. 
 
Səhər qızılgülün eşqilə nəğmələr oxuyar  
Baharımın sarı köynəkli bəsləkarı mənə. 
 
Hər axşamüstü gözəl müjdələr verər, ey dil,  
Günəşli göydə uçan durnalar qatarı mənə. 
 
Süleymanam, bilirəm hər kəsin mən öz dilini,  
Nəsihət eyləmə duzsuz dilinlə barı, mənə. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
216 
 
XATİRƏ 
 
Vuruldum gəncliyimdə Xəzər gözlü bir qıza,  
Səhər gözlü bir qıza! 
Könlümdə dil açanda mənim ilk məhəbbətim,  
Yadımdadır o qızla lalapiti söhbətim.  
Kəlməni kəlbətinlə qəlbimdən çıxardığım,  
Ayağım əsa-əsə qapısına vardığım.  
Yadımdadır, əksini gözümdə gəzdirdiyim,  
Sevgisini canımtək özümdə gəzdirdiyim.  
O qıza bir qızılgül verdiyini yadımdadır,  
Bir axşam yaxasında gördüyüm yadımdadır...  
Yadımdadır könlümə ilham verən sözləri,  
Gözlərimlə danışan o səmavi gözləri,  
Gedişi yadımdadır, gəlişi yadımdadır,  
Bahardan min qat gözəl gülüşü yadımdadır. 
Bu eşqin tarixindən çox uzun illər keçib,  
İllərin darağıyla saçımıza dən düşüb.  
Elə gəlirki, mənə 
Verdiyim o sul yenə 
Onun yaxasındadır, 
Ayrılıq saatları illər arxasındadır. 
 
 
O QIZDIR 
 
Deyirlər ki, o qızın nəyinə vurulmusan,  
Bilmirik niyə görmür gözəlləri gözlərin?!  
Bu məzəmmət hədərdir, mən deyiləm peşiman,  
Yox, yox, dəyəri yoxdur mənimçin bu sözlərin. 
Eşqimin göylərində tək o qızı görürəm,  
Günəşim də, ayım da, ulduzum da o qızdır.  
Nə baharı, nə qışı, nə payızı görürəm,  
Baharım da, qışım da, payızım da o qızdır!  
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
217 
 
MƏHƏBBƏT OLMASAYDI 
 
Bu həyat kitabımın artdıqca varaqları  
Ömrümün ağacından yarpaqlar bir-bir düşür.  
Yaxşı bilirəm ki, mən olubdur ömrüm yan,  
Lakin könlümdən yenə mənim yaşamaq keçir.  
Həmişə toxdur gözüm,  
Özgənin şöhrətində zərrəcə yoxdur gözüm.  
Mahnı deməkdir peşəm,  
Xoş günümdə hamıya xoş günlər istəmişəm.  
Dostlar dar gün görməsin, demişəm dar günümdə,  
Bütün yaxşı insanlar dayanıb göz önümdə.  
Dinməzdim yazdıqlarım həqiqət olmasaydı,  
Könlümdə insanlara məhəbbət olmasaydı. 
 
* * * 
 
Səno öz könlümü verdim, səni candan sevdim, 
Sevgimə olmadı əngəl dəli hicran, sevdim.  
Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab,  
Bu yolun yolçusutək dərdə dözüb çəkdim əzab.  
Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm,  
Eşqimə gülləri, bülbülləri şahid çəkdim.  
Səni sevdimsə də, heyhat, üzümə gülmədi baxt,  
Adına nəğmə qoşarkən gecə-gündüz bir vaxt,  
Elə zənn etmə ki, səndən diləyirdim sədəqə,  
(Eşqi dünyada, inan, istəməz heç kim sədəqə).  
Duymadın qəlbimi əsla, de, görüm, mən nə edim?  
Niyə küsdün? Sənə bir güldən ağır sözmü dedim?  
Solmadı, yox, bu məhəbbət, bu çiçək könlümdə  
Saxladım ilk yaranı xatirətək könlümdə.  
Sönməyib, yox, hələ könlümdəki eşqin həvəsi,  
Onu dondurmayacaq ayrılığın buz nəfəsi.  
Varsa bir zərrə günahım məni əfv etmə, buyur,  
Vurduğun ilk yaranın üstünə son bir yara vur! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
218 
 
BAHAR RƏQSİ 
 
Lənkərandayıq, Lənkarandayıq,  
Həyəcandayıq, həyəcandayıq. 
Moskvadandır qonaqlarımız,  
Mahnılar deyir dodaqlarımız.  
Yaşıl don geyib Talış dağları,  
Min rəngə çalır meyvə bağları.  
Sağımız çiçək, solumuz çiçək,  
Sahil boyunca yolumuz çiçək.  
Köhnə dost kimi ilk bahar yenə  
"Çiçək dər" deyə, göz vurur mənə.  
Gülür o körpə həvəsli bahar,  
Ətirdən də xoş nəfəsli bahar.  
Əlində lalə bahar rəqs edir,  
Bahardan gözəl Xumar rəqs edir.  
Belədir bizim vətən qızları,  
Həyatı parlaq yer ulduzları! 
 
 
SƏNİ SEVƏRDİM 
 
Bakı göylərində gözəl bir axşam  
Tapdı ulduzunu mənim ulduzum.  
Sən məndən, mən səndən alırıq ilham,  
Qoy şirin söhbətim olmasın uzun. 
Sevgi dünyasında keçdi ömrümüz,  
Ağ gündə, dar gündə sınadım səni.  
Bağışla, sevgilim, olmasam da pis – 
Bəzən yerli-yersiz qınadım səni. 
Çox yaxşı bilirsən, vəfalı dilbər,  
Adına bağlıdır sevincim, dərdim.  
Yenidən dünyaya gəlsəydim əgər  
Yəqin ki, yenə də səni sevərdim! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
219 
 
ADINI SAXLA 
 
Həyat yollarında, könül, həmişə,  
Yadında müqəddəs andını saxla.  
Dost ellər içində, sınaq günündə,  
Hörmətini saxla, adını saxla. 
 
Həyatda sevinclə əkizdir kədər,  
Çalış, bir anın da getməsin hədər.  
Süleyman, ömrünün sonuna qədər  
Qəlbində eşqinin odunu saxla! 
 
ANALAR 
 
Görün nə aləmdir, bizim analar,  
Biri övladına çırağım deyir.  
Görürsən o biri öz laylasında  
Pənahım, igidim, qoçağım deyir. 
 
Biri də: can bala, qulaq as, sənsiz,  
Sərt qışa çevrilər bahar, yaz sənsiz,  
Bəxtimin qapısı açılmaz sənsiz,  
Solar çiçək bağım, gül bağım, deyir. 
 
Bir ana səslənir: balam, ay balam,  
Mənim günəş balam, mənim ay balam,  
Dünyada tapılmaz sənə tay balam,  
Sənsən ucalığım, Şahdağım, -deyir. 
 
Bir ana qaldırıb zilə səsini
Oxuyur ömrünün xoş nəğməsini. 
Öpüb dönə-dönə öz körpəsini 
Ən gözəl çağımdır, bu çağım, deyir. 
 
Bir qonşu evdəsə cavan bir ana  
Öz körpə ilkini basıb bağrına, 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə