Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə52/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

_________Azərbaycan Milli Kitabxanası_________ 
 
SATİRA VƏ YUMOR 
 
BİR DƏDƏ AXTARIRAM 
 
Eldən gizli deyil bu, yetim böyümüşəm mən, 
Məşq edirəm qələmlə kağızlar üstdə hərdən. 
Çox yerə baş vurmuşam cızmaqaramla, heyhat, 
Deyiblər ki, başından çıxar bu sevdanı at. 
Bir dədə axtarıram, məşhur bir yazan olsun, 
Ömürlük hər sahədə çətinim asan olsun. 
Birdədə axtarıram, özü təpərli olsun, 
Sözü təpərli olsun. İttifaqa üzv olum əziyyətsiz, 
filansız, Əsərlərim yönəlsin mətbəəyə plansız. 
Bir dədə axtarıram, dədəlik etsin mənə, 
Şəhərin mərkəzində mənzil düzəltsin mənə. 
Tamam-kamal açmadım ürəyimin dərdini, 
Dədə tapandan sonra söylərəm mabədini. 
 
 
ƏCAİB ƏSƏR 
 
Əsər var ki, bilmirsən nə ad verəsən ona, 
Oxumaq mümkün deyil, min yol varaqlasan da. 
Müəllİf desin görək, kitab aşiqlərinə 
Niyə rəhmi gəlməyib bu əsəri yazanda?! 
Yazır, yazır, hey yazır, kitab kitab dalınca, 
Nəşriyyat gələ bilmir nəşrinin öhdəsindən. 
Geniş, nəhəng, təpərli bir mətbəə açmağı 
Müəllifə ürəkdən məsləhət görürəm mən. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
226 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
227 
 
QƏRİBƏ NİTQ 
 
Gecə-gündüz sənətim yazmaqdır ancaq mənim,  
Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,  
Mənim istedadımı gözü götürməyənlər,  
Şöhrətimi, adımı gözü götürməyənlər.  
Deyirlər: "Kitab oxu, gözün açılsın bir az,  
Yoxsa quru havadan adam yazıçı olmaz".  
Bu öyüdlər əbəsdir, qüdrətimi bilənlər,  
Dostlarımın yanında şöhrətimi bilənlər.  
Mənə tənə daşları yağdırmasınlar gərək,  
Həsəd, fitnə daşları yağdırmasınlar gərək.  
Mənə gərək deyildir mənasız məsləhətlər,  
Mən özümdə görürəm min-min gözəl cəhətlər,  
Niyə əzablar çəkim, niyə batım qan-tərə,  
Niyə qızıl vaxtımı itirim nahaq yerə.  
Hey yazıram özümçün, qar olsun, çovğun olsun,  
Çalışıram əsərim özümdən yoğun olsun.  
Özgənin kitabında niyə vaxt itirim mən,  
Niyə ədəbiyyata oğurluq gətirim mən.  
Onu, bunu oxusam - itər xüsusiyyətim,  
Dəyişər xasiyyətim. 
Hərəsi bir put gələn əsərim varkən mənim,  
Niyə sənətkarlığı özgələrdən öyrənim.  
Qoy məndən öyrənsinlər iti yazmaq sirrini,  
Özgəyə yox, özünə qulaq asmaq sirrini,  
Mən korlaya bilmərəm kitablarla zehnimi,  
Aparmayın öyüdlə bir daha baş-beynimi.  
Ey vaxtında deyilən düz sözə qol qoymayan,  
Öz sözündən doymayan, öz-özündən doymayan.  
Sənə yaxşılıq etmək, söz anlatmaq çətindir.  
Bu sənin dəyişməyən köhnə xasiyyətindir. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
228 
 
TEATR TƏNQİDİ 
 
Yeni tamaşa gedir səhnəmizdə, çox gözəl,  
Məqaləsi yazılıb əsərdən xeyli əvvəl:  
"Əsər müəllifinin sənətinə söz olmaz,  
Qüdrətinə söz olmaz. 
Bədgüman Bədgümanov layiqdir alqışlara,  
Şöhrəti rast gəlməsin payızlara, qışlara.  
Əsərinin nöqsanı nöqsansızlıqdır ancaq,  
Bu işin öhdəsindən yaxşı gəlibdir qoçaq.  
Rejissorun, artistin, rəssamın, bəstəkarın  
Hünəri şübhəsiz ki, sənətin zirvəsidir.  
Bu əsər timsalıdır səhnəmizdə baharın,  
Təkcə bu günün deyil, gələcəyin səsidir".  
Yaratsa da bəşərçin bir xeyli ölməz əsər,  
Belə tərif görməyib nə Şekspir, nə Cəfər. 
 
 
HEÇSTAN ƏHLİ 
 
Bəsdir, "mən, mən" söyləyib atıldığın meydana, 
Neçə qoltuq altına girdiyini saysana! 
Saysana onun-bunun üzünə güldüyünü, 
Tozsuz paltarlarının tozumu südiyini. 
Lovğalar meydanında tapılmaz bərabərin, 
Qeyrət vaxtı gələndə yorğan-döşəkdir yerin. 
İstəsən bir ay, bir il qalxmazsan yatağından, 
Xanənişin olarsan, çıxmazsan otağından. 
Yanından yel keçəndə, 
İşin bərkə düşəndə 
Sağa, sola boylanıb, 
Hərdən dala boylanıb 
Ehtiyatla dinirsən, 
Kölgədən diksinirsən. 
Qorxaqlıqda birinci, 
Yaltaqlıqda birinci, 
Yaxın dostun sirrim açmaqda birincisən, 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
229 
 
Dabanına tüpürüb qaçmaqda birincisən.  
Bütün aləm bilirki, Sənə elə gəlirki,  
Geyimdə birincisən, Yeyimdə birincisən. 
Hər gün səni gəzdirən avtomaşın birinci,  
Ağlın, başın birinci,  
Mərifətin birinci, qeyrətin birincidir,  
Səxavətin birinci, şöhrətin birincidir.  
Bu "birinci" kəlməsi aranıbdır səninçin,  
Başqalarıyçın deyil, yaranıbdır səninçin.  
Razılıq əlaməti gözündə, dodağında,  
Baxırsan camalına güzgünün qabağında.  
Deyirsən: "Məndən olmaz,  
Tənim kimi tən olmaz".  
Əslindən danışırsan,  
Nəslindən danışırsan, 
Deyirsən ki, "Təkcə biz axar sudan təmizik.  
Ləkəlilər içində ləkəsiz ancaq bizik".  
Söz üçün onun-bunun cibinə də girirsən,  
Yerində sən lap yerin dibinə də girirsən.  
Sənin yol yerişin də tamam oyundur, oyun,  
Dağdan uca görünür sənə bir qarış boyun.  
Çəkdiyin siqaretin tüstülü havasında  
Özünü zənn edirsən pərilər arasında.  
Orda ağla gəlməyən məclis qurulur sənə,  
Kimsəyə vurulmayan qızlar vurulur sənə.  
Bilirəm bu xəstəlik çıxmayacaq canından,  
"Dahilər də yel olub keçə bilməz yanından".  
O qoz ləpəsi beynin məşğuldur tək özünlə,  
Sanırsan aləm gələr, səcdənə bir sözünlə.  
Sənə elə gəlir ki, mədəniyyət səndədir,  
Hamı gəldi-gedərdir, əbədiyyət səndədir.  
Çiyrinib hap-gopundan,  
Adam girmir qapından.  
Hamıdan narazısan, tək özündən razısan.  
Yuxuda görmüşəm ki, "heçstanda qazısan". 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə