Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə55/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   50   51   52   53   54   55   56   57   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
240 
 
Bax, indi atından enmisən yerə,  
Qaçıb məddahların dövrəndən, artıq.  
Bir adam olardın özünə görə,  
Vaxtında bunları görsəydin, yazıq! 
 
Başından bu hava getməsə əgər  
Ömrün yollarında sürünəcəksən.  
Zülmət görünəcək gözünə səhər.  
Yenidən qurmasan həyatını sən. 
 
Dədələr, babalar gözəl deyiblər:  
Vəzifə insana deyildir bəzək.  
Xalqın ürəyindən verərək xəbər – 
İnsan vəzifəni bəzəsin gərək. 
 
UCUZ XATİRƏLƏR 
 
Yaxşı olar, olmasa bu sulu xatirələr,  
Uydurmayla, yalanla dopdolu xatirələr,  
Bircə addım yan-yana getmədiyi adamdan.  
Bir süfrədə duz-çörək kəsmədiyi adamdan  
Xatirə yazanların getdikcə artır sayı,  
Şöhrətli ölülərdən umurlar şöhrət payı.  
Yazırlar varaq-varaq,  
Bu sayaq, lap bu sayaq:  
"Göz önündən getməyir rəhmətliyin gözləri,  
Qulağımda səslənir qızıl kimi sözləri.  
Rəhmətlik miz dalında oturardı sübhədək,  
Yatağına girərdi səhər altı tamamda.  
Dostluğumuz hamıya bir örnək olsun gərək,  
Üzmüşük bir dənizdə, çimmişik bir hamamda.  
Yeyib-içməzdi mənsiz, deyib-gülməzdi mənsiz,  
Görüm ruhu şad olsun, şənlik bilməzdi mənsiz.  
Araq vurandan sonra içərdi ayran, qatıq,  
Bunlar tapılmayanda dostum deyərdi yandıq. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
241 
 
Adlı-sanlı olsa da, çox vüqarlı deyildi,  
Pul işinə gələndə; məndən varlı deyildi.  
Xatirimə gəlir ki, vaxt olub restoranda  
Bir dəfə yox, yüz kərə cibinə pul qoymuşam.  
Əla ovçuydu dostum, ov zamanı aranda  
Vurduğu dovşanları əllərimlə soymuşam.  
Xatirimi rəhmətlik istərdi dünya qədər,  
Onsuz keçən ömrümü çulğayıbdır qəm, kədər.  
Gərək, onun yerinə mən rəhmətə gedəydim.  
Bu mənasız ömrümü ona qurban edəydim.  
Göz önümdən getməyib o cığırlar, o yollar,  
Rəhmətliyin vurduğu turaclar, qırqovullar.  
Həyalı dostumdu o, Vəfalı dostumdu o. 
Yüz yaşaya bilərdi, əcəl vermədi aman.  
Qoy açım, bir sirri də, sağlığında, o zaman  
Qurd kimi bu dərd mənim ürəyimi yeyirdi – 
Rəhmətlik ov itini məndən çox istəyirdi".  
Bu şit xatirələrlə dolub qulaqlarımız,  
Dolub salonlarımız, dolub otaqlarımız,  
Mənə elə gəlir ki, qəm, qüssə çəkməz ürək,  
Bu cür xatirələrdən yaxa qurtara bilsək. 
 
YAD ADAM 
 
Dəniz kənarına çıxdım dünən, gülürdü bahar,  
Nəfəs alırdı dərindən gözəl Xəzər, bulvar.  
Təsadüfən mənə rast gəldi orda kök bir adam,  
Yaxınlaşıb dedi bərkdən ki: - "Bayramam, Bayram.  
Unulmusan, deyirəm, bəlkə məktəb illərini".  
Məni qucaqlamaq üçün uzatdı əllərini.  
Qıyıq gözüylə süzüb alnımın qırışlarını.  
Bir azca baş buladı, sonra çatdı qaşlarını  
Dedi: "Qocalmısan, aşna, peşən nədir ki sənin?"  
Dedim ki, şairiyəm ellərin, azad vətənin. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
242 
 
Yamanca güldü mənə, bir qədər əl oynatdı,  
(Mənim peşəm ona, əlbəttə, büsbütün yaddı)  
Ədayla ağzını birdən açıb çuval kimi o,  
Bahar çağında xəzan oldu, sıxdı qəlbimi o, - 
-  Şeir, meir nədir, ondan mənim başım çıxmaz 
Əgər düşünsən əminəm özüm üçün az-maz, 
Dəyişdirib peşəni bir adam olarsan sən
Doyunca kefə baxıb, yaxşı kam alarsan sən. 
Mənim təki bilirəm, onda bəxtin alçı vurar, 
Qapında əmrinə tabe beş-on qavalçı durar, 
Çalış mənim kimi ol, qaz vurub qazan doldur, 
Sənin yolun, görürəm, çox çətin, ağır yoldur. 
Həmişə gör özünü, məsləhət budur ancaq, 
Gedək vuraq gəl, əzizim, bir az səmimi olaq. 
Mənə qalırsa, bu yerdə sevinc deyil, qəm var, 
Gedək vuraq, mən ölüm - restoranda aləm var... 
Mən etiraz elədim, yox dedim, o pərt oldu. 
Mənim vüqarım onunçün yamanca dərd oldu. 
Bərəldərək gözünü çox çərən danışdı yenə... 
Vurunca sağ əlini lovğa-lovğa sol döşünə
"Mənəm, mənəm" dedi birdən cibində yüzlüklər, 
- "Vəziyyətin belədirsə, utanma... bir də əgar 
Yoxunsa pul, qədəşin ölməyib, cibim doludur, 
Həyatda doğru yol ancaq bu dostunun yoludur..." 
Qəzəblə baxdım ona, "aşnamın" kəsildi səsi, 
Uzaq, uzaq - dedim ondan, zəhərlidir nəfəsi. 
 
Onunla yan-yana atdıq beş-on ağır addım.  
(Gözümdəsə yenə min qat ucaldı şair adım).  
Onunla söhbətə yoxdu könüldə zərrə maraq,  
Ədası, tərpənişi fitnədən verirdi soraq.  
Hərif də duydu ki, daşmış səbir kasam artıq,  
Odur ki, yad kimi əl vermədən tez ayrıldıq;  
Onud "baharı" cibində, mənimki qəlbimdə,  
Onun "nigarı" cibində, mənimki qəlbimdə! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
243 
 
NAKAM ŞAİR 
 
O qədər yazdı ki, dəftərlərə, əldən düşdü, 
Çox özündən dedi, "mən", "mən" dedi, dildən düşdü. 
Bir deyən olmadı ki, yazma, əbəsdir bu həvəs; 
O dinən yerdə susub çəkmədi bir kimsə nəfəs. 
Mizi üstündə kağızlar qalanıb dağ oldu, 
Onu çap eylədilər, məncə, bu lap ağ oldu. 
Tanıyanlar danışıb dalda onu qoydu lağa, 
O dəyər - söylədi - daldan atılan daş topuğa. 
Bir qarıyla gücənib qafiyələndirdi - qan. 
Yazdı pudlarla şeir, hamısı boğazdan yuxarı, 
Ən çətin qafiyəsi pendirə, təndir oldu. 
Odu sönmüş qocaman təndirə, kəndir oldu
Bir qoşuntək düzülüb qafiyələr düşdü yola. 
"Şairin" həm əli, həm dil-dodağı batdı bala. 
Dedi: "Can!" şeir oxuyarkən ona öz "can-ciyəri", 
Olmadı zərrə zamanın gedişindən xəbəri. 
Keçdi, bir sözlə, onun vaxtı qonaqlıqlarda, 
Hamıya çox ucadan baxdı qonaqlıqlarda. 
Nə vətən bildi həyatında, nə millət bildi, 
Hər ucuz mədhi qəbul etdi, həqiqət bildi. 
Gəldi bir gün başını qoydu nəhayət yerə o, 
Qaldı həsrət əbədilik mayasız alverə o, 
Dedilər: "Getdi o dövlətli, şeirsiz şair, 
Vətənə, millətə biganə, xeyirsiz şair!" 
 
YENƏ BƏZİLƏRİ 
 
Köhnəlikdir - dedi - bozbaşla qutab, bəziləri,  
Bağladı xeyli bu mənada kitab, bəziləri. 
Gözləri doymadı meyxanədə meydən, məzədən,  
Beyninə cumdu ilanlar bu şuluq fəlsəfədən.  
Soyuq ilhamına gəlsin deyə, qüvvət təzədən, 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə