Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   2   3   4   5   6   7   8   9   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 

 
səvjyyədə S.Vurğun da, R.Rza da, M.Müşfiq də, M.Rahim də, M.Rəfdi də  əsrin 
yeni Poetik mərhələsini başlamış  şairlərdir və onların hər birinin bu poetik 
prosesdəki rolları son dərəcə böyükdür. 
S.Rüstəm poeziyaya 20-ci illərin  əvvəllərində  gəlmişdir. Mətbuatda ilk şeri 
1923-cii ildə  çıxmışdır və bundan sonra onun ardıcıl olaraq qozet və jurnallarda 
ədəbi-bədii yazılan, şeirləri dərc olmuşdur. Beləliklə də S.Rüstəm, tam əsasla deyə 
bilərik ki, əsrin 20-ci illərindən başlayaraq yeni dövr poeziyasını yaratmaq kimi 
böyük və çoxcəhətli bir yaradıcılıq vəzifəsini həyata keçirmiş (şairdir. Bu, məlum 
ədəbi faktdır; ancaq biz onu bir daha qeyd edirik. Qeyd edirik ona göra ki, bu 
tarixdən etibarən S.Rüstəm təxminən əsrin axırıncı onilliklərinə qədər müstəsna bir 
yaradıcılıq ehtirası, tükənməz bir enerji ilə yazıb-yaratmışdır; - yaradıcılıqda, 
poetik axtarışlarında rahatlıq, nəfəsdərmə, dinclik nə olduğunu bilməmişdir və indi 
biz tam əsasla deyə bilərik ki, şairin  şeirdə, sənəldə,  ədəbi mübarizələrdə keçən 
ömrü bütün əsrin poeziyasında altmış beş illik dövrü əhatə edir. Deməli, S.Rüstəm 
özü bütöv bir epoxadır.  İlk kitabı - Almas İldırımla birgə yazdığı "Dün-bu gün" 
1926-cı ildə  çıxmışdır. Gənc  şairin təxminən dörd illik poetik fəaliyyətini  əks 
etdirən "Ələmdən nəşəyə" kitabı isə 1927-ci ildə  nəşr olumuşdur. Bu, yeni 
poeziyanın başlanğıcı idi. Bir il sonra N.Hikmətin "Günəşi içənlərin türküsü" 
kitabı, 1929-cu ildə isə M.Rəfilinin milli sərbəst şerin ilk hadisəsi olan "Pəncərə" 
kitabları çapdan çıxmışdı. Bu kitabların hər biri dövrün poeziyasında qeyri-adi
böyük, yeni, novator hadisə olmuşdur və  tənqid,  ədəbi fikir onları  məhz belə 
qarşılamışdır. S.Rüstəmin "Ələmdən nəşəyə" kitabının isə bu prosesdə yeni 
müstəsna olmuşdur. Çünki bu kitab sadəcə istedadlı bir şairin  şeirlər toplusu 
deyildi, həm də poeziyanın yeni istiqamətini, yeni poetik meyllərini, yeni 
poetikasını  təmsil edən, başlayan bir şairin meydana çıxdığını  xəbər verirdi. 
Başlıca cəhət S.Rüstəmin poetik şərhində  və  mətnində  "Ələmdən nəşəyə" sadəcə 
şeirdə sevincə, fərəhə, həyatın nikbin duyumuna üstünlük verməkdə deyildi. Əgər 
biz bunu belə məzmunda izah etmiş olsaq, yalnız kitabın yox, S.Rüstəmin və onun 
poeziyada açdığı yolun prinsiplərini müəyyən mənada məhdudlaşdırmış olarıq. 
Şairin poetik görüşlərinə görə  ələmdən nəşəyə daha dərin və konseptual bir 
məzmunu, estetik təfəkkürü əks etdirirdi. Poeziya quruculuq prosesinin, həyatın və 
məişətin yenidən qurulmasının ayrılmaz tərkib hissəsi olmalıdır. Ələmdən nəşəyə - 
poeziyanın dünyanı, zamanı epik lirizmlə, vüsətli və miqyaslı bir lirika ilə 
qavrayışına doğru açılmış bir yola demək idi. Məhz buna görə şairin lirik "Mən"i 
özündə yalnız fərdi-şəxsi aləmi yox, böyük aləmi, böyük zamanı  təmsil edirdi. 
S.Rüstəmin poeziyada başladığı yolun ümumi səciyyəsi, ideya-poetik konsepsiyası 
belə idi, və bu yalnız bir şairin yaradıcılığı miqyasında yox, təşəkkül etməkdə olan 
yeni poeziya miqyasında  çox   əhəmiyyətli, perspektivli  bir təmayül  idi. 
  
S.Rüstəm  şeirlərinin birində  "Şair, varlıqdan yaz, yoxluqdan yazma" deyirdi. 
Bu söz yox ki, romantikanın inkarı kimi başa düşülə bilməz; təsadüfi deyil ki, bir 


______________Azərbaycan Milli Kitabxanası_________________ 

 
qədər sonra yadığı  şeirlərindən birini "Gecənin romantikası" adlandırırdı,  Şairin 
şerində poetik mətnində romantika mistik-xəyali aləmi deyil, real həyat 
mənzərələri, insanların coşqun qəlb və fikri fəaliyyətini ifadə edirdi. 
 
Bu yatmış küçələrdə bu gecə mənəm ayıq, 
Mənəm addımlarımla bu sükuta yaraşıq. 
Qeyd yalnız bu gecə bir çox gecələr belə 
Çıxaraq küçələrə gəzirəm gülə-gülə 
Yeriyirəm, xəyalım, ürəyim, beynim - atəş,  
Sonsuz nəşə duyuram bu sonsuz gəzhagəzdən.  
Ayaqlar silməsinlər deyə, qurudur günəş  
Küçələrdə yazdığım şerimi səhər tezdən  
Bu gecə tək başıma gəzirəm küçələri  
Baxaram birləşmədən gözlərimin çəpəri.  
Yeriyirəm, şerimi ötərək dodaqaltı,  
İşığam qaranlıqda, deyiləm bir qarallı  
Bu ulduzlu, bu aylı , bu ilhamlı gecədə  
Yeriyirəm, mənimlə yeriyir bu gecə də... 
 
Bu şeir parçasının yeniliyini yalnız obrazlarında, metaforalarında axtarmaq düz 
olmaz:  əsas yenilik burada dünyanı poetik qavramanın, poetik dərketmənin və 
duyumun mahiyyətində  və  məğzindədir;  şerin poetik obrazlılığı da, metaforik 
gözəlliyi və qeyri-adiliyi də məhz bu poetik dərketmə ilə şərtlənir. Və S.Rüstəmin 
bütün sonrakı poeziyasının novatorluğu barədə düşünəndə, bu novatorluğun poetik 
prinsiplərini və tələblərini qiymətləndirmək istədikdə istər-itəməz şairin "Ələmdən 
nəşəyə"sini xatırlamalı oluruq. Çünki şairin poeziyada keçdiyi uzunillik böyük 
yolunun, poeziyada kəşf etdiklərinin mənliyi, başlanğıcı  məhz bu kitabda bəyan 
etdiyi sənət prinsiplərindədir: 
 
Yəni həyat başlayırkən üzümüzə gülməyə 
Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə... 
 
Məsələ bundadır ki, bir müddət şairin şeirlərində ələm də, kədər də, göz yaşı da 
olmuşdu - o, məhz ələmdən nəşəyə keçmişdir və bu, heç də asan və yüngül keçid 
olmamışdır. Poeziyada bu monəvi aktı icra üçün şair özünü yenidən qurmuş, 
yenidən yaratmalı olmuşdur. "Ələmdən nəşəyə" kitabında  şair bundan kifayət 
qədər danışmışdır-özü də əsaslı və inandıncı bir şəkildə da- 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 

 
nışmışdır...  S.Rüstəmin nəşəsi sadəcə  həyatı  həzz, keyf olaraq qəbul və etiraf 
etmək deyildi; bu, iztirabdan və  bədbin hisslərlə mübarizədən doğan bir həyat 
duyğusu idi; bu, mübarizə  və quruculuq, fəaliyyət və  hərəkat, dərkettmə  və 
yaradıcılıq nəşəsi idi; deməli, yeni keyfiyyətli bir bəşəri sevinci idi, yeni poetik 
dünyagörüşü idi. O da təsadüfi deyil ki, bu, bir şairə xas, onun hisslərini vo 
mənəviyyatını  təyin edən nəşədən çox, kollektivin, cəmiyyətin keçirdiyi qurucu, 
fəal, ehtiraslı  nəşəyə idi. Və  şairin "mən"i özündə bütöv cəmiyyəti, zamanı 
daşıyırdı, özündə yeni bir dünyanı  təmsil edirdi; o, bu cəmiyyətin, bütövün 
hisslərini, həyəcanlarını, fikir və ehtiraslarını daşıyırdı, dünyagörüşü mövqeyini 
əks etdirirdi: 
 
Mənim "mən, mən" deməyim sanmayın boş əməkdir – 
Mənim bu "mən-mən"lərim, bir sözlə, biz deməkdir. 
 
S.Rüstəmi lirikasına xas poetik vüsəti, fikir və hissin miqyaslılığını da məhz bu 
prinsipdə axtarılmalı  və görülməlidir. Bu heç də onun poeziyasında lirikanın 
əsaslarını sarsıtmırdı; bəlkə əksinə, onu daha da qüvvətləndirirdi, li-rikanın dünya 
və şəxsiyyət üfüqlərini genişləndirirdi. 
Beləliklə, "Ələmdən nəşəyə" poeziyaya belə bir yaradıcılıq prinsipi gətirdi; onu 
əsrin aparıcı  sənətinə çevirirdi. Məhz buna göra də  "Ələmdən nəşəyə" kitabı 
mərhələ təşkil edən poetik hadisə hesab edilməlidir. S.Rüstəm bu kitabda tapdığı, 
təsdiq etdiyi yaradıcılıq pıinsiplərini müharibə dövrü lirikası ilə, xüsusilə bu 
dövrdən etibarən yaradıcılığında  əsas bir istiqamət təşkil edən cənub lirikası ilə 
daha da inkişaf etdirdi. 
 
* * * 
 
S.Rüstəm 30-cu illərə aid şeirlərinin birində özü haqqında belə deyirdi: 
 
Yeriyirəm keçilməmiş şeir yollarında mən,  
Hər aldığım yüksəkliyə bayrağını sancıram.  
Qorxutmayır bu yollarda məni yağı, yol kəsən,  
Mən onları şerimin misrasilə sancıram. 
 
Burada yalnız onu qeyd edə bilərik ki, bütün yaradıcılığı boyu S.Rüstəm elan 
etdiyi bu sənət, poeziya anlayışına sədaqətli qalmışdır. O, müharibə dövründə də, 
cənub həsrətli poeziyasında da, kommunizmi tərənnümündə  də, "İki sahildə"də 
məhz şerin keçilməmiş rolu ilə addımlayırdı. 
S.Rüstəm poeziyanı, lirikanı dövlət təfəkkürü ilə  əlaqələndirirdi. Bu da onun 
yaradıcılığında poeziyanın keçilməmiş yollarından biri idi. O, poeziyanı 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə