Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə4/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   2   3   4   5   6   7   8   9   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
12 
 
janrdan istifadə etmiş və demək olar ki; bu prosesdə özünün qəzəllərini, Süleyman 
Rüstəm qəzəlini yaratmışdır. 
Bunu isə ilk növbədə S.Rüstəm poeziyasının klassik ənənələrimizlə klassik 
poetikamızla üzvü və  təbii bağlılığı ilə izah etmək daha doğru olardı. Hələ ilk 
yaradıcılıq illərində S.Rüstəm milli şerimizin janr, poetika, üslub sistemi və 
xüsusiyyətlərini  əsərlərində qoruyub saxlayır, yeni, inqilabi hissləri və  məzmunu 
milli formada ifadə etməyə üstünlük verirdi. Təsadüfi deyil ki, 20-30-cu illərdəki 
şerlərinin bir çoxu əruz vəznində yazılmışdı: "Yaxşı yoldaş" poeması isə sovet 
dövrü  şerində bu vəzndə yazılmış yeganə poema olmuşdur. Ümumiyyətlə 
S.Rüstəm milli şerin dəyərinə, ənənələrinə son dərəcə sədaqətli şairdir və məhz bu 
səbəbdən onun poeziyasında heca, yaxud əruz vəzninin üstünlük təşkil etməsi, 
bütün poeziyasını bu vəznlərdən istifadə edərək yaratması təsadüfi deyildir. Onun 
heca vəzni ilə söhbət  şəkilində yazdığı bir şeri vardır, S.Rüstəm bu şerini 
poeziyamızın vəznlərlə  əlaqədar mübahisələrdə  vəznləri bir-birinə qarşı qoymaq 
təşəbbüslərinə cavab olaraq yazmış və bu şeirdə heca vəznini müdafiə mövqeyində 
dayanaraq belə demişdir: 
 
Başqa vəznlər də var, onları danmıram mən,...  
Mən nə əruza yadam, nə də sərbəstə yadam,  
Sansən on çox sevdiyim, bu deyil mənim xətam. 
 
Bu, əlbəttə duğru bir mövqe idi. Lakin onu da qeyd etməliyik ki, heca vəzni ilə 
yanaşı əruzda S.Rüstəm şerində müraciət və istifadə olunan ən əsas vəzndir ki, bu 
mənada bu klassik vəznin XX əsr  şerində qorunub saxlanılmasında, onu yeni 
məzmunun səmərəli ifadə vasitələrindən birinə çevirməkdə, poeziyanın yeni, əsri 
vəzjfələrinin həllində S.Rüstəm, poeziyasının müstəsna rolu olduğu danılmazdır. 
O, şeirlərində bu vəznə arabir yox, müntəzəm olaraq müraciət etmiş və bu, vəzin 
müasir  şeirdə inkişafına, yeni daxili imkanlarının axtarılıb tapnımasına təsir 
gostərmişdir. Bu da göstərilməlidir ki, müasirləri olan şairlər arasında S.Rüstəm, 
poeziyasında bu vəznə  ən çox müraciət etmişdir və onun bir vəzndə yaratdığı 
əsərlər öz üslub fərdiliyi, forma və poetik fikir təzəliyi ilə seçilir. S.Rüstəm əruzda 
da novator şair olaraq yüksəlmişdir. Bu nöqteyi-nəzərdən o, əsrin 20-ci illərindən 
sonrakı poeziyada on görkəmli bir şairdir. S.Rüstəmin qəzəl yaradıcılığı da bu 
mənada poeziyasının çox mühüm bir qoludur. O, qəzəlin  ənənəvi mövzusunu 
saxlamışdır; onu yeni hiss və fikirlərlə, yeni şair münasibəti ilə daha da 
zənginləşdirmişdir. S.Rüstəm qəzəlinin bu xüsusiyyəti onun məhəbbət qəzəllərində 
də çox aydın hiss olunur. Hətta biz belə duşünə bilərik ki, S.Rüstəmin məhəbbət 
lirikasında əsas lirik janr qəzəldir ki, bu da bütövlükdə onun  poeziyasının çox 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
13 
 
müsbət bir məziyyətdir, mənəvi gözəlliyidir. Lakin o, eyni zamanda qəzəli yeni, 
müasirlik hissi ilə  də  zənginləşdirmişdir, onu vətəndaşlıq lirikasının tərkib 
hissəsinə çevirmişdir. Bir sözlə, qəzəl S.Rüstəm lirikasının  ən  əsas janrıdır - 
qənaətinə gəlmək mümkündür. Vaxtilə şair R.Rza öz həmkarının qəzəllərinə ayrıca 
məqalə  həsr edərək yazmışdır: "Süleyman Rüstəm qəzəllərinin çoxu mahiyyət 
etibarilə yeni qəzəllərdir. Bu yenilik onların forma və ifadə tərzinə aid deyil, bəlkə 
birinci növbədə bu qəzəllərin məzmununa aiddir". 
S.Rüstəmi bir şair kimi fərqləndirən ikinci mühüm cəhət  şairin öz 
yaradıcılığında Cənubi Azərbaycan mövzusuna əhəmiyyətli yer ayırması  və bu 
mövzuda ardıcıl olaraq gözəl, təsirli  şeirlər yazması faktıdır. Cənub mövzusu 
həqiqətən də S.Rüstəm  şerinin taməl mövzularındandır. O, həqiqətən  şairin 
poeziyasında ən davamlı mövzu və motivlərdəndir. Şair yaradıcılığı boyu əsla bu 
movzudan ayrılmamışdır. Və biz şairin Cənub lirikasında onun poeziyasının  ən 
gözəl xüsusiyyətlərini - ideya və poetik xüsusiyyətlərini görürük. S.Rüstəm bu 
şeirlərində Azərbaycanın vahidliyini, mənəvi bütövlüyünü təsdiqləyirdi ki, bunun 
yalnız tarixi bir mənası və əhəmiyyəti yox, həm də milli müstəqilliyimizin idealları 
baxımından da çox dərin mənası vardır. 
 
Görün, nə qəribə bir qismətim var,  
O taylı, bu taylı Süleymanam mən 
 
S.Rüstom özü haqqında belə deyirdi və bu tamamilə  həqiqətdir. S.Rüstəmin 
poeziyasında Cənub mövzusu yalnız dərin, məxsi bir mövzu deyildi, həm də 
dünyada baş verən proseslərlə  səslənən mövzu idi. Müharibədən sonra yaratdığı 
"İki sahil" şeir kitabı (1959) bunun çox əyani bir təsdiqidir. Cənuba həsr etdiyi 
şeirlərindən isə  şair ayrıca bir kitab - "Təbrizim" adlı bir kitab nəşr etdirmişdir 
(1980).  Şairin bütün Cənub poeziyasını  əhatə etməsə  də, bu kitab onun bu 
mövzuya dərindən, bütün varlığı ilə bağlılığını əks etdirmək baxımından  qiymətli 
və maraqlıdır. S.Rüstəmin Cənub lirikası müəyyən  ənənəviliyi ilə  əlamətdar olsa 
da, bu lirika da onun bütövlükdə novator poeziyasının ayrılmaz bir sahəsidir, onun 
şair şəxsiyyətinin təsdiqidir: 
 
Mən dəymə dedikcə, sən hey gülürsən,  
Mən də öz yerində gülən şairəm. 
 
Ağzın süd qoxuyur, körpəsən hələ,  
Mən xalqın dərdini bilən şairəm. 
 
Sanma taleyindən küskündür şerim,  
Qılıncdan itidir, kəskindir şerim. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
14 
 
Dərdli ürəklərə təskindir şerim,  
Zalımın bağrını dələn şairəm. 
 
Hər şey satılsa da, ürək satılmaz,  
Əgər tapmasa da çörək, satılmaz,  
Könüldə bəslənən dilək satılmaz,  
Vətənim öl desə, ölən şairəm... 
 
Bu misraların xəyalımızda canlandırdığı  şair obrazı, həqiqətən, vətəndaş  və 
humanist  şair obrazıdır, milli vüqar hissinin təcəssümü olan şairin obrazıdır; bir 
sözlə, Süleyman Rüstemin obrazıdır; o Süleyman Rüstəmin ki, bütün poeziyasında 
zamanı, əsrini əks etdirmişdir. 
 
* * * 
 
S.Rüstəmə poeziyada böyük, uzun bir dövr ərzində yaşayıb, yazmaq-yaratmaq 
nəsib olmuşdur. O, əsrin böyük bir hissəsini yaşamışdır. 60 ildən artıq bir dövrün 
poeziyaya həsr elmişdir. Özünün yazdığı kimi ilk şeirləri 1923-cü ildə  dərc 
olunmuşdur; ilk şeirlər kitabı - "Əlamdən neşəyə" 1937-ci ildə çapdan çıxmışdır. 
Dünyasını isə  şair 1989-cu ildə  dəyişmişdir. Onun ömrünün 60 ili bültünlüklə 
poeziyaya, yaradıcılığa sərf olunmuşdur. Onun ömrü şair ömrüdür, poeziyaya həsr 
olunmuş ömürdür; narahat bir yaradıcılıq həyatıdır. Və o da çox səciyyəvidir ki, bu 
müddət  ərzində S.Rüstəm on müxtəlif janrlarda yazıb-yaratmışdır.  Şübhəsiz ki, 
lirika bıı yaradıcılıqda  ən  əsas,  ən aparıcı  ədəbi fəaliyyət formasıdır. Lakin 
S.Rüstəm çoxlu poemaların müəilifıiir ki, bu da epikliyin, epizmin onun 
poeziyasmın malıiyyətini təşkil edən bir xüsusiyyəti, daxili bir təmayülü olduğunu 
göstərir. S.Rüstəm dramaturgiya sahəsində də ciddi yaradıcılıq uğurları əldə etmiş 
şairdir. Onun bir çox pyesləri vardır və bu pyeslər səhnədə oynanılmışdır. Hələ ilk 
əsərlərindən biri birpərdəli "Çimnaz xanım yuxudadır" komediyası olmuşdur ki, bu 
komediya 20-ci illərdə  səhnədə  də oynanılmışdır (1922). O, həmçinin "Duma"; 
"Gəldi gedər" komediyalarının da muəllifidir. Lakin şübhəsiz ki, S.Rüstəmin 
dramaturgiya janrında ən böyük yaradıcılıq uğuru "Qaçaq Nəbi" mənzum dramıdır 
(1940). S.Rüstəm bu dramda xalq qəhrəmanı Qaçaq Nəbinin mübarizəsini təsvir 
etmiş  və onun simasında xalq qəhrəmanının obrazını yaratmışdır. "Qaçaq Nəbi" 
haqlı olaraq mənzum tarixi-qəhrəmanlıq dramı kimi ədəbiyyatımızın və teatrımızın 
tarixinə daxil olmuşdur.  Ədəbiyyatımızda bu janrın inkişafında diqqətəlayiq rol 
oynamışdır. 
Əlbəttə, S.Rüstəmin yaradıcılığı zəngindir, çoxcəhətlidir; bu yaradıcılıq XX əsr 
ədəbiyyatının aparıcı inkişaf yolları və vəzifələri ilə dərindən, bütün 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə