Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə9/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
32 
 
Şahidsən qəlbimdəki bütün sevincə, dərdə, 
Birgə addımlamışıq, ölümlü cəbhələrdə. 
Əbədidir səninlə kəsdiyim bu duz-çörək, 
Kim deyir köhnəlmisən, daha deyilsən gərək?! 
Keçməz bu iftiralar?! 
Şerimizdə azmıdır adınla ixtiralar?! 
Könlümün istəyilə səslənirsən, dinirsən, 
Gah ipəyə dönürsən, gah dəmirə dönürsən. 
Vaxtilə cürətinlə, 
Tükənməz qüdrətinlə, 
Nəbinin, Koroğlunun dilində səslənmisən, 
Döyüşlərdə silahtək əlində səslənmisən, 
Ey ulu babalardan bizə xəbər verən dost, 
Vidadini, Vaqifi, Ələsgəri görən dost, 
Başqa vəznlər də var
onları danmıram mən, 
Böyük zəmanəmizə gərəksiz sanmıram mən. 
Mən nə əruza yadam, 
nə də sərbəstə yadam, 
Sənsən ən çox sevdiyim, bu, deyil mənim xatam. 
Vəznlər arasında sənin başqa yerin var, 
Aylı, ulduzlu gecən, günəşli səhərin var, 
Nə deyim bundan artıq, hamınız gərəksiniz 
Ürəyimizdən qopan sözlərə dirəksiniz. 
Hər gün mənim oturub-durduğum sənsən, heca, 
Xalqımızın yanında başın ucadır, uca. 
Çox da yaşa dolmuşam, yenə döyüşlərdəyəm, 
Döyüşlərdə sanma ki, axırıncı yerdəyəm 
Qoy sənin şan-şöhrətin səngərim, bürcüm olsun! 
Səni göz bəbəyimtək qorumaq borcum olsun! 
 
 
MƏNİM YOLDAŞIM GECƏ 
 
İlk sözüm qoy bu olsun, gözəldir mənim gecəm,  
Gecəmin ovcundadır hər meydanım, hər küçəm.  
Görünmür tanış-biliş.  
Kəsilib gediş-gəliş. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
33 
 
Yatır arxası üstə asfalt yollar, səkilər,  
Milyon, milyon insanla görüşəcəkdir səhər.  
Vurulmuşam gecəmin mən bu gözəlliyinə  
Şəhər sakitdir yenə. 
Xəzərin qoynundakı coşqun ləpələr yatır,  
Beşiklərdə dodağı südlü körpələr yatır.  
Körpülərdə gəmilər dayanmışdır yan-yana,  
Sabah düşəcək yola Volqaya, Həştərxana.  
Yatır zəhmət ordusu, biləkləri dincəlir,  
Ürəkləri dincəlir. 
Yatır, yenidən səhər iş başına gedəcək,  
Qəlbindəki müqəddəs arzusuna yetəcək.  
Hər tərəfdə bir sükut, sükutun lap yeridir,  
Sükut mənim gecəmin nəğməsidir, şeridir.  
Sənə şeir yazmağa qarışdı başım gecə,  
Bir az da mən dincəlim, əziz yoldaşım gecə! 
 
 
KEÇDİYİM YOL 
 
Qaranlıq, işıqlı yollardan keçmişəm,  
Hər günü eşqimlə vurmuşam başa mən.  
Bu yolu qəlbimin gözüylə seçmişəm,  
Min gözəl arzuyla dolmuşam yaşa mən. 
 
İnsana həmişə gərəkdir, gərəkdir,  
Diləklər, diləklər. 
Mahnıma bəzəkdir, şerimə ürəkdir – 
Ürəklər, ürəklər. 
 
Yadımdan çıxmayıb anamın laylası,  
Atamın sindanı dindirən çəkici.  
Döyülən dəmirlər, mahnımın mayası – 
Şirağız ocağın qızaran kərpici. 
 
Çətindi dövranı dəyişmək beş günə,  
Gül, çiçək görmədi beşiyim, çarpayım. 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
34 
 
Səadət naminə, azadlıq eşqinə  
Güllələr altında çalındı laylayım. 
 
Hələ də dillənir dünənki şəhidlər  
Qəlbimdə alovu sönməyən ağrımda.  
Əzizdən əziztək yaşayır igidlər,  
Bağrımda, bağrımda. 
 
Deyirəm sinəmdə yaralar görməyim,  
Yollarda, yollarda.  
Deyirəm bir daha qaralar görməyim  
Qollarda, qollarda. 
 
Bakımız, Şamaxı, Naxçıvan, Qarabağ...  
Tarixə bu adla yazılıb şöhrətim.  
Necə fəxr etməyim, həmişə üzüağ,  
Məclislər başında əyləşir millətim. 
 
Çox gözəl bilirəm, qolbimdə birco an  
Bu odu sönməyən məhəbbət nədəndir!  
Həyatım, varlığını, hər zaman, hər zaman – 
Vətəndir, vətəndir, vətəndir, vətəndir! 
 
 
NƏ BİR ÖLÜM OLSUN, 
NƏ BİR QAN OLSUN 
 
Xəzər sahilində gəldim dünyaya,  
Daşıdım yükünü ağır illərin.  
Amansız ölümü almayıb saya,  
Çıxdım qarşısına qara yellərin.  
Dəydi daşdan-daşa başım min kərə,  
Mən geri dönmədim, irəli getdim.  
Beynim də, qəlbim də döndü səngərə,  
Məslək vuruşunda kamıma yetdim...  
Zülmət dünyasına çəkib pərdə mən,  
Qazandım bəxtimi döyüşlərdə mən. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
35 
 
Qəlbimdə beşguşə bir ulduz hördüm,  
Hər şeyi, hər yeri qırmızı gördüm.  
Bayrağım qırmızı, özüm qırmızı,  
Könül dəftərimdə sözüm qırmızı.  
Bu gözəl həyatda dövlətim, varım,  
Ömrümün bəzəyi yeni baharım – 
Ana vətən adlı xəzinəmdədir,  
Böyük məhəbbəti bu sinəmdədir.  
Hər səhər görürəm üfüqlərdə mən – 
Qızarır dan yeri şeirlərimtək.  
Canımdan əzizdir mənimçün vətən,  
Bir an da vətənsiz vurmayıb ürək.  
Genclik həvəsiylə, ey könül, öyün,  
Keçilməz yollardan keçirəm yenə.  
Şeirlər, mahnılar yükümlə hər gün  
Ürəkdən-ürəyə köçürəm yenə.  
Ötdükce fəsillər, ötdükcə illər  
Gəlir dünyamıza təzə nəsillər.  
Onlar eşqimizdir, həvəsimizdir,  
Böyük qurğularda əvəzimizdir.  
Deyirəm, ömrümüz görməsin xəzan,  
Nə bir ölüm olsun, nə bir qan olsun.  
Vaxtında dünyadan köçdüyüm zaman  
Kəfənim qırmızı parçadan olsun. 
 
 
ÜÇ-DÖRD KƏLMƏ 
 
Oğul, bu dünyada şan-şöhrət, ad-san  
Hünərlər göstərən qəhrəmanındır.  
Bəli, üzüağlıq, alnıaçıqlıq,  
Zəhmətdən doymayan mərd insanındır. 
 
Ozanı olduğum bu gözəl vətən,  
Heyranı olduğum bu gözəl vətən,  
Qurbanı olduğum bu gözəl vətən  
Sənin xəzan bilməz gülüstanındır. 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə