Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə12/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
45 
 
KİMƏ TAPŞIRIB GƏLDİN?! 
 
Musa Yaquba 
 
Qələm dostum, dağları kimə tapşırıb gəldin,  
Büllur buz bulaqları kimə tapşırıb gəldin? 
 
Nə sən şair olardın, nə mən, ana vətənsiz,  
Xoş günlər keçirmisən dağlar qoynunda mənsiz.  
Gözəlliklər aləmi qəribsəməzmi sənsiz?  
Ələsgərin sazını kimə tapşırıb gəldin,  
Sazının avazını kimə tapşırıb gəldin? 
 
Zəmilərdə torpağa baş əyən sünbülləri,  
əməndə şənlik quran xanəndə bülbülləri,  
Şairə gəl-gəl deyən çiçəkləri, gülləri,  
Dağların laləsini kima tapşırıb gəldin,  
Coşqun şəlaləsini kimə tapşırıb gəldin? 
 
O yerlərin varını - 
Xəzansız baharını, 
Nənə nağıllarını, 
Doğma eli, oymağı kimə tapşırıb gəldin, 
Bərəkətli torpağı kimə tapşırıb gəldin? 
 
Dörd fəslin ahəngini, 
Yerin, göyün rəngini. 
Gözəllik çələngini, 
Quşların xoş səsini kimə tapşırıb gəldin, 
Məhəbbət nəğməsini kimə tapşırıb gəldin? 
 
Ceyran dırnaqlarıyla daranmış cığırları,  
Təbiətin əliylə yaranmış cığırları,  
Könlünə körpəlikdən o tanış cığırları  
Söylə gözləri nəmli, kimə tapşırıb gəldin,  
Ah çəkib qəmli-qəmli, kimə tapşırıb gəldin? 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
46 
 
Qar altından boylanan bənövşələr sənindi,  
Narlıqda qan dodaqlı gülöyşələr sənindi.  
Tarlı, kamanlı, sazlı sıx meşələr sənindi.  
Dostum, bu cah-cəlalı kimə tapşırıb gəldin,  
Dağ başında maralı kimə tapşırıb gəldin? 
 
Çəkə-çəkə içini, 
Yığışdırıb köçünü - 
Turacı, bildirçini, 
Torağayı, kəkliyi kimə tapşırıb gəldin, 
Qırqovulu, leyləyi kimə tapşırıb gəldin? 
 
Deyirəm, nə olaydı, o gözəl məkanı, sən,  
Xəzan bilməz, əbədi, solmaz gülüstanı, sən,  
Göy üzünün bəzəyi qanadlı karvanı, sən,  
Günəşdən gənclik odu əmənə tapşıraydın,  
Kaş mənə tapşıraydın, kaş mənə tapşıraydın! 
 
 
QAR YAĞIR NOĞUL-NOĞUL 
 
Budur səhərdən bəri, 
Qar yağıb örtür yeri. 
Şaxta pəncərələrdə çəkir incə naxışlar, 
Qışın bu lövhəsindən ayrılmayır baxışlar. 
Qar mənim nəzərimdə gələcək gül, çiçəkdir, 
Süfrələrin bəzəyi meyvədir, bol çörəkdir. 
Yerlər, göylər tərtəmiz
Çöllər olub ağ dəniz. 
İnsanlar öz işindən qalmır belə gündə də, 
Torpağın altında da, torpağın üstündə də. 
Qar yağır noğul-noğul, 
Bayırdadır qız, oğlu. 
Budur top-top oynayır şəhərin uşaqları, 
Əhməri alma kimi qızarır yanaqları. 
Gözəl ana vətənin mahnısı dillərində, 
Əriyir qar topları göynəyən əllərində. 
Mən bir seyrçi kimi dayanmışam kənarda, 
Uşaqlıq illərimi düşünürəm bu qarda. 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
47 
 
 
  
İndi qoy deyim sizə oğlum, qızım hardadır,  
Şəhərin bağlarıtıda dizə qədər qardadır.  
Qış dolaşır şəhərdə, səs-səmirsiz yağır qar,  
Anamın saçlarıtək ağarmışdır ağaclar.  
Günlər keçər, ilk bahar gəlib əridər qarı,  
İnsanlar mahnılarla salamlayar bahan.  
Bütün bağlar, bağçalar açar çiçək, açar gül,  
Anamın başındakı qarsa əriyən deyil. 
 
 
SIĞIRÇINLAR 
 
Şimaldan dəstə-dəstə uçub gəlir Bakıya,  
Soyuqlara dözümsüz quşlar, sevimli quşlar.  
Çox yox, üçcə aylığa köçüb gəlir Bakıya,  
Həşəratın qənimi, qara geyimli quşlar.  
Çöllərin, çəmənlərin çalıb-çağıranları,  
Cənubdan ayrılmayan şimal sığırçınları.  
Quşlarçın qış Bakıda mülayimdir çox zaman,  
Qəmsiz keçir bu yerdə bahar həsrəti, hicran.  
Xay havada oturub budaqlar üstdə çin-çin,  
Pıçhapıça başlayır sığırçınlar çinarda,  
Çal-çağırsız keçməyən bahara yetmək üçün  
Sığırçınlar çığrışır çiskində, çəndə, qarda.  
Şəhərin bağlarında,  
Bakı təbiətinin ən sakit çağlarında,  
Gecələri canlanır qəribə bir mənzərə,  
Sanki çılpaq çinarlar qapqara yarpaqlıdır.  
Qışladığı bu yerdən yenə əvvəlki yerə  
Sığırçınların köçü ilk bahara bağlıdır.  
Ey uzaqlardan gələn incə nəğməli quşlar,  
Sizə bircə sözüm var:  
Bakıda keçsin deyə qışınız bahar kimi,  
Çinar budaqlarını dilləndirin tar kimi,  
Heç də almayın vecə yağış yağır, qar yağır,  
Ağacların başından əskilməsin çal-çağır.  
Siz ey kamança səsli, şimal sığırçınları,   
Qışda bahar nəfəsli, şimal sığırçınları! 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
48 
 
 
PAYIZ 
 
Bir ağac altında, sahildə yalqız  
Oturub, dalmışam düşüncələrə.  
Payızdır, payızdır, payızdır, payız,  
Canlanır önümdə başqa mənzərə. 
 
Hava da tutqundur, nədir, bu nədir, - 
Eşqimin hicranlı səhəri kimi  
Ağacdan yarpaqlar tökülür bir-bir,  
Ötən illərimin günləri kimi. 
 
Başımın üstündən keçir durnalar,  
Mənə tanış gəlir qaqqıltıları.  
Yenə Lənkərana köçür durnalar,  
Quşların ordadır qışda baharı. 
 
Sabah qış gələcək, tökəcək qarı.  
Bir adam varmı ki, bunu bilməsin.  
Omrümün baharı keçibdir barı,  
Payızı uzansın, qışı gəlməsin. 
 
Hava da tutqundur, nədir, bu nədir, - 
Eşqimin hicranlı səhəri kimi...  
Ağacdan yarpaqlar tökülür bir-bir,  
Öton illərimin günləri kimi. 
 
PAYIZ BAHARI 
 
Torpağının qədrini məncə bilməz kökündən,  
Kim azca dadmayıbsa Abşeron çörəyindən. 
 
Hətta payızda belə seyr edib, zövq alıram  
Hər əncir ağacından, hər üzüm tənəyindən. 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə