Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə10/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
36 
 
Dünya beşgünlükdür deyənə yazıq,  
Döşünə-başına döyənə yazıq.  
Çörəyi zəhmətsiz yeyənə yazıq,  
Həyat, yaşamağı bacaranındır. 
 
Mən kiməm, nəçiyəm, qoy ellər desin, - 
Yazıb-pozuram ki, könüllər desin, - 
Məndən sonra gələn nəsillər desin – 
Bu üç-dörd kəlmə də Süleymanındır. 
 
 
ÜRƏK AĞRISI 
 
Sıramızdan getmiş  
qələm dostlarımın 
Əziz xatirəsinə 
 
Ürək ağrısıyla salıram yola Sağımdan,  
solumdan gedən dostları.  
Deyirəm kaş bu dərd sonuncu ola,  
Nə sən itirəsən, nə mən - dostları. 
 
Bir dost itirəndə bizim cərgədən  
Bağrımda lalətək açılır yaram,  
Fəxri qarovulda dayananda mən  
Sanki son mənzilə yaxınlaşıram.  
Deyiram heç kəsi yaxmasın odum,  
Görməyim bir daha şair yasını.  
Aparır özüylə hər köçən dostum  
Bu şair qəlbimin bir parçasını. 
 
 
DEYİRƏM 
 
Deyirəm, əsarətdə inləyən ölkələrdə,  
Ürəyi dağlılara ürək, dayaq olaydım!  
Dünyanın hər yerində azadlıq vuruşunda,  
Güllədən deşim-deşim bir al bayraq olaydım... 
 
  
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
37 
 
 
Mən şairəm, dostuyam sülhsevər insanların,  
Deyirəm, gecələri qoynunda ümmanların  
Varlığımla yararaq bağrını tufanların,  
Silahsız gəmilərçin sönməz mayak olaydım! 
 
Ömrümdə ayırmadım bir-birindan dostumu – 
Rusmu, özbəkmi, türkmü və yainki gürcümü!  
Odəməkçin xalqıma, vətənim borcumu,  
Deyirəm ki, yenidən kaş bir uşaq olaydım! 
 
Deyirəm ki, hər zaman 
Küt beyni paslılardan, 
Ürəyi yaslılardan, 
Bir deyil, milyon ağac uzaq, uzaq olaydım! 
 
Carçısı olmuşam mən xoşbəxt nəsillərimin,  
Dostarıma bəllidir mənası illərimin.  
Bir arzum da budur ki, yanında ellərimin  
Qəbrə qədər həmişə mən üzüağ olaydım! 
 
 
BELƏYƏM 
 
Sevgilimi sevməmişəm ürəksiz,  
Görüşünə getməmişəm çiçəksiz.  
Vətənimə olmamışam gərəksiz,  
Eşq oduna gərək yanam, beleyəm. 
 
İlk pənahım, son pənahım Vətəndir,  
Səcdəgahım, qibləgahım Vətəndir,  
Dəyişməyən qərargahım Vətəndir.  
Bilir Vətən, bilir anam, beləyəm. 
 
Dost əlindən zəhər alsam, içərəm,  
Dara düşsə, bu canımdan keçərəm.  
Son mənzilə kişi kimi köçərəm,  
El oğluyam, Süleymanam, beləyəm. 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
38 
 
SÜLEYMAN KİMİYƏM 
 
Kim deyir mən bu vətən mülkünə mehman kimiyəm?  
Yox, bahar ömrümüzün can evinə can kimiyəm. 
 
Toqquşur göydə buludlarla şeir dalğalarım,  
Şairəm, sanki bu qəlbimin bir ümman kimiyəm. 
 
Birdir hər yerdə mənə həm aşağı, həm yuxarı,  
Yox təkəbbürlə işim, sadə bir insan kimiyəm. 
 
Gəzirəm əldə qələm şerimizin bağlarını,  
Qoymaram bassın alaq bağları, bağban kimiyəm 
 
Keçmədim köhnəliyin baş qapısından içəri,  
Yeni şerin, yeni taxtında Süleyman kimiyəm. 
 
 
TƏKLƏRƏ MEYDAN OLMAZ 
 
 
Ey qələm, yaz, yenə yaz, heç belə dövran olmaz,  
Havasından udan, ömründə peşiman olmaz. 
 
Çevirək gəl, vətəni gülşənə başdan-başa, gəl,  
Yurdunu, millətini "sevməyən insan olmaz". 
 
Bunu dar gündə sınaqdan keçirib insanlar,  
Quru sözlə vətənin dərdinə dərman olmaz. 
 
Mən də şair kimi tək gəlməmişəm dünyaya,  
Zirvələr aşmaq üçün təklərə meydan olmaz. 
 
Vətənimdə daha qüdrətli Süleymanlar olar,  
Onların heç biri lakin bu Süleyman olmaz! 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
39 
 
YOLDADIR 
 
Keçdi hicran dəmləri, nazəndə yarım yoldadır,  
Nazəninim yoldadırsa, laləzarım yoldadır. 
 
Sevgi dünyasında mən bir kimsəyə baş əymərəm,  
El bilir, qoy bilməyən bilsin, vüqarım yoldadır. 
 
Gözləri cananımın dilbər Xəzərdən rəng alıb,  
Eşqinə sadiq bahar sözlü nigarım yoldadır. 
 
Ötməsin bağçamda bülbül bir daha gül eşqinə, 
Öz gülüm, öz bülbülüm, öz nəğməkarım yoldadır. 
 
Qoy xəzan "mən, mən" deyib bağçamda cövlan etməsin...  
Mən Süleyman Rüstəməm, fəsli-baharım yoldadır. 
 
 
YARAŞMAZ 
 
Nadanla əməl dostluğu insana yaraşmaz,  
Şəksiz necə ki, qarğa gülüstana yaraşmaz.  
Ümman gəmisində gərək ümman gücü olsun,  
Əl boyda kağız bir gəmi ümmana yaraşmaz.  
Öz millətini, yurdunu dar gündə dananlar,  
Al bayrağı şöhrətli bu dövrana yaraşmaz. Dostlar!  
Deməyin siz mənə, dincəl, daha yazma,  
Susmaq belə bir gündə Süleymana yaraşmaz. 
 
 
BEŞGÜNLÜK DEYİL 
 
Ey könül, amalımın dünyası beşgünlük deyil,  
Düşmə ruhdan, ömrümün mənası beşgünlük deyil. 
 
Taleyimdəndir, uzaqlardan gəlir şair səsim,  
Şerə vurğun xalqımın avazı beşgünlük deyil. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
40 
 
Mahnımın hər kəlməsində gəncliyimdən var əsər,  
Çağlayan ilhamımın məcrası beşgünlük deyil. 
 
Yelkənimlə dalğalardan sağ-salamat çıxmışam,  
Mərd oğullarçın sınaq dəryası beşgünlük deyil. 
 
Dost bilir, düşmən bilir, şair Süleyman Rüstəmin  
Dostluğu təsdiqləyən imzası beşgünlük deyil! 
 
 
AZƏRBAYCANDAN AYRILMAZ 
 
Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,  
Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.  
Uzaq düşsə gözümdən dilbərim, könlüm dözər, çünki  
Sevənlər bilməmiş olmaz, vüsal hicrandan ayrılmaz.  
Vəfasızdan vəfa ummaz, vəfadan yoğrulub eşqim,  
Canından ayrılar aşiq, fəqət canandan ayrılmaz...  
Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,  
Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz. 
 
 
NƏSİLLƏRƏ 
 
Nəsillər! Bilirik ki, deyilsiniz vəfasız,  
Baxmayın, etinasız  
Bizim başımızdakı əriməyən bu qara.  
Bizim yaşımız hara, sizin yaşınız hara?!  
Gün oldu mənzilimiz zindantək zülmət oldu.  
Əlcə arpa çörəyi böyük bir nemət oldu.  
Qanlı-qadalı günlər bir-birinə calandı,  
Nərəmizdən göylərin pərdəsi parçalandı.  
Əsrlərin yükünü daşıdıq çiynimizdə,  
Səngərdə paltarımız çürüdü əynimizdə.  
Yollarımızda artdı meyitlərin yığını,  
Bağladıq çəkməmizin kəndirlə yırtığını.  
Düşmənlərlə döyüşdə bağrımız qaralandı.  
Mahnımız yaralandı, şerimiz yaralandı. 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə