Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
41 
 
Günəşə doğru getdik, işığa doğru getdik,  
Oğullar qurban verib, axır ki kama yetdik.  
Şahiddir bu sözlərə böyük muzeylərdəki,  
Qəlbimizin qanına bələnmiş partbiletlər.  
Budur, budur, həyatda ölümlərin göyçəyi,  
Buna ölüm deyil, yox, ad verib ellər - zəfər.  
Tarix kitablarına yazıldıqca fəsillər,  
Hər an sizi düşündük, nəsillər, ay nəsillər!  
Yolları sizdən ötrü düşməndən təmizlədik,  
Tikandan təmizlədik.  
Təmizlədik ki, birdə solmasın baharınız,  
Ulduzlar dünyasında yansın ulduzlarınız.  
Nəsillər, ey sabahın şerini yaradanlar,  
Sizə bir neçə kəlmə səmimi sözümüz var: 
 
Baxıb şerimizdəki yaralı misralara,  
"Yandım, öldüm" deməkdən aralı misralara,  
Gəlin dodaq büzməyin, onlar döyüşdən çıxıb, 
Sərt illərin bağından gül yığıb, çiçək yığıb,  
Yerə-göyə sığmayan arzular könlümüzdə,  
Silah bir əlimizdə, qələm bir əlimizdə,  
Yolları təmizlədik bəxtiniz gülsün deyə,  
Könlünüzə səadət baharı gəlsin deyə.  
Dinləyin, gənc nəsillər! Söyləyirik vüqarla,  
Fərəhlə, iftixarla: 
Həyata göz açandan haqqı gözləyənlərik,  
Yol təmizləyənlərik, yol təmizləyənlərik! 
 
 
NƏVƏM GÜNƏŞƏ MƏKTUB 
 
Həyatda parolun, əziz Günəşim.  
Vicdanın, namusun, qeyrətin olsun.  
Ağsaqqal babanın dediyi budur,  
Çalış el içində hörmətin olsun. 
 
Qızın, qəlbimdəki odumla mənim,  
Baş çək könüllərə adımla mənim. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
42 
 
Qarşımda əsgərtək addımla mənim.  
Zirvələr aşmağa qüdrətin olsun. 
 
Könlünü anamız vətənə bağla,  
Haqsızlıq gördünmü tapda, ayaqla.  
Mənim sözlərimi yadında saxla,  
Bu uğurlu yolda cürətin olsun. 
 
Dosta məhəbbəti babandan öyrən.  
Düşmənə nifrəti babandan öyrən.  
Məzəli söhbəti babandan öyrən,  
Hər evdə, hər yerdə, söhbətin olsun. 
 
Uyma göz aldadan bərbəzəklərə,  
Varlanmaq fikrini ver küləklərə.  
Qovuş arzulara, xoş diləklərə,  
Müqəddəs amalın - sərvətin olsun, 
 
Günəşim, könlümün səsini eşit,  
Süleyman babanın sözünü eşit.  
Nə qədər ki, sağdır, özünü eşit,  
Məni eşitməyə minnətin olsun! 
 
 
XƏYANƏT OLMAZ 
 
Hər kəs öz xeyrini gedsə dünyada  
Arada, ətbəttə, məhəbbət olmaz.  
Ürəklər dil tapsa, birgə döyünsə,  
Ortada kin olmaz, küdurət olmaz. 
 
Yersiz bərbəzəyə bürünən kəsdə,  
Ağ gündə ən başda görünən kəsdə,  
Dar gündə xəlvətdə sürünən kəsdə 
Zərrə qeyrət olmaz, sədaqət olmaz. 
 
Bizim dünyamızın cəlalına bax,  
İgidlar bəsləyir hər ev, hər ocaq. 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
43 
 
Onlar gözəl bilir - döyüşdən qabaq,  
Döşünə döyəndə cəsarət olmaz. 
 
Yayılsın dünyaya bu səs, bu xəbər,  
Sarsıtsın düşmənin qəlbini kədər.  
Bizim nəsillərdə ta qəbrə qədər  
Vətənə, millətə xəyanət olmaz! 
 
 
DUZ-ÇÖRƏYİ İTİRMƏ! 
 
İnsanın şərəfi, bəzəyi məncə,  
İnan, nə ipəkdir, nə tirmə, oğlum!  
Yaxşıdan yaxşı ol ellər içində,  
Dostuna bir ziyan yetirmə, oğlum!  
Yersiz gülümsəmə, yersiz ağlama,  
Bir könül də qırma, sinə dağlama.  
Sirrini ellərdən gizli saxlama,  
Dilinə yalan söz gətirmə oğlum!  
Yel qanadlı illər ömürdən gedir,  
İnsan zəhmətiylə kamala yetir.  
Bağında nərgizlər, lalələr bitir,  
Tikanlar, qanqallar bitirmə, oğlum!  
Ürəyim arzuyla doludur, dolu,  
Hünər meydanıdır bu həyat yolu.  
Bilmədiyin işi gözüyumulu,  
Söz verib öhdənə götürmə, oğlum!  
Oxu Öyüdümü sən sətir-sətir,  
Dilindən məclisə səpilsin ətir.  
Qazancını itir, malını itir,  
Ancaq duz-çörəyi itirmə, oğlum! 
 
 
NƏSİLLƏR GÖRMÜŞƏM 
 
Gəzmişəm dünyamızı, dost, qardaş ellər görmüşəm,  
Vaxt olub dəhşətli yellər, qanlı sellər görmüşəm.  
Gah baharım qış olub, gah sərt qışım bir ilk bahar,  
Varlığı məna dolu sansız fəsillər görmüşəm. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
44 
 
Ömrümün dar günlərindən başqa şəksiz,  
şübhəsiz Yaxşı günlər, yaxşı aylar, yaxşı illər görmüşəm.  
Büdrəyərkən on çətin yollarda mən, qardaş kimi  
Əllərimdən bərk tutan şəfqətli əllər görmüşəm.  
Mən Süleyman Rüstəməm, xoşbəxtlərin xoşbəxtiyəm,  
Andına sadiq, vətənpərvər nəsillər görmüşəm. 
 
 
HEÇ OLMAZSA... 
 
Səhv edir - kim desə dünyamıza mehman kimi ol,  
Gəl, oğul, gəl bu vətən mülkünə bağban kimi ol.  
Hər gülün, hər çiçəyin ətrini yaysın nəfəsin,  
Dodağı, könlü Vətən mahnılı insan kimi ol.  
Sev ürəkdən, nəyə lazım ki, məhəbbətsiz adam,  
Sev, nə Məcnun kimi ol, sev, nə də Sənan kimi ol.  
Bəlkə, işdir bu uzun yolda çətinlik çəksən,  
Yemə qəm, onda beç olmazsa Süleyman kimi ol! 
 
 
YAXŞIDIR 
 
Salmasa cananın hicrana canan, yaxşıdır,  
Saxlasa öz eşqini qəlbində pünhan, yaxşıdır. 
 
Sevgilim! Sənsən mənim ilk sevgilim, son sevgidim,  
Keçsə məntək aşiqin ömrü firavan, yaxşıdır. 
 
Gəl, gəl, ey saf eşqimin, ilhamımın dan ulduzu,  
Seyr edək dünyamızı, gün yaxşı, dövran yaxşıdır. 
 
Hər zaman, hər dərdini, hər arzunu bildirməyə,  
Eşqinə sadiq, sevən könlüm tək ünvan yaxşıdır. 
 
Həm Vətənçin, həm səninçin, öz canımdan keçməyə, 
Sevgilim, şəkk-şübhəsiz, şair Süleyman yaxşıdır. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə