Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə8/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
28 
 
 
Ağ günlər sürəcək bu doğma ellər,  
Sevib-seviləcək azad könüllər.  
Gənclərin qəlbini nazlı gözəllər  
Yenə eşq oduna yaxacaq mənsiz. 
 
 
DOST KİMİ, QARDAŞ KİMİ 
 
Meşədə quşlar artıq oxumur kef-damaqlı,  
Günəş üstdə bulud var göz üstündə qaş kimi.  
Payız gəlib... çəmənlər görünür qaşqabaqlı,  
Hərdən yağış çiləyir torpağa xaşxaş kimi. 
 
Cığırların al-əlvan, rəngbərəngdir örtüyü,  
Havalara sovrulur yuvalardan quş tükü.  
Görünür gözlərimə palıdların kötüyü  
Bərkə-boşa dözümlü qaya kimi, daş kimi. 
 
Sabah yəqin hər tərəf bürünəcəkdir qara,  
Qoynu çəmənli dağlar, dözməkçün soyuqlara,  
Qışdan sonra bir daha qovuşmaqçın bahara – 
Verəcəkdir baş-başa dost kimi, qardaş kimi. 
 
Uca dağlar qoynunda - Lerikdəyəm mən yenə,  
Payız öz nəfəsiylə qəm gətirib gülşənə.  
Hərdən günəş doğanda, görünür aydın mənə- 
Savalanın təpəsi çalpapaqlı baş kimi. 
 
Canlanır göz önümdə hər an başqa mənzərə,  
Yağan yağış altında yuyunduqca dağ-dərə - 
Yarpaqların ucundan damcılar düşür yerə  
Gözdən axan yaş kimi. 
 
Qış qapını kəsdirib yurd salacaq bu yerdə,  
Küləklərin mahnısı qalxacaq pərdə-pərdə.  
Şaxta baba əliylə bütün pəncərələrdə  
Min naxış çəkəcəkdir mahir bir nəqqaş kimi. 
  
 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
29 
 
Gün gah çıxır, gah batır, sıxır qəlbimi hicran,  
Yürüyür dağlar üstə buludlar karvan-karvan.  
Yol çəkən gözlərimi çəkmirəm Savalandan.  
Qanı qanımdan olan qardaşım Balaş kimi! 
 
 
YERİNİ VERƏ BİLMƏZ 
 
Mən əlləri qabarlı bağbanam vətənimdə,  
Bağçamın güllərini yad əllər dərə bilməz.  
Gəzişir candan əziz sevgilim gülşənimdə  
Eşqimin cəlalını kor gözlər görə bilməz. 
Ürəyimin gözüdür kainata pəncərə,  
Qəlbimə həkk olunur gördüyüm hər mənzərə,  
Dünyanın mahnıları oxunsa milyon kərə  
Bir ana laylasının yerini verə bilməz. 
 
 
MƏKTUBA CAVAB 
 
Elin ağsaqqalıdır, şairimiz etsə» qəbul,  
Şerimi töhfə kimi sadə o insana verin.  
Nəğmə bayraqdan dolmuş yaşa, İzzətoğlu.  
Dağların qüvvəsini bir də Süleymana verin
 
Adəm İzzətoğlu 
 
Oxucum, dinlə mənim sadə ürək sözlərimi,  
Üzü ağ, alnı açıqlarla bu gün fəxr edirəm.  
Daha parlaq sabaha zillətnişəm gözlərimi,  
Doğru bir yolda səfərbər kimiyəm, yol gedirəm.  
Mülətimdir, vətənimdir mənim ilham dayağım,  
Yaşa dolsam da, bu könlümdə bahar çağları var.  
Qocaman bir ağacam, bəhrəlidir hər budağım,  
Ehtiyatımda hələ nəğmə, şeir dağları var. 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
30 
 
MÜƏLLİM 
 
Müəllimlik müqəddəs bir sənətdir həyatda,  
Müəllimin hər sözü həqiqətdir həyatda.  
Üz-gözü, pal-paltarı mürəkkəbli körpələr,  
Çırpınan ürəkləri xoş mətləbli körpələr,  
İlkin vətən sözünü müəllimdən öyrənir,  
Mənliyini, özünü müəllimdən öyrənir,  
Başım ağarıbsa da, deyilsəm də mən cavan,  
Yanımda bir müəlim adı çəkilən zaman  
Tez ayağa qalxıram bir məktəbli uşaqtək, - 
Müəllimə həmişə, hər yerdə börmət gərək.  
Müəllim də anadan müəllim doğulmayıb,  
Müəllimin özü də müəllimsiz olmayıb.  
Deyirəm, kaş təzədən bir məktəbli olaydım,  
Barmaqları ömürlük mürəkkəbli olaydım. 
 
ƏLİN YANDl, DİLİN YANDI 
 
"Məni candan usandırdı,  
Cəfadan yar usanmazmı?  
Fələklər yandı ahimdən,  
Muradım şəmi yanmazmı?" 
 
Füzuli 
 
Kim öz dövründə yazmışsa vətəndən, bir də millətdən  
Ürəklərdə ona heykəl ucaldar xalq, məhəbbətdən.  
Füzuli! Ey böyük insan, vətəndi, eldi istəklin.  
Bununçün göz önümdən heç çəkilməz surətin, şəklin.  
İkinci məskənin, şair, uzaq ellər, İraq oldu.  
Deməz bir kimsə: "Xalqından gözün, könlün iraq oldu"  
Azərbaycanlı şairtək uzun illər yanıb odda  
Vətənsiz olmadın bir an, ömür sürdünsə Bağdadda.  
Baxıb şairgözünlə, aldın ilham şux gözəllərdən,  
Gözəllərçün ucaltdın bir gözəl heykəl qəzəllərdən.  
Ürək dərdin deyildi güllərin. bülbüllərin dərdi, 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
31 
 
Sənin öz doğma dərdindi o məzlum ellərin dərdi.  
Nə taxt saydın, nə tac saydın, əyilmək bilmədin, şair,  
O sərt üzlü zəmanəndə doyunca gülmədin, şair.  
Sənin şerində ey ustad, bilən varmı nə hikmət var?!  
Toxunduqca ona, sındı qılınclar. nizələr, oxlar.  
Öz ömründə bilir ellər, nələr çəkdin, nələr gördün,  
Saray məclislərində çox qəribə səhnələr gördün.  
Qələm aldın ələ, heyhat şikayətdən əlin yandı,  
Vətənçün qoşduğun mahnıyla od tutdu, dilin yandı.  
Səadət istədin xalqa, onun uğrunda əlləşdin,  
Özünsə qəmli mahnımla bəla taxtında əyləşdin.  
Füzuli! Dost ərəblər də səni saxlar müdam yadda,  
Qılınc çaldı azadlıqçın sənin şerin də Bağdadda.  
Bu aləmdə vəzifəylə tanınmaz, bəllidir insan,  
Hanı, tarixdə qalmışmı xəlifə, xan, vəzir, xaqan?!  
Oyan baş qaldır, ey şair, qara baxtın oyanmışdır,  
Min əfqan etdiyin yerdə azadlıq şəmi yanmışdır,  
Əlim çatsaydı, mən burdan səni bərk-bərk qucaqlardım.  
Yolum düşsəydi, həsrətlə gəlib qəbrində ağlardım.  
Qanın qaynar qanımdandır, canınsa öz canımdandır,  
Yenə şerinlə min illər könüllərdə çıraq yandır!  
Qocalmaq bilmədi, dünyada hər kəlmən cavan qaldı,  
Min ordu məğlub oldusa, sənin şerin zəfər çaldı.  
Cavan şairlərin, ustad, göz ol üstündə, dirçəlsin  
Mənim şerimsə izninlə bir az kölgəndə dincəlsin! 
 
 
SÖHBƏT 
 
Bağışla, dostum - hecabaşı sərgili vəznim,  
Şerimin köməkçisi, əziz sevgili vəznim,  
Elimin yadigarı, səndən üz çevirmərəm.  
Səni döndərib külə küləklərə vermərəm.  
Sən mənim ilk eşqimin ilk dilmancı olmusan,  
Şerimin şəhərində dəyirmançı olmusan.  
Məndən ayrılmamısan, nə düyündə, nə yasda,  
Mənə yelkən olmusan, həm Kürdə, həm Arazda. 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə