Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   2   3   4   5   6   7   8   9   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
15 
 
mənəvi əsasları ilə bağlı olduğu kimi həm də bu inkişafa güclü və dərindən təsir 
göstərmişdir. Yalız bunu qeyd etmək kifayətdir ki, əsrin 20-ci illərdən sonra 
poeziya ilə başlayan ilk şair olaraq S.Rüstəm poeziyada öz məktəbini yaratmış 
böyük bir şairdir. Onun poeziya məktəbi  şerimizin yeni nəsillrinin yaradıcılıq 
təşəkkülümdə müstəsna rol oynamışdır və  təsdiq edə bilərik ki, bu məktəbin 
dəyərləri yeni əsrin poeziyası üçün də öz dəyərini qoruyub saxlamışdır. Bunun da 
başlıca səbəbi S.Rüstəm poeziyasının öz əsas keyfiyyətlərində, mənəvi meyar və 
vəzifələrində poeziyanın, sənətin dəyişməz prinsiplərinə, böyük poeziyanın 
dəyərlərinə  qırılmaz və köhnəlməyən sədaqətindədir; o dəyərlərə ki, şair özü bir 
çox şeirlərində bundan hərarətlə söz açmışdır. S.Rüstəm poeziyada hansı fəlsəfəni 
izlədiyini bəyan edərək "Mənim fəlsəfəm" şerində belə yazmışdır: 
 
Duyumlu sözlərdən heç gəlməz xoşum,  
Aydın həqiqətdir mənim fəlsəfəm.  
Vətənə, millətə, qardaş ellərə  
Dərin məhəbbətdir mənim fəlsəfəm. 
 
Dumanlı arzular, xam xəyal deyil,  
Şan-şöhrət uğrunda qalmaqal deyil,  
Fitnə-fəsad deyil, puç amal deyil,  
Haqdır, ədalətdir mənim fəlsəfəm. 
 
Mən çox bəlalara gərmişəm sinə  
Haqqı yazmamışam heç vaxt tərsinə,  
Ulu babaların yaxşı irsinə  
Əbədi hörmətdir mənim fəlsəfəm. 
 
...Gərək son verilsin hər fəlakətə,  
İnsanam - düşmənəm zülmə, vəhşətə  
Azadlıq aşiqi bəşəriyyətə  
Can-başla xidmətdir mənim fəlsəfəm. 
 
Məhz bu dəyərlərinə görə S.Rüstəm poeziyası əbədi, yaşan poeziyadır. 
 
Şamil Salmanov 
  
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
16 
 


  
Azərbaycan Milli Kitabxanası  
 
 
VƏTƏN TƏRANƏLƏRI 
 
MƏNİM FƏLSƏFƏM 
 
Düyünlü sözlərdən heç gəlməz xoşum, 
Aydın həqiqətdir mənim fəlsəfəm. 
Vətənə, millətə, qardaş ellərə 
Dərin məhəbbətdir mənim fəlsəfəm. 
 
Dumanlı arzular, xam xəyal deyil, 
Şan-şöhrət uğrunda qalmaqal deyil; 
Fitnə-əsad deyil, puç amal deyil, 
Haqdır, ədalətdir mənim fəlsəfəm. 
 
Mən çox bəlalara gərmişəm sinə, 
Haqqı yazmamışam heç vaxt tərsinə. 
Ulu babaların yaxşı irsinə 
Əbədi hörmətdir mənim fəlsəfəm. 
 
Mənasız ədavət nəyimə gərək
Dar gündə mal-dövlət nəyimə gərək, 
Acizlik, ətalət nəyimə gərək, 
Hünərdir, cürətdir mənim fəlsəfəm. 
 
Xalqımın şöhrəti tutub cahanı, 
Odur dilimdəki mahnımın canı. 
Məslək düşməniylə döyüş zamanı 
Yalnız rəşadətdir mənim fəlsəfəm. 
 
Gərək son verilsin hər fəlakətə, 
İnsanam, düşmənəm zülmə, vəhşətə; 
Azadlıq aşiqi bəşəriyyətə 
Can-başla xidmətdir mənim fəlsəfəm. 
 
 
 
 
 
 
 
 
 
17 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
18 
 
Zəhmətsiz bir ömrün nə mənası var?  
İnsana zəfərsiz yaraşmaz vüqar.  
Qardaşa, yoldaşa, dosta etibar,  
Düşmənə nifrətdir mənim fəlsəfəm! 
 
OLMASAYDI 
 
Dinməzdi mahnım mənim, gəlməzdi şerim cana,  
Günəş bayraqlı min-min səhərim olmasaydı,  
Çinar kimi qol-budaq atmazdım dörd bir yana,  
Bakıtək bir qəhrəman şəhərim olmasaydı. 
 
Çaşbaş olub qalardım mən yollar ayrıcında,  
Gözəl ana yurdumun torpağında, daşında.  
Qanım kimi qaynayan bulaqların başında,  
Açılan sufrələrdən xəbərim olmasaydı. 
 
Yaramı qara gündə mahnılarımla sardım,  
Dalğaları avartək bu əllərimlə yardım.  
Mən ürək sözlərimi hara, hara yazardım,  
Milyon-milyon ürəklər dəftərim olmasaydı! 
 
Könüllərdən silinib adım unudulardı.  
Ürəyimə dünyanın qəm-qüssəsi dolardı.  
Payız çiçəkləritək mahnılarım solardı,  
Zəhmətimin sonunda zəfərim olmasaydi. 
 
Gənclər sahil boyunca xəyala dalardımı?!  
Mənim şeirlərimdə bu ahəng olardımı?!  
Gözəllərin gözləri maviyə çalardımı  
Şəhərimin aynası Xəzərim olmasaydı?! 
 
Ürəyimdən keçəni açıq deyim sizə mən:  
Gəncliyimdən vurğunam günəşli gündüzə mən,  
Çıxmazdım el içinə, görünməzdim gözə mən,  
Beş-üç nəzərə çarpan əsərim olmasaydı!.. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
19 
 
Çoxdandır bir vüsalın sevdası var başımda, 
Yaxşı bilir bu sirri dostum da, qardaşım da.  
Mən cavan görünərdim inanın bu yaşımda.  
Dərdli Arazla bağlı kədərim olmasaydı! 
 
Xalqımçün qazanmışam şöhrəti mən, adı mən.  
Eşqimdən yaratmışam bu gözəl həyatı mən.  
Mahnılarla bəzərdim bütün kainatı mən,  
Bir gün torpaq altına səfərim olmasaydı! 
 
 
GECƏNİN ROMANTİKASI 
 
Bu yatmış küçələrdə bu gecə mənəm ayıq,  
Mənəm addımlarımla bu sükuta yaraşıq.  
Deyil yalnız bu gecə, bir çox gecələr belə,  
Çıxaraq küçələrə gəzirəm gülə-gülə.  
Yeriyirəm - xəyalım, ürəyim, beynim atəş, - 
Sonsuz nəşə duyuram, bu sonsuz gəzhagəzdən  
Ayaqlar silməsinlər deyə, qurudur günəş – 
Küçələrə yazdığım şerimi səhər tezdən.  
Bu gecə təkbaşıma gəzirəm küçələri;  
Baxıram birləşmədən gözlərimin çəpəri.  
Yeriyirəm, şerimi ötərək dodaqaltı.  
İşığam qaranlıqda, deyiləm bir qaraltı.  
Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə  
Yeriyirəm, mənimlə yeriyir bu gecə də...  
Yurdumun addımından geri qalmır addımım,  
Ulduzlar rəqs edirlər dövrəsində adımın...  
Yeriyirəm, əməlim əlimdə fanar kimi,  
Baxışımla səmanı kəsirəm bir nar kimi.  
Qəlbim od alsın deyə, uduram ulduzları,  
Şerimin köhnə dostu, göz vuran ulduzları  
Mənəm addımlayaraq sürüyən öz kölgəmi,  
Mənəm gənc ürəyimdə daşıyan, gənc ölkəmi.  
Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə  
Yeriyirəm, mənimlə yeriyir bu gecə də...  
Evlərin qapısında göz qırpa-qırpa yanan 
       
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə