Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   2   3   4   5   6   7   8   9   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 

 
qətiyyən zamandan, onun siyasi mübarizələrindən, ideoloji qənaətlərindən və 
hissələrindən ayırmırdı, çünki onun yaradıcılq görüşlərinə görə poeziya zamanın 
səsidir, onun mənəvi-siyasi və  fəlsəfi təfəkkürüdür. Məhz bu səbəbdən də o, 
xalqın, dövrünün həyatında və taleyindəki heç bir hadisəyə, hərəkata, mübarizəyə 
laqeyd qalmırdı. Və deməliyik ki, bu, onun şeir sənətinin həm güclü tərəfı idi. Həm 
də müəyyən dərəcədə ötəri və keçilmiş xüsusiyyətidir. Lakin bir cəhət - hətta 
müəyyən sosial məqsəd və  fıkir ifadə etdikdə belə S.Rüstəm  şair olaraq qalırdı. 
Müraciət etdiyi, işlədiyi mövzularda. hətta kommunist partiyasına, Leninə  həsr 
etdiyi, inqilaba aid şeirlərində belə S.Rüstəm özünəməxsus  şair olaraq qalırdı. 0, 
müasirliyi, sosial təfəkkürü və poetik təfəkkürü ahəngdar  şəkildə birləşdirirdi və 
S.Rüstəm barədə düşünərkən poeziyada bu miqyasda və  təfəkkürdə, bu 
temperamentdə və vüsətdə poetik bir simanın əsrin poeziyasında olmasını da əsrin 
nailiyyəti hesab etməmək olmaz. Hətta S.Rüstəm tipli şairə milli müstəqillik 
dövrümüzün də böyük ehtiyacı vardır. 
 
* * * 
 
S.Rüstəmin poetik irsi başa satmış olan əsrin poeziya hadisəsidir. Bəzən bu fakt 
nəzərdən qaçırılır və S.Rüstəmin poeziyadakı yerini etiraf etmək üçün onun 
qəzəllərinə, yaxud cənub lirikasına daha çox üstünlük verilir; yaradıcının  güclü 
tərəfləri məhz bu sahlərdə axtarılır. S.Rüstəm kimi böyük bir şairin yaradıcılıq 
irsinə belə münasibətlə razılaşmaq olmaz; bu, şairin öz dövrünün poeziyasındakı, 
poetik prosesindəki yerini məhdudlaşdırmaq demək olardı. S.Rüstəmin heç bir 
güzəştə ehtiyacı yoxdur. O, öz zəmanəsi və özü üçün cavabdeh bir şairdir. Bir çox 
şairlərində o gələcək nəsillərə müraciət edir, onu həyəcanlandıran məsələlərdən və 
suallardan bu söz açırdı; zəmanənin  əzablarından, çətin yollarından danışırdı. 
S.Rüstəmin "Əzizlərdən  əzizlərə" adlı lirik bir poeması vardır və bu poemada 
şairin bütün fikri gələcək illərə  nəsillərə yönəlmişdir. O, burada müharibə 
illərindən - XX əsrin bu dəhşətli insan faciəsindən söz açırdı. S.Rüstəmin 
poemasını əsrin bu hadisəsinə həsr etməsi təsadüfi deyildir. O, bir şair, bir vətəndaş 
kimi bu müharibənin bütun acılarını yaşamış va şeirlərində böyük bir şair nəfəsi ilə 
ifadə edə bilmişdir. Məhz buna görə 20-30-cu illərdən sonra ötən müharibə illəri 
müasirləri olan bir çox şairlər kimi onun da yaradıcılığında xüsusi və böyük bir 
mərhələdir. Elə müharibə başlanan kimi, S.Rüstəm də bütün yaradıcılığını 
səfərbərliyə aldı, poeziyasının bütün mənəvi qüvvəsini və imkanlarını vətəni, xalqı, 
ölkənin ləyaqətini qorumaq işinə  sərf etdi. Müharibə ölüm-dirim müharibəsi idi; 
düşmən güclü və amansız idi. Lakin buna baxmayaraq şair qələbəyə, xalqın 
müharibədə qalib gələcəyinə inanırdı. Bəlkə belə desək daha 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
10 
 
dəqiq olardı ki, yalnız inanmırdı, həm də bu inamı insanlara aşılayırdı. Müharibə 
dövrünün poeziyasında ifadə olunan hiss geniş  və miqyaslı hisslər idi. Lakin bu 
hisslər içərisində iki böyük hiss əsas, aparıcı idi; bunlardan biri and hissi, vətən və 
tarix qarşısında məsuliyyət hissi, ikincisi isə  qələbəyə, gələcəyə inam hissi idi. 
Bunların hər ikisi S.Rüstəm poeziyasında, daha dəqiq desək, lirikasında nəinki əsas 
və aparıcı idi, həm də bu hisslər  əsərlərində üzvü bir vəhdət təşkil edirdi. Məhz 
buna görə  də S.Rüstəmin müharibənin təzəcə başladığı vaxtda yazdığı  şeirlərdən 
biri "And" idisə, digəri "Gün o gün olsun ki" şeri dərin bir inam ifadə edən poetik 
parça idi; bıı inam hissi - xalqın da, şəxsən şairin də dərindən yaşadığı bir hiss idi. 
S.Rüstəm belə yazırdı: 
 
Süleyman, şairsən, bilirsən özün,  
Qılıncdan itidir, kəskindir sözün...  
Əgər ağarsa da saçın qar kimi,  
O gün qapıdadır ilk bahar kimi.  
O günü ən yaxşı bir gün eləmək  
Bizdən asılıdır, şübhəsiz, gerçək.  
Gün o gün olacaq, o gün gələcək,  
Bəşər dincələcək, həyat güləcək. 
 
S.Rüstəmin müharibə dövrü lirikası bir xüsusiyyəti ilə  də önəmlidir. Bu, 
müharibə illərində şairin lirikasında yeni bir mövzu istiqaməti - Cənub Azərbaycan 
həyatını, orada xalqımızın keçirdiyi nəcib və ülvi hissləri qələmə alması, bu 
mövzuya poeziyasında xüsusi bir vüsət verməsi istiqamətdir. Doğrudur, hələ 
nıüharibədən xeyli əvvəl şairin yaradıcılığında bıı mövzunun müəyyən izlərinə rast 
gəlirik. Məsələn, "Yaxşı yoldaş" poemasnın bir çox misraları Arazdan o tayda 
yaşayan xalqımıza həsr olunmuşdu. Lakin bu mövzu məhz müharibə dövründə 
S.Rüstəm poeziyasında böyük və davaralı bir mövzuya çevrildi. Əlbəttə, bununla 
o, müharibə dövrünün həyəcanlarından ayrılmırdı.  Şair çoxlu şeirlərini müharibə 
dövrü insanlarının həyatını, nisgil və kədərini əks etdirirdi.O, bu illərdə, məsələn, 
"Ana və poçtalyon kimi son dərəcə real, həyati, bununla belə dərin ümumiləşdirmə 
vüsətinə malik bir şeir, bəlkə  hətta poema yaratdı. "Ana və poçtalyon" şerində 
müharibə dövrü insanlarının psixologiyası, nigarançılıq hissləri cəbhədəki 
oğlundan məktub gözləyən Ananın obrazında təkrarsız təcəssümünü tapmışdı. 
Müharibə mövzusu ilə yanaşı S.Rüstəm şerində, artıq göstərildiyi kimi, ikinci əsas 
mövzu cənub mövzusu idi. 
Doğrudur, mütləq qeyd etməliyik ki şairin cənub lirikası da, qəzəl yaradıcılığı 
da onun bıı dövrkü çoxcəhətli poeziyasının yalnız tərkib hissəsidir. Bununla belə 
cənub mövzusunun S.Rüstəm yaradıcılığındakı bir çox özünə- 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
11 
 
məxsus xüsusiyyətləri da vardır. Hər şeydən əvvəl, bu tipli şeirlərində o, bir qədər 
klassik poeziyanın poetikasına, janrlarına xüsusi əhəmiyyət verirdi. Məsələn, daha 
çox  əruza, yaxud qəzələ müraciət etmiş olurdu. Müasirləri arasında, deyəsən, 
S.Rüstəm yaradıcılığında  əruza və  qəzələ  əhəmiyyətli yer verən  şairdir, hətta bu 
sahədə yeganə şairdir. S.Rüstəmin bu səyi onun poetikasında qətiyyən ötəri bir hal 
deyildir. Doğrudur, vaxtilə S.Rüstəmin qəzələ müraciəti bir qədər ehtiyatla 
qiymətləndirilmiş, belə hesab edilmişdir ki, qəzəl,  şairin ümumi yaradıcılığına 
vüsət vermir, onun gələcək yolunu təyin etmir. Şair qəzəli həmişəlik bir janr olaraq 
seçə bilməz. Əlbəttə, ayrılıqda, yaradıcılığından təcrid edilmiş halda, həqiqətən də, 
qəzəl S.Rüstəmin heç vaxt ümumi yaradıcılıq istiqamətini təyin etməmiş və edə də 
bilməzdi. Lakin Öz təbiət etibarilə  şairin  ənənə anlayışı  cəhətdən də  qəzəl onun 
yaradıcılığı üçün tamamilə doğma bir janrdır. S.Rüstəm isə poeziyaya novator kimi 
daxil olmuşdur. Onun novatorluğusa  ənənəni inkar etmir, əksinə davam, inkişaf 
etdirmək prinsipinə  əsaslanırdı. Qəzəlin bu mənada  şairin poeziyasında  əsas lirik 
janrlarından biri olması gözlənilməz deyil. Bilavasitə S.Rüstəmin qəzəllərinə 
gəldikdə isə, biz tənqiddə şairin qəzəli haqqında yaranmış fikri - bu qəzəllər yeni 
məzmunlu qəzəllərdi - fikrini təkrar etməyə bilmərik. Bu, həqiqətən də belədir. 
S.Rüstəm qəzəli qəzəlin əsas mövzusunu - məhəbbət mövzusunu qorumaqla yanaşı 
mövzu, tikir, hiss etibarilə  həm də yeni idi; o, qəzəlində janrın çərçivəsini 
genişləndirmiş  şairdir. Məhəbbətlə yanaşı  vətən, xalq, həyat, müasirlik də bu 
qəzəllərin başlıca mövzusu və  məzmunudur - qənaətinə  gələ bilərik.  Şair qəzəlin 
poetik sintkturuna publisist fikirləri də, publisist pafosu da çox ustalıqla, təbiiliklə 
daxil edirdi: 
 
Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,  
Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz 
 
- mətləli qəzəli belə qəzəlin gözəl bir nümunəsidir. Bu qəzəl belə bitirdi: 
 
Bütün dünya yerindan, mehvərindən qopsa, ayrılsa,  
Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz. 
 
Bu qəzələ xas fikir və hiss aydınlığı, üslub kamilliyi və gözəlliyi S.Rüstəmin 
əksər qəzəllərinin məziyyətini təşkil edən xüsusiyyətlərdəndir. 
Bəzən S.Rüstəmin qəzələ müraciəti tənqiddə  şairin Cənubi Azərbaycanda 
olması, buradakı oxucularla, necə deyərlər, dil tapmaq cəhdi ilə əsaslandırılmışdır. 
Olsun ki, belə fərziyyədə müəyyən həqiqət var. Lakin hələ Cənubda olmamışdan 
əvvəl də, 30-cu illərin axırlarında da S.Rüstəmin qəzələ müraciət etdiyi məlumdur. 
O. hələ əvvəlki illərdə ardıcıl olaraq bu lirik 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə