Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə6/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   2   3   4   5   6   7   8   9   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
20 
 
Elektrik lampası deyil, misralarımdır.  
Ta uzaq pəncərədən qılınc kimi uzana  
İşığın pərvanəsi mənim öz dildarımdır  
Bilirəm ki, sevgilim baxaraq yollarıma  
Nigaran gözləriylə hər an gözləyir məni;  
O bu saat görməyir ulduzu da, ayı da,  
Bir xəyal aləmində sanki izləyir məni.  
Başqa bir pəncərədə mənim şair yoldaşım  
Bir baxınız, dayamış başını masasına.  
Deyir ki, söz tap, başım, deyir ki, söz ver başım  
Ölməz sözlər gərəkdir ölməzlər dünyasına!..  
Başqa bir pəncərədə fikrə dalmış mühəndis,  
Gələcək buruqların nəqş edir cizgisini.  
Bir daha güldürməkçün bu yurdun güzgüsünü  
Yerlərin alt qatında arayır qızıl dəniz.  
Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə,  
Yeriyirəm, mənimlə yeriyir bu gecə də.  
Artıq mən sahildəyəm... bu sahil mənə tanış, 
 Bu sahil mənə yaxın, bu deyil bir aldanış  
Mən də ilk gəncliyimdə, ilk bahar səmasını  
Öz sevgilimlə birgə seyr etmişəm bu suda.  
Udaraq salxım-salxım dənizin havasnı:  
Durmuşam sevgilimçin bu sahildə pusquda,  
Bəsdir bu qədər gəzdin, dedim özüm özümə,  
Gecə görəsən, qulaq asacaqmı sözümə?  
Gecənin qulağına: "Gündüz gəlir, qaç!"-dedim.  
- Sevgilim, günəş doğur, pəncərəni aç!- dedim! 
 
 
AZƏRBAYCANA GƏLSİN 
 
Vətənimin seyrinə çağırıram elləri,  
Sərvət görmək istəyən Azərbaycana gəlsin!  
Bəzənib başdan-başa şəhərləri, kəndləri  
Cənnət görmək istəyən Azərbaycana gəlsin! 
 
Qanımızda dövr edən sədaqətdir, sədaqət,  
Günəşdən də parlaqdır gözümdən bu həqiqət.  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
21 
 
Dostuna, qardaşına təmənnasız məhəbbət,  
Hörmət görmək istəyən Azərbaycana gəlsin! 
 
Gözəlliklər Vətənə gözəllərindən gəlir,  
Dostluğun-qardaşlığın təməllərindən gəlir,  
Könüllərin nıüqəddəs əməllərindən gəlir,  
Qüdrət görmək istəyən Azərbaycana gülsin. 
 
Saysız qəhrəmanların 
Qurub yaradanların, 
Qocasında, gəncində, bu sadə insanların 
Şöhrət görmək istəyən Azərbaycana gəlsin! 
 
Payızında, qışında, baharında, yazında  
Dinir dostluq nəğməsi konüllərin sazında.  
Sabaha addımlayan mərd oğlunda, qızında  
Qeyrət görmək istəyən Azərbaycana gəlsin! 
 
Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,  
Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,  
Al bayraqlar altında alnıaçıq, üzüağ,  
Millət görmək istəyən Azərbaycana gəlsin! 
 
 
ANA ÇÖRƏYİ 
 
Bu bağın başqa gözəllikləri var,  
Boylanıb incə çiçəklər, otlar.  
Oxşayır bir daha şair gözümü,  
Burda sərbəst sanıram mən özümü.  
Günəşimdən yenə qüvvət alıram,  
Nə verirsə bu təbiət, alıram.  
Neçə aydır ki, şəhərdən uzağam,  
Su, hava, meyvə cəhətdənsə toxam.  
Deyirəm mahnı yaşıl meynələrə,  
Üzümü bəlkə bu yay bollu verə!  
Yaşamaz, olmasa insanda inam,  
Hələ sağdır qoca, ağbirçək anam. 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
22 
 
Əlləşir eşq ilə mətbəxdə yenə...  
Qocalar gəlməsələr bağ yerinə  
Bir çox işlərdə biz aciz qalarıq,  
Nə deyim, dadlı yeməksiz qalarıq.  
Ana! Hər yerdə yetirsən köməyə,  
Bələdəm sən bişirən hər xörəyə.  
Yenə düşmüş başıma isti çörək,  
Sözümü sən yerə, gəl, salma görək.  
Ana can! Təndirə doldur odunu  
Seyr edək təndirinin gur odunu.  
Çək, tez ol kibriti, yansın təndir,  
Bir qızıl rəngə boyansın təndir. 
Göyə qalxsın bacamızdan tüstü,  
Yığılaq dövrənə axşamüstü.  
Qulaq as gör sənin ilkin nə deyir:  
Sən məhəbbətlə yoğurduqca xəmir  
Bu işindən, ana, ləzzət alırıq,  
0 arıq əllərə heyran qalırıq!  
Kəs, totuq kündələri, düz tabağa,  
Canımız qoy sənə olsun sadağa.  
Sənə zəhmətsə də, tez kündəni yay,  
Yay, naxış vur, ana can, təndirə yap.  
Yox, yanıldım, mənə bir an qulaq as,  
Bəzə ancaq onu xaşxaşla bir az.  
Bənzəsin bir qədər ulduzlu göyə,  
Hər görən söyləsin əhsən çörəyə!  
Görürəm kündələrin bolluğunu,  
Gey qalın əlcəyini, qolluğunu.  
Qoyma od qarsalasın əllərini,  
Bağla yaylıqla dümağ tellrini.  
Qoy bizim həsrətimiz tez bitsin,  
Nə olar, bir neçəsi küt getsin.  
Yenə canlansın uşaqlıq çağımız,  
Gəzsin əllərdə qızıl qazmağımız.  
Elə bil körpə uşaqdır oğlun,  
Fərəhindən uçacaqdır oğlun!  
Ana can! Kibriti çək, umsunaram, 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
23 
 
Təndirin yanmasa, bil, mən yanaram.  
Çarə tap bəslədiyim arzulara,  
Çörəyin yaxşı bişəndən sonra  
Bürüyüb əsgiya bir şorbalığı  
Onu basdır külə, təndirdə bişir.  
Oğlunun xalqa əyandır qılığı.  
Salaram yoxsa uşaqlartək həşir.  
Yeyərik şorbalıq üstündən üzüm,  
Sənə qurban olum ancaq mən özüm.  
Sənə zəhmətsə də tez kündəni yay,  
Yay, naxış vur, ana can, təndirə yap.  
Gəlir ondan ana torpaq ətri,  
İncə güllər bitirən bağ ətri.  
Ətri gəldikcə bizim burnumuza  
Daha çox bağlanırıq yurdumuza.  
Onu öpdükcə gözüm, həm dodağım  
Bərk durur, yerdən üzülmür ayağım.  
Sən keçərkən. ana, təndir başına,  
Baxıram qartək ağarmış saçına,  
Anıram qəmli keçən gəncliyini.  
Görmədik onda sənin dincliyini. 
İndi sən barlı ağacsan, başı dik,  
İftixar et, ana can, biz səninik!  
Sən çətinliklərə göstərmədin üz,  
Anasız olmasın heç bir günümüz.  
Ana! Süfrəntək açıqdır ürəyin,  
Hər zaman bolluca olsun çörəyin!  
Ana can! Təndirə doldur odunu,  
Seyr edək təndirinin gur odunu! 
 
 
ANA VƏ POÇTALYON 
 
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,  
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.  
Sorurdu: - "Balam hanı?" - Har cəbhədən gələndən  
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən. 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə