Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
63 
 
Qanlı vuruşmalar, qanlı səhnələr  
Hələ gözlərimin qabağındadır. 
 
Bilirəm dünyada vətənsiz heçəm,  
Mən gərək yolunda canımdan keçəm.  
Günəşli gündüzüm, işıqlı gecərti,  
Canıma can verən torpağındadır. 
 
Dönüb gülüstana ana yurdumuz,  
Məşələ çevrilib ürək odumuz.  
Vətən keşikçisi qələm ordumuz,  
Sabirlər, Cəfərlər ocağındadır. 
 
Çoxdandır ağardıb başımı illər,  
Bilsin dünyamıza gələn nəsillər – 
Əkdiyim ağaclar, əkdiyim güllər  
Vətən torpağında, el bağındadır. 
 
Tutdu sağ əlimdən zamanın əli.  
Şerimin bülbülü o vaxtdan, bəli,  
Talış meşəsində Babək gövdəli  
Dəmir ağacının budağındadır. 
 
Pəhləvan babamın, süzümün düzü,  
Yerə dəyməyibdir aynalı dizi.  
Palıd ayağının silinməz izi  
Kim bilir, bəlkə də Şahdağındadır! 
 
Alqış təbiətin sirrinə, alqış,  
Halımı pozmayır nə qar, nə yağış.  
Gözüm Savalanın başında - yaz, qış – 
Babəkin ağaran papağındadır. 
 
Məni qınamayın xəyala dalsam,  
Ötən günlərimi yadima salsam.  
Vətəndo, qürbətdə, hər yerdə olsam,  
Ürəyimsə Araz qırağındadır. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
64 
 
İllərdir məhəbbət yuvalı könlüm,  
Hicranla üz-üzə davalı könlüm,  
Vüsal həsrətilə havalı könlüm,  
O taylı dilbərin sorağındadır. 
 
Yenə gözlərimin qaçıb yuxusu,  
Şairçin, əlbəttə, təbiidir bu.  
Vətən çöllərinin çiçək qoxusu  
Cüyürün, ceyranın dırnağındadır. 
 
Mənəmlik könlümün deyil gərəyi  
Şeirdir, mahnıdır onun bəzəyi.  
Ürək süzlərirnin gözəl-göyçəyi  
Qardaş millətlərin dodağındadır. 
 
Yox, yox qocalmıram, bu mən, bü güzgü,  
Mənə həyat verir heyatın yükü,  
İgid Koroğlunun zəfər üzüyü  
Oğlumun qabarlı barmağındadır. 
 
Yaxşı tanıyıram mən dostu, yadı,  
Nəslimdə naxələf görən olmadı.  
Nəbinin yoldaşı Həcərin adı  
Sevimli qızımın qolbağındadır. 
 
Burda əbədidir şerin baharı,  
Şair millətimin fəxri, vüqarı,  
Böyük Nizaminin əziz məzarı  
Uzaqlarda deyil, bu yaxındadır. 
 
Könül, bu şəhərdən de, kim köç elər?!  
Qaranlıq görməyib burda küçələr.  
Şair gozlərimin nuru gecələr  
Evlərin sönməyən çırağındadır... 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
65 
 
SIFIRI YEDDİNİN YANINDAN POZUN 
 
A dostlar, deməyin dolmusan yaşa,  
Şairəm, yaşıma baxmayın mənim. 
 Çox da çox illəri vurmuşam başa,  
Ağaran başıma baxmaym mənim. 
 
Yorulmaq nədir ki? Sözün ən düzü  
Ömürlük dostum var ilk bahar kimi.  
Qanımda bir diinya şeirlər iizür,  
Aynam Xəz;irdoki balıqlar kiıni. 
 
Könül mahnılanm, ürək sözlərim  
Gecəli-gündiizlü ztıhmətimindir.  
Vətən keşiyini çəkən gazlərim  
Ömrü bahar çağlı millətİmindir. 
 
İllər öz işini görso də nə qəm,  
Yorulmaz yülçusu bu uzun yolun.  
Bilirəm titroməz əlimdo qələm,  
Siz bu Süleymandan arxaym olun. 
 
Qocalıq sözünü - yaraşmır mənə - 
Şairin adindan, canından pozun.  
Sizinlə əl-ələ yoldayam yenə 
Sıfırı yeddinin yanından pozun! 
 
 
GÜNƏŞİNLƏ GƏL 
 
Təzə il, yanıma əliboş gəlmə,  
Könlümə xoş gələn xəbərlərlə gəl.  
Alnın açıq olsun, üzün ağ olsun,  
Aləmə səs salan zəfərlərlə gəl. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
66 
 
Vətən torpağına can gəlsin deyə,  
Bollu yağışla gəl, bollu qarla gel.  
Mahnım pərdə-pərdə yüksəlsin deyə,  
Aynanı Xəzərdəki dalğalarla gel. 
 
Odlar diyarına - özün bilirsən,  
Bağrında odunla, atəşinlə gəl.  
Sənə gəl-gəl deyir anamız vətən.  
Ömürlük dostumuz Günəşinlə gəl! 
 
 
XƏZANSIZ ÇİÇƏKLƏR 
 
Döyüş illərinin təcrübəsini  
Cavan nəsillərə ötürən oldum.  
Qanlı göz yaşını, qəmi, qüssəni  
Gərəksiz şey kimi itirən oldum. 
 
Asan qazanmadım mən bu ağ günü,  
Gördüm zindanları, gördüm sürgünü.  
Ən ağır illərin ağır yükünü  
Dünən bu çiynimə götürən oldum. 
 
İzim var yurdumun hər bucağında,  
Ömrümün ən gözəl, qaynar çağında,  
Vətən torpağında, vətən bağında  
Xəzansız çiçəklər bitirən oldum. 
 
Şair eldən alır öz ilhamını,  
Arazdan doldurub hicran camını,  
Qardaşın qardaşa xoş kəlamını  
Sahildən sahilə yetirən oldum. 
 
Dünyaya örnəyəm məsləkimlə mən,  
Bu vətən mülkündə, diləyimlə mən – 
Qızıl qələmimlə, ürəyimlə mən  
Şerə dan yerini gətirən oldum! 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
67 
 
VƏTƏN 
 
Ey Vətən! Torpağın əzizdir mənə,  
Mən orda tapmışam səadətimi.  
Könüldən mahnılar qoşmuşam sənə,  
Çevrilib bayrağa məhəbbətimi. 
 
Gözümü dünyaya açanda ilkin  
Anamı görmüşəm, səni görmüşəm.  
Əhdinə vəfalı bir oğul təkin  
Döyünən qəlbimi sənə vermişəm. 
 
Şöhrətim ey Vətən, şanım ey Vətən,  
Sən məni adımı ellərə yaydın.  
Ürəyim ey Vətən, canım ey Vətən,  
Mən şair olmazdım sən olmasaydın! 
 
 
DƏYƏRİ YOXDUR 
 
Sinəsi dəryaca şeirlə dolu 
Şairin günəşsiz səhəri yoxdur. 
Ağ gün də görmüşəm, qara gün də mən, 
Deməyin, dünyadan xəbəri yoxdur. 
 
Arzusu sonsuzdur bu yer oğlunun,  
Üzü zirvəyədir həyat yolunun.  
Mənə dost deməsin o kəs ki, onun  
Könül dəftərində zəfəri yoxdur. 
 
Ömrünü mənasız keçirənlərin,  
Bu yeni dünyasız keçirənlərin,  
Vətənsiz, anasız keçirənlərin,  
Gözümdə bir quruş dəyəri yoxdur! 
  
 
 
 
 
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə