Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə15/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
58 
 
Səsim gah arandan, gah dağdan gəlir.  
Min çəməndən gəlir, min bağdan gəlir.  
Sorağım yaxından, uzaqdan gəlir.  
Dərya həvəsimlə yaxşı ki varam,  
Şair nəfəsimlə yaxşı ki varam. 
 
Uca dağlardan da ucadır başım,  
Nə qızılım vardır, nə də daş-qaşım.  
Saysız-hesabsızdır, dostum, qardaşım,  
Bu nadir varımla yaxşı ki varam,  
Günəş vüqarımla yaxşı ki varam. 
 
Düşmənin gözünə bıçaqdır adım,  
Anamın dilində uşaqdır adım,  
Hasəddən, qeybətdən uzaqdır adım.  
Belə sərvətimlə yaxşı ki varam,  
Yaxşı sənətimlə yaxşı ki varam. 
 
"Sən kimsən" deməyin mən Süleymana,  
Sadiq bir övladam Azərbaycana.  
Dünəni, bu günü hələ bir yana,  
Onun sabahında yaxşı ki varam,  
Vətən pənahında yaxşı ki varam! 
 
 
BAHAR ÜRƏYİMDƏDİR 
 
Bu əvəzsiz, bu gözəl  
Diyar ürəyimdədir.  
Dünyalarca sevdiyim  
Nigar ürəyimdədir. 
 
Yaxşı bilirəm ki, mən  
Mənliyindən dönməyən,  
Zirvəsindən enməyən  
Vüqar ürəyimdədir. 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
59 
 
Məni cavan saxlayan,  
Bu ellərə bağlayan,  
Dərya kimi çağlayan  
Qərar ürəyimdədir. 
 
Yolu ağ günlər yolu,  
Dövlət dolu, var dolu,  
Gözəl mahnılar dolu  
Qatar ürəyimdədir. 
 
Nə tufandan qorxuram,  
Nə borandan qorxuram,  
Nə xəzandan qorxuram  
Bahar ürəyimdədir. 
 
 
DƏDƏLƏR, BABALAR OCAĞINDAYAM 
 
Könlümdə bir dərya nəcib arzular,  
Yenə dərdli Araz qırağəndayam.  
Xeyli var üzünü görmədiyimin – 
Cənublu dilbərin sorağındayam. 
 
Deyirəm silinsin sinəmdən bu dağ,  
Qəlbləri oxuyum mən varaq-varaq,  
Hər iki sahildə deyiləm qonaq,  
Dədələr, babalar ocağındayam. 
 
Gəzirəm qol-qola həqiqətimlə,  
Üz-üzə gəlirəm səadəlimlə.  
Dünyaya sığmayan məhəbbətimlə,  
Öz anam torpağın qucağındayam. 
 
Könlümə doğmadır mənim bu yerlər,  
Sizindir yazdığım bütün şeirlər.  
Süleyman Rüstəməm, belə deyirlər,  
Mahnımla ellərin dodağındayam! 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
60 
 
CAVAB VERMƏLİYƏM 
 
Mən atayam, sən - oğul, xalqımın qarşısında  
Hər bir hərəkətinçim cavab verməliyəm mən.  
Qoy bayrağın yollarda vicdanın olsun, bala,  
Namusun, qeyrətinçün cavab verməliyəm mən. 
 
Sevgisiz bu həyatda olmayacaq şöhrətin,  
Qapıları açıqdır üzünə səadətin.  
Hüzurunda bu xoşbəxt, alnıaçıq millətin  
Sənin səadətinçün cavab verməliyəm mən. 
 
Ömrünün gözəl keçən vaxtını zəhmətdə gör,  
Şöhrətinin ucalıq taxtını zəhmətdə gör.  
Fəhlə ol, ya alim ol, baxtını zəhmətdə gör.  
Şərəfli zəhmətinçün cavab verməliyəm mən. 
 
Yaxına baxmalısan, uzağa baxmalısan,  
Başın üstə yellənən bayrağa baxmalısan,  
Ellərin yandırdığı çırağa baxmalısan;  
Əzminçün, cürətinçün cavab verməliyəm mən. 
 
Uzun yollar keçmişəm, yaxşı qulaq as mənə,  
Dara düşsən unutma, hayan vətəndir sənə.  
Canımdan çox sevdiyim bu müqəddəs vətənə, 
Böyük məhəbbətinçün cavab verməliyəm mən. 
 
Sən cavab verməlisən peşənçün, sənətinçün,  
Bütün dediklərimçün, adınçün, hörmətinçün.  
Sən cavab verməlisən əbədi qeyrətinçün,  
Hər şeyçün, şöhrətinçün cavab verməliyəm mən. 
 
Gəl, gənclik illərini vermə küləyə, oğlum,  
Adına, şöhrətinə gəlməsin ləkə oğlum.  
Həqiqət dünyamızda səninlə birgə, oğlum.  
Sənin həqiqətinçün cavab verməliyəm mən! 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
61 
 
VƏTƏNDAŞ 
 
Mən vətəndaş adlanmaram, doğrusu  
Vətənimin qeyrətini çəkməsəm.  
Məndən sonra gələnlərçin bağımda  
Məhəbbətlə beş-on ağac əkməsəm. 
 
Mən bənzərəm xəzan vurmuş yarpağa.  
Şimşəklərdən paralanmış budağa,  
Həm əzəlim, həm sonum bu torpağa —  
Bir fəhlətək alın təri tökməsəm. 
 
Qulaqlarım eşidərmi şad xəbər.  
Səslənərmi sinəmdoki nəğmələr,  
Xəzər üstdən dan yerini hər səhər  
Bu qızaran gözlərimlə sökməsəm?! 
 
Sarsılmayıb ürəyimin dözümü,  
Vətən oğlu bilmərəm heç özümü,  
Araz boyu bu yol çəkən gözümü  
Anam dilli o sahilə dikməsəm. 
 
Şair könül düşər gündə min dərdə,  
Ev yıxanın acığına bu yerdə.  
Bahar üzlü, bahar gözlü şəhərdə  
Öz əlimlə gündə bir ev tikməsəm. 
 
Şair kimi görünərəm yetim, tək,  
Məndən dəyməz insanlara bir kömək  
Ürəyimin zindanında dəmirtək  
Misraları isti-isti döyməsəm! 
 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
62 
 
BORCLUYAM İNSANLARA 
 
Dünyaya göz açandan sirdaşımdır ilk bahar, 
Zəfərlər kitabında öz adım, öz peşəm var. 
Mən vətən torpağından yaranmış bir açaram 
Arzusuyla ellərin, 
Sevdalı könüllərin 
Qapısını hər zaman mahnılarla açaram. 
Od mənəm, atəş mənəm, 
Ay mənəm, günəş mənəm, 
İnsanam, ömrüm boyu borcluyam insanlara. 
İtirmərəm özümü düşsəm də tutanlara. 
Zəkasıyla xalqımın göylərə yüksəlirəm, 
Ulduzlara gedirəm, ulduzlardan gəlirəm. 
Mon yolları ağartdım, yollar mənim başımı. 
Yaşımı bilir vətən, 
Bəxtimlə yaşıdam mən, 
Gəlin bir daha məndən 
Soruşmayın yaşımı. 
Canımdan yan ötür qəm, 
Daim hərəkətdəyəm. 
Qoşadır addımlarım qocalmayan həyatla. 
Sönməzdir odum mənim, 
İnsandır adım mənim. 
Mən yeni dünyamızı bəzəyirəm bu adla. 
 
 
DÜŞÜNCƏLƏR 
 
Sada bir şairəm, sözüm, söhbətim.  
Könül doftərimin varağındadır.  
Toyumun, yasımın əski əzəldən  
Ayna Xəzərimin qucağındadır. 
 
Nələr görməmişəm ömrümdə, nələr,  
Lalətək qızaran odlu sinələr... 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə