Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə13/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
49 
 
Bu mövsümdə doğrusu bal damır ağızlara  
Üzümün giləsindən, əncirin göbəyindən. 
 
Necə fəxr etməyim ki, gəlir son bahar ətri,  
Mənim şeir bağçamın gülündən, çiçəyindən. 
 
İnnablar qıpqırmızı, mənim çox xoşum gəlir,  
Təbiətin bu incə, bu nadir göyçəyindən. 
 
İnsana dost ağaclar yetişmiş meyvəsini – 
Boşaldır səbətlərə öz yaşıl ətəyindən. 
 
Süzülür qumlar üstə hərdən narın-narın tər,  
Tutqun göyün bozarmış, payızı köynəyindən. 
 
Gəzirəm Məcnun kimi ayaqyalın, başaçıq,  
Uzağam bu yerdə mən şəhərli bəzəyindən. 
 
Min bir payız gəlsə də ilk bahar köçən deyil,  
İlk bahar müğənnisi şairin ürəyindən. 
 
 
XƏZƏR NƏYƏ BƏNZƏYİR? 
 
Məndən soruşursunuz:  
- De görək səhər-səhər  
Nəyə bənzəyir Xəzər? 
-
 
Xəzər göyə bənzəyir, göy Xəzərə bənzəyir.  
Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir. 
 
Hər qarışı üzümlü, əncirli qum təpələr,  
Sahilin qulağına pıçıldayan ləpələr,  
Çiçəklər, otlar üstə iməkləyən körpələr  
Hələ bəstələnməmiş nəğmələrə bənzəyir. 
 
Mən bilirəm, Xəzərin ürəyində nələr var,  
Sularda avar çəkən qoca, gənc qayıqçılar, 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
50 
 
Balıqlar dünyasına tor atan balıqçılar  
Bəxtindən xeyli razı bəxtəvərə bənzəyir. 
 
İtirmişəm sayını həftələrin, ayların,  
Ətrafı seyr edirəm üstündən qayaların:  
Mənim ayna Xəzərim, şair qağayıları  
Mahnı, şeir yazdığı bir dəftərə bənzəyir. 
 
Qayaların sinəsi sulardan oyuq-oyuq,  
Xəzərə keşik çəkən sahildəki hər buruq  
Babək ordusundakı saçları buruq-buruq,  
Yapıncısı qapqara bir əsgərə bənzəyir. 
 
 
AXŞAM 
 
Sərdi qanadlarını yerə, xəbərsiz axşam,  
Həyətdəki bağçaya baxıram pəncərəmdən.  
Sanki yer-göy dillənib deyir ki, qışam, qışam.  
Sevdiyim bu şəhərin qışına heyranam mən. 
 
Nə qəribə görünür ağ yorğan torpaq üstə, - 
Yeriyir göy üzündə buludlar ağır-ağır.  
Sığırçınlar bağçaya uçuşur dəstə-dəstə,  
Elə bil ağaclara göydəti qara qar yağır. 
 
 
QIRQOVUL 
 
Meşədə gəzişirdim bir az ov edim deyə,  
Bütün hər şey üzümə gülürdü çiçək kimi.  
Sən kollar arasından pırr edib qalxdın göyə,  
Zəfər axşamlarında atılan fişəng kimi,  
Al-əlvan gördüm səni,  
Qəlbaçan gördüm səni.  
Barmağımı tətikdən çəkib ardınca baxdım,  
Bağışlasın ovçular, ovçuluğu buraxdım. 
  
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
51 
 
BİR LÖVHƏ 
 
Bakılıtək düşünürəm bayaqdan  
- Heç belə qış görməmişdim bu yerdə.  
Min sığırçın asılıb hər budaqdan,  
Bu qədər quş görməmişdim bu yerdə. 
 Şəhərimin qışı yaman sərt olub,  
Soyuq, şaxta çəkilməyib Xəzərdən.  
Qağayılar sərçələrə qoşulub  
Həyət-həyət yem gəzirlər səhərdən.  
Öz hikkəni, ey qış, yaxşı yeritdin,  
Gör kimləri sən kimlərə tay etdin! 
 
 
YAROSLAV SMELYAKOVA MƏKTUB 
 
Yaroslav, danışan Bakıdır, Bakı,  
Ürəyi alışan Bakıdır, Bakı.  
Günəş gözlərini ovuşduraraq,  
Yenə Xəzər üstdən boylanır səhər.  
Ən qədim dostumuz günəşdən qabaq.  
Şirin yuxusundan oyanır şəhər.  
Qışda da kəsilmir bulvardan ayaq.  
Sahildə gəzişən gözəllərə bax.  
Köçür karvan-karvan şəhərimizə,  
Dirijor geyimli şimal quşları.  
Axşam ağaclarda verir səs-səsə,  
Mahnısı sevimli şimal quşları.  
Qonaqsız olmayan bizim diyarda  
Havalar xoş keçir, mülayim keçir.  
Bəlkə bağındakı sığırçınlar da  
Qoşulub quşlara bağıma köçür.  
Söyüdlər saçını yolmayıb hələ,  
Bakıda bahardır payızda belə.  
Yaroslav! Bilirəm, sən Moskvada,  
İlin bu çağında harda gəzirsən.  
Odlu ürəyinlə soyuq havada 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
52 
 
Yağışda gəzirsən, qarda gəzirsən.  
Mənə qonaq gəlsən, səninçün yenə  
Bağımdan çiçəklər, güllər dərərəm.  
Qışın acığına, bağbantək sənə  
Qərənfil verərəm, nərgiz verərəm.  
Bahar sarayının qızıl açarı,  
Şair əlimdədir, bilirsən bunu.  
Vecimə almayıb yağışı, qarı,  
Könlüm istəyəndə açıram onu.  
Baxıb məhəbbətlə dost ellərə mən,  
Bahar paylayıram könüllərə mən.  
Bilirəm min işə qarışıb başın,  
Odur ki, bakılı şair qardaşın,  
Səni məhəbbətlə salıb yadına,  
Bu kiçik məktubda əziz adına  
Nə yağış göndərir, nə qar göndərir,  
Gücü çatdığı dan bahar göndərir! 
 
 
İTİRSƏM AĞLARAM MƏN 
 
Özümdən tez ilhamım qocalsa, ağlaram mən
Könlüm xoş arzulardan boşalsa, ağlaram mən 
Düz yol seçdi gəncliyim, 
Oddan keçdi gəncliyim
Şerə köçdü gəncliyim, 
Şeirlərimin saçı ağarsa, ağlaram mən, 
Baharına yağış, qar yağarsa, ağlaram mən. 
 
Dar gündə ağlamadım, 
Sinələr dağlamadım. 
Qaralar bağlamadım, 
Əlimdə bir gün qələm ağlarsa, ağlaram mən, 
Könüllərə yolumu bağlarsa, ağlaram mən. 
 
Puçdur vüqarsız həyat,  
Zəhmətsiz, barsız həyat. 
 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
53 
 
Heçdir baharsız həyat. 
Nəğmələr baharımı itirsəm ağlaram mən, 
İlham adlı varmı itirsəm ağlaram mən! 
 
 
MƏNİM GÜNƏŞİM 
 
Gündüzlər də, gecələr də mənimlədir günəşim,  
Dar günümdə cəbhələrdə mənimlədir günəşim. 
 
Mənim üçün şerindəki dostluq sözü günəşdir.  
Torpağından yarandığım vətən özü günəşdir.  
Xoşbəxtəm ki, tükənməyən bu sərvətdir günəşim,  
Həqiqətdir, məhəbbətdir, səadətdir günəşim. 
 
Şerim, nəğməm, məhəbbətim ondan alır odunu,  
İlk addımdan söz sənətim ondan alır odunu,  
Ləkə bilməz həqiqətim ondan alır odunu.  
Zirvələrə gedən yolda dayağımdır günəşim,  
Başım üsldə dalğalanan bayrağımdır günəşim! 
 
 
O, MƏNƏM 
 
Yaz ayları vəcdə gəlib vətənini dolaşan - 
O, mənəm!  
Xəzanbilməz gülzarını, çəmənini dolaşan - 
O, mənəm!  
Babaların ocağında çılçıraqlar yandıran - 
O, mənəm!  
İş başında od ürəkli bir fəhləni andıran - 
O, mənəm!  
Millətini millətlərə qardaş bilən, dost bilən - 
O, mənəm!  
Od yurdunu övlad kimi candan sevib, sevilən - 
 O, mənəm! 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə