Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə17/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
68 
 
YUXUSUZ GECƏM 
 
Bu gecə qaydam üzrə çəkilib bir küncə mən
Kağız üstə yol aldım bir şerin ardınca mən 
Könlümdə insanların, bir də öz arzularım, 
Qələmimdən süzüldü kağıza könül varım. 
Misralar qoşun kimi duzüldükcə cərgəyə. 
Sevindim istəyimə nail oluram deyə. 
Əziz oğlum, sirdaşım, qonum-qonşu da yatdı. 
Mənimsə gözlərimə bu gecə yuxu yaddı. 
Dağ oldu külqabında papiros kötükləri, 
Lal gecənin başında göründü ağ tükləri... 
Gün doğdu, sübh açıldı, doyunca aldım nəfəs, 
Səhər mahnım şəhərə dalğa-dalğa saldi səs, 
Çıxdım eyvana birgə öz təzə əsərimlə, 
Öpdüm gözəl Bakımı yuxusuz gözlərimlə! 
 
 
CANLARA CANDIR QARABAĞ 
 
Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,  
Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ. 
 
Dostlarından eşidirsən bu sözü nəğmə kimi – 
"Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ". 
 
Vaqifin, Natəvanın səndə ayaq izləri var,  
Məncə şairlər üçün başqa cahandır Qarabağ! 
 
Hər bahar fəsli bu könlümdə adın qönçələnir,  
Səni mən görməmişəm gör ki, haçandır Qarabağ! 
 
San bilirsən ki, mənim təkcə cənub dərdim var,  
Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ! 
 
Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyini,  
Deyirəm, car çəkirəm canlara candır Qarabağ. 
 
Sənə övlad kimi sadiq bu Süleymanını sən  
Ana qəlbindən uzaq bilmə, amandır, Qarabağ! 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
69 
 
YORULMAMIŞAM 
 
İlləri illərə calasam da mən  
Yurdumu gəzməkdən yorulmamışam.  
Cənub həsrətliyəm, vüsal eşqinə  
Hicrana dözməkdən yorulmamışam.  
İlk bahar nəfəsli tər çiçəklərin  
Ətrini çəkməkdən yorulmamışam. 
Cənublu bacımın, qan qardaşımın  
Dərdini çəkməkdən yorulmamışam.  
Ötən durnalardan yaxınlarımın  
Halını sormaqdan yorulmamışam.  
Hicran karvanının sarbanı olub  
Yolları yormaqdan yorulmamışam.  
Təzə nəsillərə candan, ürəkdən  
Bitməyib xidmətim, yorulmamışam.  
Dar gündə, ağ gündə vətən deməkdən,  
Bilir ki, millətim yorulmamışam.  
Dostluq dünyamızın şənliklərində  
Sevinib gülməkdən yorulmamışam.  
Başım ağarsa da, xoşbəxtliyimdən  
Sevib-sevilməkdən yorulmamışam! 
Bəzən nəfəsimi dərsəm də yolda  
Uğurlu səfərdən yorulmamışam.  
Gah tufan, gah boran görsəm də yolda,  
Soruşun Xəzərdən, yorulmamışam.  
Döyüş meydanının ön səngərində  
Özümü görməkdən yorulmamışam.  
Qara əməllərə, yad meyllərə  
Sinəmi gərməkdən yorulmamışam.  
Şerimi süngülək düşmənin, yadın  
Bağrına taxmaqdan yorulmamışam.  
Yurdumun nazənin gözəllərinə  
Şairtək baxmaqdan yorulmamışam.  
Bütün yer üzünün millətlərini 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
70 
 
Sülhə səsləməkdən yorulmamışam.  
Qəlbimdə düşmənə əbədi nifrət,  
Qisas bəsləməkdən, yorulmamışam.  
Yaxşıya hörmətdən, pisə nifrətdən  
Heç zaman, beç zaman yorulmamışam.  
Gənclərlə qaynayıb-qarışmağımdan  
Hələ mən Süleyman yorulmamışam.  
İlham dəryasına təzə söz üçün  
Hər gün tor atmaqdan yorulmamışam.  
Nə qələm qocalıb, nə də ki, qəlbim,  
Yazıb-yaratmaqdan yorulmamışam! 
 
 
HƏQİQƏTLƏ, MƏHƏBBƏTLƏ 
 
Gəl təzə il, birgə gəzək anam Vətən torpağını.  
Hər ilin öz gözəlliyi, hər ilin öz neməti var.  
Bilirəm ki, mahnılara çevriləcək hər addımın,  
Hər ilin öz qəhrəmanı, hər ilin öz hörməti var. 
 
Qəlbimizin ləkə bilməz aynasıdır hər ilimiz.  
Bizim könül arzumuzun mənasıdır hər ilimiz,  
Hünərlərin, zəfərlərin dəryasıdır hər ilimiz.  
Hər ilin öz təntənəsi, hər ilin öz qüdrəti var. 
 
Hər ilimiz aşılmayan zirvələrdən verir soraq.  
Hər ötən il olur bizim təzə ilə arxa-dayaq. 
Bu vəhdətə heyran qalır, əhsən deyir yaxın-uzaq,  
Bu ilin öz sıçrayışı, bu ilin öz vüsəti var. 
 
Nələr yoxdur təzə gələn səadətlər ilimizdə,  
Bu sarsılmaz, dərin köklü həqiqətlər ilimizdə.  
El gücü var məhəbbətlə, sədaqətlə ilimizdə,  
Hər ilin öz xəzinəsi, hər ilin öz sərvəti var. 
 
Əzmimizlə can veririk ilimizin hər anına.  
Dost elləri sesləyirik hünər, yarış meydanına. 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
71 
 
Gül-çiçəkli alqış yağır qaliblərin ünvanına,  
Hər ilin öz sürəti var, hər ilin öz hikməti var. 
 
Sağ ol mənim köhnə ilim, yaşa mənim təzə ilim!  
Əziz ana Vətənimi zəfərlərlə bəzə, ilim,  
Görüm səni bu uğurda gəlməyəsən gözə, ilim,  
İri mətin addımlar at, səndə gənclik cürəti var... 
 
 
ZƏMANƏT 
 
Cavan şair, sənə mən, 
Tərəddüdsüz ürəkdən 
Zəmanət verirəm ki, ömrünün kitabını - 
Oxutdura biləsən ellərə varaq-varaq. 
Zəmanət verirəm ki, eşqinin rübabını 
Dinləsin yaxın-uzaq. 
Şeir bağçan görməsin qansız xəzan yelləri, 
Zəmanət verirəm ki, ürəyinin telləri 
Atana bağlı olsun, babana bağlı olsun, 
Elinə bağlı olsun, obana bağlı olsun. 
Məhəbbətsiz keçməsin, gəncliyin - bahar çağın, 
Beyninə yad fikirlər düşməsin bir an yaxın. 
Addımla, yol açıqdır, üzün günəşə doğru 
Gözün günəşə doğru. 
Dənizlərə baş vurub dalğaları yaranda, 
Təzəlik axtaranda, 
Ey gələcək vurğunu 
Unutma gəl sən bunu - 
Nə vətənin köhnədir, nə də anan köhnədir. 
O da, bu da səninçün əvəzsiz xəzinədir. 
Sən təzəlik naminə yad ocağa vurma baş, 
Nizamiyə atma daş. 
Şairlər məclisində toy sənin şair səsin 
Füzulini ağladıb, Vaqifi öldürməsin. 
Göylərə uçsan belə, 
Günəşi qucsan belə, 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə