Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
102 
 
Verdiyin, içdiyim dərmanlar deyil,  
Xəstəylə söhbətin, rəftarın oldu,  
Ürəyə yol tapan bu varın oldu.  
Sənə ehtiramım ürəyimdədir  
Sanıram yenə də keşiyimdədir:  
Xəstənin dərdinə şəfa sözlərin,  
Gülən dodaqların, gülən gözlərin! 
 
 
UĞURLU YOLDAYAM MƏN 
 
Sürətlə getməsəm də, yenə də yoldayam mən,  
Yerimdə saysam əgər, mənə nə deyər vətən.  
Desin görək bu yolda kim məni yorğun görüb?  
Ömrüm bahar, yaz görüb, qar görüb, çovğun görüb. 
 
Vətənimin adından, millətimin adından,  
dövlətimin adından 
Yaşıl gözlüklülərin gözlərini ovduğum, 
Yaşıl qələmliləri gülşənlərdən qovduğum 
Çıxmayıbdır yadımdan, 
Çıxmayacaq heç zaman. 
Qırmızı gözlüyümlə baxıb nələr görürəm, 
Nə səhnələrgörürəm. 
Tapdıqca fürsət yenə 
Təəssüf, min təəssüf, məslək düşmənlərinə 
Tamam güzəştə getmək fikrinə düşən olur, 
İşlənən günahların üstündən keçən olur. 
Əvvəldən yolsuzları görən gözüm olmayıb, 
Millətimin yanında yalan sözüm olmayıb, 
Durmamışam kənarda dar gündə, bərk ayaqda, 
Görürəm ki, yenə də tək-tək küncdə, bucaqda. 
Yalan başdan dilində əzbər edib milləti 
Ya açıq, ya xəlvəti 
Məndən doğru sözümün heyfini alan da var, 
Günəşli gündüzümün heyfini alan da var. 
Bəli, fürsət tapanda, 
    


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
103 
 
Ağacdan ata minib sola, sağa çatanda, 
Yüz qızıl kitabımın heyfıni alan da var. 
Bir para adamların orta istedadını 
Kefi istəyən kimi şişirdib yazan da var. 
Şərəfli yollar keçən ustadların adını 
Qələminin ucuyla, gizlində pozan da var. 
Paslı ürəklərdəki, 
Yaslı ürəklərdəki 
Bizə qarşı nifrəti, 
Qəzəbi, küdurəti 
Bu gülşəndə qoymuram zərrəcə kök atmağa, 
Bir tabuta yükləyib basdırıram torpağa. 
Bir yerdə saymaqla heç əzəldən yoxdur aram
Yenə də yollardayam, yenə də yollardayam. 
 
 
SƏNİ GÖRƏNDƏ 
 
Doktor Fatma xanıma 
 
Gözəlliyə baş əyirik səni görəndə,  
Bilirsənmi nə deyirik səni görəndə! 
Deyirik ki, gətiribdir bizim bəxtimiz,  
Çünki üzü baharadır şəta taxtımız.  
Şirin-şirin arzularla keçir vaxtımız,  
Gözümüzdə  dan sökülür səni görəndə,  
Üzümüzə günəş gülür səni görəndə. 
 
Deyirik ki, əcəb gözəl xoş sifətdir bu,  
Sənin kimi bir insana məhəbbətdir bu.  
Görməyəndə darıxırıq, həqiqətdir bu,  
Yavaş-yavaş sağalırıq səni görəndə,  
Yaşamaqdan zövq alırıq səni görəndə. 
 
Canımızı qorumayıb acı zəhərdən  
Gizlin, xəlvət papiros da çəkirik hərdən. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
104 
 
Sən döymədən qapımızı açırsan birdən,  
Özümüzü itiririk səni görəndə,  
Min bəhanə gətiririk səni görəndə. 
Əfv et məni, haqq sözümdür, gözəlsən, gözəl,  
Qəlbindədir özün kimi min gözəl əməl.  
Nəkaradır yanımızda görünsün əcəl,  
Dərdimizi unuduruq səni görəndə.  
Başımızı dik tuturuq səni görəndə. 
Budur, artıq əvvəlkitək deyilik üzgün,  
Biz hüsnündən danışmasaq olarmı düzgün!  
Sənin qara qaşlarının altında hər gün  
İki mavi çay görürük səni görəndə,  
Sərt havam xay görürük səni görəndə. 
Görün, görün, görünməsən darıxarıq biz,  
Dərmanların arasında karıxarıq biz,  
Hər sözünü eşitməyə hazır varıq biz,  
Dağ çəkilir bağrımızdan səni görəndə,  
Əsər qalmır ağrımızdan səni görəndə. 
 
 
GƏLDİ DƏ GETDİ 
 
Hüseynqulu Sarabskinin xatirəsinə 
 
Səhnəyə, sənətə məcnuncasına  
Məftunumuz təkdi, gəldi də getdi.  
Füzuli gözünün yaşından doğan  
Məhzunumuz ləkdi, gəldi də getdi. 
Hicran yollarında yorğunluğundan,  
Gözəl Leylasına vurğunluğundan,  
Qolları zəncirli məcnunluğundan  
Məmnunumuz təkdi, gəldi də getdi. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
105 
 
Dözdü min bəlayə canan yolunda,  
Hazırdı verməyə min can yolunda.  
Sonu görünməyən hicran yolunda  
Yorğunumuz təkdi, gəldi də getdi. 
İlk gənclik çağında öz leylasına  
Məhəbbət bağında öz leylasına,  
Ölüm ayağında öz Leylasına  
Vurğunumuz təkdi, gəldi də getdi. 
Bir ərəb qızına könül bağlayan,  
Odlu naləsilə sinə dağlayan,  
Aləmi ağladan, özü ağlayan  
Məcnunumuz təkdi, gəldi də getdi. 
 
 
CƏFƏR, SƏNİ ANDIM 
 
Cəfər, bu səhər mən səni şair kimi andım, 
Gəl, göl, dedim ancaq mənə hay gəlmədi səndən. 
Yandım, necə yandım, necə yandım, necə yandım! 
Sordum bütün eldən, sorağın gəldi çəməndən... 
Andım səni, andım səni hörmətlə, eloğlum, 
Yazdım bu kiçik şeri məhəbbətlə, eloğlum. 
Yazdım ki, a dostum, görüşüm bir də səninlə, 
Səhnəmdə açılsın təzədən pərdə səninlə, 
Çoxdan səni mən səsləyirəm, gəl, 
Gəl, gözləyirəm, gəl. 
Gəl, birgə gəzək doğma vətən mülkünü, dostum, 
Çox İstəmişəm mən bu mübarək günü, dostum. 
Addımla gözəllər yetirən torpağımızda, 
İlhama gəlib mahnı yarat el bağımızda. 
Sən varlığım alnı açıq millətə verdin, 
Söz incini bu səhnəyə, bu sənətə verdin. 
Kim gördü desin bir kərə bu səhnəni sənsiz, 
Yox görmədik əsla bu gozəl gülşəni sənsiz. 
Cəfər! Demə ki, keçdi ömür, getdi cavanlıq, 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə