Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
80 
 
ANAM TORPAQ 
 
Ürəyimdə gəzdirirəm doğma anam torpağı,  
Babalardan yadigardır hər gülşəni, hər bağı.  
Mən torpaqdan yaranmışam, torpaq məndən yaranıb,  
Mənə vətən yaranıb. 
Milyon-milyon məhəbbətlər yatır torpaq altında,  
Məhəbbətlər, xoş söhbətlər yatır torpaq altında.  
Tarix bilir nələr, kimlər qanışıb bu torpağa,  
Milyon-milyon təbəssümlər qarışıb bu torpağa.  
Torpaq altda vaxtlı, vaxtsız yatanlan anıram,  
Özümü də bu torpağa bir namizəd sanıram.  
Sanıram ki, yer üzünə işıq salan ulduzlar,  
Köçüb getmiş dühaların qocalmayan sözüdür.  
Gecələri dünyamızı scyrə dalan ulduzlar  
Torpaq altda yatanlaın göylərdəki gözüdür. 
 
 
MEHDİNİ YAD ETDİM 
 
Sovet İttifaqı Qəhrəmanı  
Mehdi Hüseynzadənin xatirəsinə 
 
Mən səni çox görmüşəm cavanlıq çağlarında  
Abşeronun gözəli Novxanı bağlarında.  
Göbəyindən bal daman əncirindən heç olmaz,  
Üzümündən dadmasan kefin əla, boş olmaz.  
Uşaqlığın bu yerdə xeyli maraqlı keçdi,  
Ellərə bağlı keçdi, vətənə bağlı keçdi.  
Oynardın, güləşərdin mirvari qumlar üstə,  
Qəşəngdi dostların da sən yaşda, sən həvəsdə.  
Baxışların aydındı günəşli səhər kimi,  
Könlündəki arzular coşqundu Xəzər kimi.  
Qaçmazdı hər addımın cüt bacının gözündən,  
Zərrə incitməmişdin bir kimsəni özündən.  
Rəssamlığın da vardı, şairliyin də vardı,  
Qələınin də, fırçan da, ətirli ilk bahardı. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
81 
 
Böyüdün, yaşa doldun, İgid bir oğlan oldun.  
Vətənin dar günündə atıldın ön səngərə,  
Yaralar aldınsa da sarsilmadın bir kərə.  
Vələn məhəbbətilə verdin sözü süngünə.  
Ellər dəyişməz sənin bir gününü min günə.  
Qəlbində bir yetimtək qoymadın öz kamımı,  
Günahsız qurbanların aldın intiqamını.  
Heyhat! Canım-ciyərim, qürbətdə düşdün dara,  
Diri təslim olmadın şərəfsiz cəlladlara!  
Rəng aldı al qanından arzunun çiçəkləri,  
Yumulan gözlərində doğma vətən göyləri...  
Dərdli cəbhə dostların bir təpənin başında  
Ah, səni tapşırdılar torpağa gənc yaşında.  
Adam var ki, həyatda ömr edir ölülərtək,  
Adam da var, sənintək heç zaman ölməyəcək!  
Bilir el, bilir vətən 
Ölümünlə əbədi həyat qazanmısan sən.  
Səni bizdən ayıran yollar uzaq olsa da,  
Milyon-milyon könüllər aşaraq sərhədləri,  
Gəlir ziyarətinə, öpür yatdığın yeri.  
Uzaq, qürbət ölkədə olsa da aşiyanın  
Səni gündə min kərə öpür Azərbaycanın! 
 
 
QƏLBİNDƏ MƏHƏBBƏT 
 
Dostum Arifə  
Arif, deyirəm gör əziz illər necə keçdi, - 
Ağ gün bizə qaldı, qara gün heçliyə köçdü.  
Al bayrağın altında gəlib vəcdə, yaratdıq,  
Bir cəbhədə, bir yerdə döyüşlərdə boy atdıq,  
Ustün tutaraq zəhməti can dincliyimizdən,  
Bir yol demədik: "Getdi, heyif gəncliyimizdən! 
 Rahət yola sal yetmişi, heç qəm yemə, dostum,  
Yüz il də gəlib ötsə - "qocaldım"' demə, dostum, 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
82 
 
Arif, səni xoşbəxt yaşadan xoş əməlindir,  
Fəxr et, bu müqəddəm ana torpaq təməlindir,  
Yollarda, bilir el, nə yoruldun, nə də azdın,  
Tənqidini arif kimi, şair kimi yazdın.  
Sərt olsa da, biz incimədik doğru sözündən,  
Tənqidə dözümsüzlərimiz küssün özündən!  
 
Ey alnıaçıq, ey üzüağ, ey nəcib insan! – 
Qəlbində nə varsa, duyuram mən baxışından.  
Arif, nə utanmaq, bizə səs ver, bunu istə:  
Bir yetmişi də gəl təzədən yetmişin üstə!  
Yaz, yurduna, mərd xalqına qəlbində məhəbbət,  
Yaz, yaz ki, gözəl mahnıya dönsün bu həqiqət. 
 
 
BƏSTƏKARIN EVİNDƏ 
 
Cahangir Cahangirova 
 
Bəstəkar dost, dünən məni dəvət etdin evinə
Düz sözümdür, gəldim sizə mən sevinə-sevinə. 
Heç özüm də bilmirəm bu nə hikmətdir, nə sirdir, 
Mənim könlüm musiqiyə körpəlikdən əsirdir. 
Bu otaqda səndən, məndən, bir də babam Füzuli, 
(Ayrılıqdan tııtulmuşdu dərdə babam Füzuli). 
Oturmuşdu xeyli dalğın utağın bir küncündə, 
Düşüncələr içində. 
Ustadımı sən dindirmək istədin, 
Sevindirmək istədin. 
Barmaqların pianonun dillərində oynadı, 
Sənə qanım qaynadı. 
Musiqiylə həmahəngdi Füzulinin qəzəli
Göz önümdə gəlib durdu ustadımın gözəli. 
Füzuliydi bu axşamkı candan əziz qonağın, 
Onun şair nəfəsiylə ətirləndi otağın. 
Məclisinda birdən-birə bir gözəl də göründü, 
Füzulinin gözlərinin pərdəsinə büründü. 
Məhəbbətə pıçıldadı dodaqlar... 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
83 
 
Pianonun dillərindən ayrılmadı barmaqlar, 
Sən çaldıqca küsülülər, həsrətlilər barışdı, 
Dördümüzün göz yaşları bir-birinə qarışdı. 
Sən çaldıqca, Füzulinin rəngi gəldi özünə, 
İlk dəfəydi bu nakamın bəxti güldü üzünə. 
Sən tapmışdın ustadımın dilini, 
Üçümüz də sıxdıq sənin əlini. 
Dördümüz də birgə çıxdıq mənzilindən küçəyə, 
Füzulinin şair gözü günəş oldu gecəyə, 
Şairimiz yüz illərdə həsrətini çəkdiyi
Gecə-gündüz gözlərindən hicrində yaş tökdüyü 
Öz əvəzsiz dilbəriylə qol-qolaydı bu gecə. 
Alnıaçıq Füzulinin, 
Eşqə sadiq Füzulinin 
Hicran yollu bir səfərdən gəldiyini eşidib, 
Artıq qara, gəc bəxtinin güldüyünü eşidib 
Sevişənlər axın-axın küçələrə çıxdılar, 
Dönə-dönə ustadımın əllərini sıxdılar.  
Bütün şəhər gözəllərlə bəzəndi, 
Qəzəllərlə bəzəndi, 
Milyon-milyon pəncərədən güllər yağdı başına, 
Şəhərimin gözəlləri çələng taxdı başına. 
Şair babam bu torpaqda xitam verdi fəryada
Məhəbbətlə seyrə dalıb gülşən gördü hər yanı. 
Onu görmək istəyənlər getməsinlər Bağdada, 
Mənim şair ürəyimdir Füzulinin ünvanı! 
 
 
SONBEŞİK 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə