Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə57/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   50   51   52   53   54   55   56   57   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
248 
 
Yuxusuz kəslərə dərmandır ucuz cümlələri. 
Qonşuda nəqdi qoyub, özgəyə loğman demərəm, 
Suludur nəzminin hər kəlmüsi, hər vergülü də, 
Belə kankanı danıb, yadlara kankan demərəm. 
Özünə aşiq olub, sənəti alver bilənə, 
Mənə milyon kərə can-can desə, bir can demərəm. 
Hədə-qorxuyla, dilənməklə yaramnır şöhrət, 
Belə bir aşiqə, yalvarsa da Sənan demərəm. 
"Şerini" dinləməsəm, görməsəm illərlə üzün, 
Şadlığım həddən aşar, mən buna hicran demərəm. 
Yaradıb kirli qaşıqla ləpələr nəlbəkidə
Deyir: "Ümmana baxın" mən ona ümman demərəm. 
Qalmayıb, qalmayacaq cansız əsərlərdən əsər, 
Mən belə kəslərin ünvanına böhtan demərəm. 
Sağlığında özünü dahi bilən xəstələrin, 
Üzünə dik demişəm fikrimi, pünhan demərəm. 
Deməsəm qanmaz; - qanmaz, kütə - küt, düz sözə - düz, 
Düz sözümdür, özümə bir də Süleyman demərəm. 
 
MODA QURBANI 
 
Anadan millətli, vətənli oldun,  
Böyüdün, cildini dəyişdin tamam.  
Məktəbdən qovuldun, işdən qovuldun,  
Bir yoxa çevrilib dedin ki, varam?  
Bir gecə millətli, vətənli yatdın,  
Vətənsiz, millətsiz oyandın səhər.  
Ağ günün, xoş günün daşını atdın,  
Bundan böyüklərin tutmadı xəbər.  
Aramsız içməkdən, ay nankor bala,  
Şişib düşbərətək göz qapaqların.  
Gecə meyxanədən düşərkən yola  
Sözunə baxmayır öz ayaqların.  
Təəccüb edirəm əməllərinə.  
Küçədə, bulvarda söz atdın yaman  
Yurdumun həyalı gözəllərinə. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
249 
 
Atanı, ananı tanıdığımdan  
Toyda ağlamağın, yasda gülməyin,  
Süni təbəssümün, süni söhbətin,  
Ömrü bir saatlıq ilk məhəbbətin,  
Eşit sözlərimi sən kəlmə-kəlmə.  
Corabın xarici, çəkmən xarici,  
Pencəkdə parlayan düymən xarici,  
Kirpiyin gəlmədir, qaşın gəlmədir,  
Tükü yer süpürən başın gəlmədir,  
Adama oxşamaq nəyinə gərək,  
Saqqalın nıübarək, bığın mübarək.  
Gözünə yad elin qaratikanı  
Qızılgül görünür, çiçək görünür.  
Xaricin eybəcər moda qurbanı  
Öz doğma bacından qəşəng görünür.  
Danırsan bu yerdə yaxşı nə varsa;  
Yad yerin pisi də sənə xoş gəlir.  
Tutulursan dərdə, batırsan yasa,  
Hər kim ki, yanma əliboş gəlir.  
Hər şeyi baş-ayaq qanıb deyirsən, - 
Bu nə mənzərədir, bu nə səhnədir!  
Atanı, ananı, danıb deyirsən – 
Füzuli köhnədir, Vaqif köhnədir.  
Sənin şeir zövqün, musiqi zövqün  
O taydan gəlmədir, uzaqdır bizə.  
Alıbdır başının üstünü çovğun,  
Qəlbində zibilin çıxıbdır dizə.  
Görüb-götürürsən çirkinlikləri,  
Bəs sənin meymundan fərqin nə oldu?  
El qabağa getdi, son getdin geri,  
Gəncliyin qışda yox, baharda soldu.  
Diqqəllə baxdıqca görürəm ki, mən  
Ömür ağacınm meyvəsi kaldır.  
Bilirəm ürəyin, beynin, düşüncən  
Vətən malı deyil, xarici maldır.  
Səsinə səs verən yox deyil, məncə,  
Şübhəsiz, onlar da sən ağıldadır. 
 
  
Barmaqla sayarsan, çox deyil, məncə,  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
250 
 
Görürəm başınız yaman qaldadır.  
Daşını atmasan bu heçin, puçun  
El səni diriykən gorda görəcək.  
Üzüqara atan bəd əməlinin  
Vətən qarşısında cavab verəcək. 
 
HEYKƏL XƏSTƏSİ 
 
Bir hekayə, bir novella yaza bilmirəm,  
Hıqqanıram dost-aşnaya məktub yazanda.  
Məsləhətə zərrə qıılaq asa bilmirəm,  
İlhamıma ziyan gəlir qulaq asanda.  
Başqa şeylə göstərirəm istedadımı – 
Mən şıdırğı həftədə bir roman yazıram.  
Bəli, eldən ayrı sürüb öz həyatımı,  
Göz dəyməsin, bir nəfəsə yaman yazıram.  
Yox, mənasız yetmir başa ömrümün sonu,  
Dirsəyimin öpüşüylə yeyilib masam.  
Dostlar məni unudacaq, bilirəm bunu,  
Heykəlimi öz xərcimə qayırtdırmasam! 
 
BÖHTANZADƏ 
 
Gecəyarıdan keçib, aləm yatıb, bir nəfər  
Qəlbində sonsuz kədər,  
İmzasız məktub yazan  
Böhtanzadə Ramazan,  
Öz qoyun gözlərini zilləyərək divara,  
Sağalmaz yarasına çara axtarır, çara.  
Öz bəlalı başma indi nə kül töksün o,  
Kimə İftira atıb məhkəməyə çəksin o?  
Hansı Halalzadənin çıxartsın cızdağını,  
Kimin bağrına sancsın böhtanlar bıçağım?!  
Daha hansı qapının zəngini çalsın əli, 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
251 
 
Qan qızdıran yay çağı bikarmı qalsın əli?  
Düşünür hara cumsun? Harda marıqda dursun?  
İndi kimin yanında, kimin puçunu bursun?  
Kimdən yazsın, o kimdən? Dağdanmı, ya daşdanmı?  
Əvvəl yazdıqlarını ya başlasın başdanmı?  
Yazmaqdan qabar olub "yazığın" barmaqları,  
Ağzı deyəni artıq eşitmir qulaqları.  
Yoxdur axır zamanlar heç yerdə yeri, yoxdur.  
Böyük alimlər kimi cild-cild əsəri yoxdur.  
Bəs o nəylə tanınsın, nəylə şöhrət qazansın?  
Nə yolla topdağıtmaz bir var-dövlət qazansın?  
Ton-ton kağız korlayıb, milyon böhtan yazıb o,  
Bəs o kimdən yazmayıb? Yox, hamıdan yazıb o,  
Dostundan, aşnasından, qohum-əqrəbasından,  
Sümüyü sürmə olmuş rəhmətlik babasından,  
Oğlundan, gəlinindən, arvadından, qızından,  
Heyvərə xalasından, nazənin baldızından,  
İnsanlar addımbaşı adına lənət deyir,  
O sakit ola bilmir, içini qurdlar yeyir;  
Yox, yox, o yazmalıdır, yazmasa bağrıı çatlar;  
Qurtarıb, necə olsun, siyahısından adlar?!  
Öz küt başını vurdu dilsiz divara birdən,  
Canlandı gözlərində yeni ad, yeni düşmən.  
Bağırdı: - Tapdım, - deyə, döndü ürəyi dağa,  
Başladı yavaş-yavaş öz-özündən yazmağa! 
 
QORXAQ 
 
Əhvalımı pozmayın 
damağım çağ olanda,  
Tənqid çox yaxşı şeydir 
məndən uzaq olanda. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə