Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
172 
 
Sən yaxşıya yadsan, mən pisə yadam
Bizimki tutmaz. 
Ürəyin kimsənin dərdinə yanmaz, 
Sən qum odunsan, mən sönməz odam, 
Bizimki tutmaz. 
Sən yasda çox şadsan, mən toyda şadam, 
Bizimki tutmaz. 
Danmadığın bir kəs varmı dünyada 
Sən mənim gözümdə doğmasan yada, 
Bizimki tutmaz. 
Sən qəh-qəh çəkərək gülürsən müdam, 
Birinin başına uçalarsa dam, 
Bizimki tutmaz. 
Cənubun dərdindən söhbət düşəndə
Sən dərin sükutsan, mənsə fəryadam, 
Bizimki tutmaz. 
İndi görürsənmi fərqimiz nədir? 
Sən başqa adamsan, mən başqa adam, 
Bizimki tutmaz! 
 
 
OLAYDI 
 
Köçəndən sonra da tək olmayaydım,  
Yanımdan yol keçən ellər olaydı.  
Yastığım kəkotu, döşəyim otlar.  
Yorğanım çiçəklər, güllər olaydı. 
Mənə o sahildən xəbər gətirən,  
Qan qardaşımgildən xəbər gətirən,  
Hər fəryadlı dildən xəbər gətirən  
Təbrizimdən əsən yellər olaydı. 
Gün o gün olaydı gələrək dilə,  
Təqvimlər müjdələr verəydi elə.  
Bütün illərimiz o gündən belə  
Vahid bir vətənli illər olaydı. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
173 
 
Bəşərin qəsdinə qol çəkənlərin;  
Özgənin varına göz dikənlərin,  
Qara niyyətlərlə qan tökənlərin  
Başına ömürlük küllər olaydı. 
Dünyanın zindanlı ölkələrində  
Hər günü tufanlı ölkələrində  
Cəlladları qanlı ölkələrində  
Oktyabr səsli dillər olaydı! 
 
 
ÜÇ NƏFƏR QALMIŞIQ 
 
Bir yerdə bitirdik orta məktəbi,  
Öpüşüb ağladıq, ayrıldıq bir gün.  
Nə vaxt ki, salıram yada məktəbi,  
Oluram pəjmürdə, oluram qəmgin,  
Həsrətlə deyirəm özümə hərdən.  
Üç nəfər qalmışıq otuz nəfərdən. 
 
Canlanır yenidən o qanlı illər,  
Kəşməkəşli illər, tufanlı illər,  
Haqlılar haqsızdı, haqsızlar haqlı,  
Cəlladlar əliylə sinələr dağlı.  
Görüb tə illəri, nümayişləri,  
Ürəkdən sevinib qürurlanardıq.  
Yayıb qapı-qapı bu xoş xəbəri,  
İgid fəhlələri arxa sanardıq. 
 
Gəlir göz önünə müəllimlərin,  
Səbəb bu günümə müəllimlərim.  
Şaiq, Hüseyn Cavid, Süleyman Sani,  
Onlara borcluyuq bu torpaq sanı,  
Gör necə oğullar yetirib vətən: - 
Qasımov Pənahla, Vəzirov Həsən  
Ağır günümüzdə pənahımızdı,  
Sözləri gələcək sabahımızdı. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
174 
 
Qanlı istibdadın azğın çağında,  
Bizə ata kimi dayaq oldular,  
Təhsil illərinin qızğın çağında,  
Qara günümüzə çıraq oldular,  
Bəli, belə keçdi ilk gəncliyimiz,  
Körpə qəlbimizdə arzumuz mindi.  
Demirəm olmayıb nadincliyimiz,  
Yadıma düşəndə gülürəm indi.  
Qızlara qiyabi vurulan dəmlər...  
Gizlində körpətək ağladığımız.  
Ötərgi sevgilər, ötərgi qəmlər.  
Ağ günə ümidlər bağladığımız, 
 
Gəldi 1920-ci il, 
Tərifi dastana sığışan deyil  
Dəyişdi boz həyat, dəyişdi dövran,  
İnsanlar özünü sandı firavan.  
Sonsuz səadətdən söhbət açdılar,  
Böyük həqiqətdən söhbət açdılar.  
Qara günlərimiz arxada qaldı,  
Nurlara boyandı həyat yolumuz,  
A dostlar, demişəm, deyirəm yenə,  
Hərə öz yerini tutdu həyatda.  
Hərə öz borcunu verdi vətənə,  
Bu adlar ömürlük qalacaq yadda.  
Bir yerdə bitirdik orta məktəbi,  
Öpüşüb ağlaşdıq, ayrıldıq bir gün. 
Nə vaxt ki, salıram yada məktəbi,  
 
Oluram bir qadər pəjmürdə, qəmgin.  
Düşünüb deyirəm özümə hərdən,  
Üç nəfər qalmışıq otuz nəfərdən.  
Nə qəm, hər məktəbin otaqlarında,  
Balalar oxuyur indi bizimtək.  
Nəğmələr səslənir dodaqlarında,  
Yox, biz yox deyilik, biz varıq demək! 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
175 
 
ÖLMƏYİ BACAR! 
 
Şair, gəl dostunun ömrün boyunca  
Könlündən keçəni bilməyi bacar.  
Həyat yollarında səadətinə,  
Ürəkdən sevinib, gülməyi bacar! 
Unutma cənublu qardaşlarını,  
Əməl dostlarını, sirdaşfarını,  
Gözlərindən axan qan yaşlarını  
Şerinlə, sözünlə silməyi bacar. 
Ey könül, bir daha qulaq as mənə,  
Sənə çox demişəm, deyirəm yenə - 
Dar gündə şaşqınlıq yaraşmaz sənə.  
Dərdin öhdəsindən gəlməyi bacar. 
Ormrünün firavan, gözəl çağında  
Vətən torpağında, el torpağında  
Bülbüllor ötərkən könül bağında  
 
Sevinci dostlarla bölməyi bacar. 
Bıçaq ol yadların yaman gözünə,  
Yayılsın qüdrətin bu yer üzünə.  
Amalın uğrunda gərərək sinə  
Döyüşdə kişitək ölməyi bacar! 
 
 
VİCDANIMSAN, AZƏRBAYCANIM! 
 
Şan-şöhrətli bir ölkəsən, Azərbaycanım,  
Əzəmətli bir ölkəsən, Azərbaycanım! 
 
Torpağına alnımızın təri tökülüb.  
Əzmimizlə ətalətin beli bükülüb,  
Ürəklərdən-ürəklərə yollar çəkilib,  
Mənim qolum, qanadımsan. Azərbaycanım!  
Ömrüm, günüm, həyatımsan, Azərbaycanım! 
  
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
176 
 
Əziz Vətən məhəbbəti qəlbimizdədir,  
Torpağının hərarəti qəlbimizdədir,  
Ağ günlərin həqiqəti qəlbimizdədir,  
Şerə sığmaz kaşanəsən, Azərbaycanım!  
Gözəllikdə yeganəsən, Azərbaycanım! 
 
Torpağını seyr etməkdən doymur gözlərim,  
Bayrağını seyr etməkdən doymur gözlərim,  
Növrağını seyr etməkdən doymur gözlərim,  
Xəzan bilməz gülşənimsən, Azərbaycanım!.. 
 
Üzərinə odlu gələn, odsuz qayıdıb,  
Bəd niyyətlə atlı gələn, atsız qayıdıb,  
Tarix bilir adlı gələn, adsız qayıdıb,  
Mərd insanlar məskənimsən, Azərbaycanım!  
Qəhrəmanlar məskənisən, Azərbaycanım! 
 
Keşiyində ayıq duran oğlunam sənin,  
Varlığına layiq duran oğlumam sənin.  
Sayıqdan da sayıq duran oğlunam sənin.  
Öz qanımsan, öz canimsan, Azərbaycanım,  
Qeyrətimsən, vicdanımsan, Azərbaycanım! 
 
 
İNQİLAB BAHARIMIZ 
 
Baharların baharıdır bu inqilab baharımız,  
Könüllərin vüqarıdır bu inqilab baharımız. 
 
Qara günlər təqviminə qələm çəkib döyüşlərdə,  
Ağ günlərçin sinə gərib, qan-tər töküb döyüşlərdə  
Zülmətlərin pərdəsini yırtıb, söküb doyüşlərdə  
Ömrümüzün aynasıdır bu inqilab baharımız.  
Eşqimizin mənasıdır bu inqilab baharımız. 
 
Bu baharın əməlləri ürəklərdə köklər atıb,  
Ən müqəddəs arzularda, diləklərdə köklər atıb, 
 
  
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə