Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
144 
 
VƏSİYYƏTVARİ BİR ŞEY 
 
Təkcə balam, yaxın gəl, yaxşı qulaq as mənə,  
Qoy söyləyim atamdan nə qaldı miras mənə.  
Əlli il dəmir döyən polad çəkic, bel, mişar,  
Arzumuzdan yaranmış bu dövlətə etibar.  
Anam torpağa hörmət, xalqa dərin məhəbbət,  
Bu yorulmaq bilməyən qollarımdakı qüvvət!  
Bunlarsız yaşamazdım həyatda bir gün belə,  
Düşməzdi şair adım bunlarsız dildən-dilə.  
Oğlum, gözün yaxşını, yamanı yaxşı seçsin,  
Qoy bu sadəcə miras məndən də sənə keçsin! 
 
 
APARSIN 
 
Vəslin evinə qoy məni hicranım aparsın, 
İllər boyu hicr ana dözən canım aparsın. 
Düşmən başına öldürücü zərbəmi hər an 
Nifrət dolu, lənət dolu tufanım aparsın. 
Mən dostluğa and içmişəm, al bayrağın altda, 
Dost ölkələrə eşqimi karvanım aparsın. 
Hər yerdə ki, bir sevgi, vüsal cəbhəsi varsa, 
Söz ordumu ön səngərə vicdanım aparsın. 
Bir gün gözümü yummalı olsam bu həyata 
Gəlsin, məni son mənzilə cananım aparsın! 
 
 
BARIŞA BİLMƏZ 
 
Ey afət, sanma ki, yaralı könlüm,  
Dərdini aləmə danışa bilməz.  
Onu bilirəm ki, vəfasızlarla  
Ömürlük qaynayıb-qarışa bilməz. 
Sinəmə dağ çəkdi sənin hər sözün,  
Nələr çəkdiyimi görmədi gözün. 
 
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
145 
 
Eşqimin odunu söndürdün özün  
Məncə o bir daha alışa bilməz. 
 
Gəl dedim, gəlmədin köməyimə sən,  
Qar tökdün gülümə, çiçəyimə sən.  
Yaman yara vurdun ürəyimə sən.  
Yox, yox, o səninlə barışa bilməz! 
 
 
KƏS, BİLMƏZ 
 
Sevginin qədrini bu əsrdə hər kəs bilməz,  
Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.  
Kim ki, qəlbilə sənə bağlı deyildirsə, könül.  
Gecə-gündüz başı üstündə onun, əs, bilməz.  
Eşqi əyləncə bilən nazlı gözəllər var ki, 
 "Sevirəm" söylə, bütün aləmə sal səs, bilməz,  
Deyirəm, sevgili cananıma bu can qurban,  
Canı qurban deməyən eşqi müqəddəs bilməz.  
Rüstəmin onda ki canan görünür gözlərinə,  
İmtahançın sən onun barmağını kəs, bilməz! 
 
 
SÜLEYMAN NEYLƏSİN?! 
 
Olmasın hicrində bu könlüm, pərişan, neyləsin 
Etməsin öz canını canana qurban, neyləsin. 
Gəlməsə gül eşqinə sevdalı bülbül gülşənə, 
Solmasın şən nəğməsiz gülşən, gülüstan, neyləsin? 
"Gəl-gəl, ey yar" söyləməkdon mən yoruldum, gəlmədin, 
Sən özün oldun səbəb hicrana, hicran neyləsin?! 
Özgə bir gülüzlüyə versəm könül, ey bivəfa, 
Sən özündən küs, günahkarsan, Süleyman neyləsin?! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
146 
 
GET 
 
Əbədidir bu gözəl, ülvi məhəbbət məndə,  
Məncə, səndədir, əzizim, bu təbiət məndə. 
 
Səni son mənzilədək gözləyəcəkdir bu könül,  
Eşqinə olmayacaq zərrə xəyanət məndə 
 
Ölkə, xalq gəzdirəcək sözlərini qəlbində,  
Günbəgün artacaq hər nəğmənə hörmət məndə. 
 
Görürəm, hiss edirəm, ölməyəcəksən, bilirəm,  
Dözərəm hicrinə, varkən bu həqiqət məndə. 
 
Get, zəfərlərlə qayıt, ölmə, Süleymanım, get,  
Get fəqət qoy ürəyin qalsın əmanət məndə. 
 
 
YADDAŞ 
 
Vaxt gələndə,  
Mən öləndə, 
Məni Vətən torpağına təntənəsiz basdırın,  
Sevməyənlər gendə dursun, sevənlər, siz basdırın.  
Arzum budar məndən sonra ölüm-itim olmasın,  
Dostlarımın qəlbi qəmlə, gözü yaşla dolmasın.  
Həyat daha gözəlləşsin, gülsün bağlar, bağçalar,  
Ruhum gəzsin çiçəklərlə əldən-ələ hər bahar.  
Namərd ölüm qapı-qapı dolaşmaqdan usansın,  
Dünyamıza məna verən insan ömrü uzansın.  
Ulduzlara gedib-gəlsin peykimizin karvanı,  
Al bayraqlar öpsün bütün dünyanı.  
Xəzərimin dalğaları xatırlatsın şerimi,  
Sahildəki gözəllərə gül tək atsın şerimi.  
Əzəmətli doğma Bakım min qat qəşəng görünsün
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
147 
 
Körpələrin baxışları şəfaqləra bürünsün.  
Öz qəlbində gəzdirərək qəlbinıdəki odumu,  
Başdaşıraa o tək balam yazsın mənını adımı. 
 
ÇAĞIR 
 
Sənə üz versə kədər, məclisə cananı çağır,  
Dodağı qönçəli, ol gözləri ceyranı çağır. 
 
Eşqdir, hicridir, aləmdə vüsaldır məna,  
Varsa şübhən, bunun isbatina dünyanı çağır. 
 
Söndürə bilməyəcəksən yenə eşqin adını,  
İstəyirsən köməyə çayları, dəryanı çağır. 
 
Sağalar məncə, vüsal ilə bu hicran yarası.  
Zəhmət çəkmə, nə təbibi, nə də loğmanı çağır. 
 
Səni qəmlər dənizi boğmağa eylərsə hücum,  
Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır! 
 
 
RƏQS EDİR   
 
Qoy bütün aləm gəlib görsün, nigarım rəqs edir.  
Rəqs edir dünya gözümdı, iftixarım rəqs edir.  
Söylıyin bülbüllərə sussun, bir anlıq ötməsin,  
Hüsnü dülbər əzbəri, şux nəğməkarım rəqs edir.  
Seyr edir qəmsiz, xəzansız ömrümün gülzarını, 
Könlümün mülkündə solmaz ilk baharım rəqs edir.  
Gəlməmək ilhama, pərvaz etməmək mümkün deyil.  
Nazəninim, dilbərim, eşqim, vüqarım rəqs edir. 
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
148 
 
Görməyib ellər məni onsuz, onu mənsiz bir an,  
Ağ günümdə, şad günümdə etibarım rəqs edir.  
Mən Süleyman Rüstəməm, xoşbəxtlərin xoşbəxtiyəm,  
Sərvərim, peyğəmbərim, "pərvərdigarım" rəqs edir. 
 
 
BƏLKƏ DƏ... 
 
Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır.  
Min kərə "mən-mən" deyəndən sadə insan yaxşıdır. 
 
Bərbəzəkdən başqa bir şey bilməyən nazəndədən  
Qəmsiz, rəngsiz gözəl, ismətli canan yaxşıdır. 
 
Eşqdir mənası bu ağ günlərin, xoş günlərin,  
Sevgiyə yad bir vüsaldan məncə hicran yaxşıdır. 
 
Bir əsr mənasız ömr etməkdən, ey dil, şübhəsiz,  
Millətə xidmətdə ən mənalı bir an yaxşıdır. 
 
Kim bilir, eşq aləmində, doğruluqda, sevgilim,  
Çoxlarından bəlkə də şair Süleyman yaxşıdır! 
 
 
GÖZƏLLƏR GÖZƏLİNƏ 
 
Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, - 
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! 
 
Üzünü görmədiyim hər günümə gün demirəm,  
Küsmə, ünvanına bu sözləri küskün demirəm.  
Sənə Leyla, özümə yaxşı ki, Məcnun demirəm.  
Gəl gülüm, gəl çiçəyim, gəl ki mən ilhama gəlim,  
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə