Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə32/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
131 
 
Sən onun qulağına, o sənin qulağına  
Nələr deməmişsiniz uzun əsrlər boyu,  
Sənsiz, onsuz olmayıb el şənliyi, el toyu.  
Əlinizlə yazılıb eşqinizin dəftəri  
Təmizdir, ləkəsizdir bütün səhifələri.  
Belə bir məhəbbətin gülşəni, bağı solmaz,  
Deyirəm ki, pis olmaz – 
Gənclərə ibrət olsa sizin sədaqətiniz,  
Böyük məhəbbətiniz! 
 
 
DƏNİZ ŞƏHƏRİNDƏ 
 
Xəzri yenə gurlayır buludlu göylər kimi,  
Hədələyir yenidən bizim Neft daşlarını.  
Buruqlar bir-birinə həyan ürəklər kimi  
Yolur dəli xəzrinin pırtdaşıq saçlarını.  
Bu şəhər yaranandan ağı qara görüb o,  
Rəngdən rəngə girib o.  
Xəzərə basqın edir, Şəhərə basqın edir. 
Torpaqdan üzülməyir şəhərin ayaqları,  
Qüdrətini göstərir bir daha bu qansıza.  
Neftçilər qəhrəmantək qoruyub buruqları  
Qoymayır ki, onların biryerindən qan sıza;  
Dəqiqələr, saatlar uzanır bir il kimi,  
Fəlakatlə üzləşib bu səadət ordusu.  
Qarşısına xəzrinin sinə gərib fil kimi,  
Tufana üstün gəlir qalibiyyət ordusu.  
Köpü yatır xəzrinin, rəngi meyittək solur,  
Dəmir qollu şəhərin düşür ayaqlarına.  
Bəli, bu yeni zəfər bir yeni mahnı olur  
Dəniz buruqlarının qızıl yataqlarına. 
 
Xəzriyə divan tutan cavan şəhərim mənim  
Suların ortasında dayanıb qalam kimi,  
Bakımın körpəsini - qoy bilsin dost-düşmənim,  
Qoruyuram xəzridən öz əziz balam kimi! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
132 
 
 
MEYNƏLƏR 
 
Əkdim sizi dünən özüm, meynələr,  
Üstünüzdə oldu gözüm, meynələr! 
 
Çubuğunuz elə bil ki, söz qanır,  
Bığlarını eşə-eşə uzanır.  
Nə istidən, nə küləkdon usanır,  
Yoxdur sizə daha sozüm, meynələr! 
 
Zəhmətimi qoyun alım qələmə, 
Quraqlıqda, -  bəllidir bu aləmə - 
Dibinizə bol su tökdüm selləmə,  
Qumlar üstə qaldı izim, meynələr! 
 
Yastığınız Abşeronun qumları,  
Mirvaridir sanki onun qumları.  
Bilməsə də qayda-qanun qumları  
Dözər buna,  dözər bizim meynələr. 
 
Sağaldıqca xəzrilərdən yaranız  
Qumlar üstdə nəfəs alır qoranız.  
Təbiətlə düzələndə aranız,  
Gəlin sizə qurban kəsim, meynələr. 
 
O zaman ki, salxımınız xal salır,  
Hüsnünüzə insan baxıb mat qalır.  
Bostandakı kal qarpızı dərd alır,  
Qiymətlidir ondan üzüm, meynələr! 
 
Misilsizdir qara şanı, ağ şanı,  
Hərəsinin ayrı-ayrı nişanı.  
Hər salxımı bal şanıdır, bal şanı,  
Qoy onları özüm üzüm, meynələr! 
 
Kəhrabatək saraldıqca hər gilə  
Səbət-səbət göndərirəm yargilə.  
Bir bağda ki, güllər gülə, bar gülə  
Necə gülməz mənim üzüm, meynələr! 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
133 
 
  
BİLMƏZ 
 
Sevginin qədrini bu əsrdə hər kəs bilməz,  
Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz. 
 
Kim ki, qəlbilə sənə bağlı deyildirsə, könül,  
Gecə-gündüz başı üstündə onun əs - bilməz. 
 
Eşqə biganə olan eylə gözəllər var ki,  
Sevirəm söylə, bütün aləmə sal səs - bilməz. 
 
Deyirəm, sevgili cananıma canım qurban,  
Can fəda eyləməyən eşqi müqəddəs bilməz. 
 
Rüstəmin onda ki, canan görünür gözlərinə,  
İmtahançın sən onun barmağını kəs - bilməz. 
 
 
BƏS NƏ DEYİM? 
 
Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?  
Canıma canına qurban deməyim, bəs nə deyim? 
 
Öz canından, nəfəsindən canıma can verdin,  
Gündə min dəfə sənə can deməyim, bəs nə deyim? 
 
Son baxarkən mənə bəzən elə küskün-küskün,  
Oldu can mülkü pərişan deməyim, bəs nə deyim? 
 
Dikilib gözlərim həsrətlə vüsalın yoluna,  
Gəlməsin könlümə hicran deməyim, bəs nə deyim? 
 
Sən canımsan, ciyərimsən, gül açan baxtımsan,  
Olmuşam hüsnünə heyran deməyim, bes nə deyim? 
 
Yanmayan eşq oduna qədrini bilməz eşqin, 
Gəl mənim eşq oduma yan, deməyim, bəs nə deyim? 
 
Yox mənim başqa gözəllərdə bilirsən ki, gözüm,  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
134 
 
Səni istər bu Süleyman deməyim, bəs nə deyim? 
 
  
NEYLƏSİN 
 
Olmasın hicrində bu könlüm pərişan, neyləsin?  
Etməsin öz canını qurban, neyləsin? 
 
Gəlməsə şən bəstəkar - nazəndə bülbül gülşənə,  
Solmasın badi-xəzanla bu gülüstan, neyləsin? 
 
Gəl, gəl, ey canan, bilirsən ki, könül istər səni,  
Dərdimin dərmanı sənsən, gəlsə loğman, neyləsin? 
 
"Gəl, gəl, ey yar!" - söyləməkdən mən yoruldum, 
gəlmədin,  
Sən özün oldun səbəb hicrana, hicran neyləsin? 
 
Özgə bir gülüzlüyə versəm könül, ey bivəfa, 
Sən özündən küs, günahkarsan, Süleyman neyləsin?! 
 
 
ÇAĞIR 
 
Sənə üz versə kədər, məclisə cananı çağır,  
Ləbləri qönçəni, ol gözləri ceyranı çağır. 
 
Söndürə bilməyəcəksən yenə eşqin odunu,  
İstəyirsən köməyə çayları, dəryanı çağır. 
 
Eşqdir, hicrdir, aləmdə vüsaldır məna,  
Varsa şübhən buna, isbatına dünyanı çağır. 
 
Sağalar məncə vüsal ilə bu hicran yarası,  
Çəkmə zəhmət, nə təbibi, nə də loğmanı çağır. 
 
Səni qəmlər dənizi boğmağa eylərsə hücum,  
Özgə bir kimsəni yox, onda Süleymanı çağır! 
  
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə