Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə30/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
123 
 
Gözəllər yuyunur sahillərində,  
Ürəklər döyünür sahillərində,  
Şairlər öyünür sahillərində,  
Gözümdə yaxşıdan yaxşısan, Göy göl. 
 
Yamyaşıl şamlardır kamanın, sazın,  
Ağlardı bir zaman baharın, yazın.  
Bir qərib durnanın, bir qızıl qazın  
Bəlkə də gözünün yaşısan, Göy göl... 
 
Arxan uca, şiş dağlara bağlıdır,  
Göy suların bulaqlara bağlıdır.  
Baxtın qızıl bayraqlara bağlıdır,  
Xəzərə ən kiçik bacısan, Göy göl. 
 
Çökəndə üstünə həzin axşamlar,  
Göylərdə göz qırpıb yananda şamlar  
Dost kimi baş-başa verəndə şamlar  
Sanıram firuzə qaşısan, Göy göl. 
 
Hüsnündür ellərdə dillər əzbəri,  
Xəyala dalmısan səhərdən bəri.  
Dillənər tarixin səhifələri – 
Yuyub qayaları qaşısan, Göy göl. 
 
Sən gərək biləsən səxavətimi,  
Adına yazaram söz dövlətimi – 
Bu solmaz hüsnünə məhəbbətimi  
Qəlbində əbədi daşısan, Göy göl. 
 
Sən elə bilmə ki, qocalıram mən  
Ellərin gücündən güc alıram mən.  
Hüsnünü seyr edib ucalıram mən.  
Gecənin başının tacısan, Göy göl. 
  
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
124 
 
GƏLƏCƏK NƏSİLLƏRƏ 
 
Biz hələlik üz-üzə gəlirik küləklərlə,  
Hələlik çox ağırdır Qara-Qumun havası.  
Şübhəsiz xeyrimizə qurtaracaq zəfərlə - 
Sovet texnikasının quraqlıqla davası.  
Hələlik çöllər yanır günəşdən təndir kimi,  
İlanlar fışıldayır kol-koslar arasında;  
Əl-ayağa dolaşan düyünlü kəndir kimi. 
Hələlik bir ağrı var səhranın yarasında,  
Bu yaranın adına ellər quraqlıq deyir:  
Kəsib atırıq onu zamanın bıçağıyla,  
Sağalan xəstə kimi Qara-Qum gülümsəyir.  
Necə öyünməsin o, ömrünün bu çağıyla?!  
Hələlik toxum kimi bu çöllərə səpirəm  
Öz ürək sözlərimi, polad misralarımı.  
Hələlik mən xəyalən çiçəkləri öpürəm,  
Görürəm gözlərimlə öz dilbər baharımı.  
Hələlik mümtəzirdir bir ilk bahara torpaq,  
Amansız qumlar axır səhrada sellər kimi  
Torpağın ürəyindən ağrısını çəkir bax  
Maşınlar xortumuyla qocaman fillər kimi.  
Keşikçidir qurğuya günəş dolu gözlərim,  
Vəzifəmdən, a dostlar, bezməmişəm hələlik.  
Aşır sahillərini dalğa-dalğa sözlərim,  
Dünyamızı doyunca gəzməmişəm hələlik.  
Hələlik dəyişməyib bu səhrada adamlar,  
Könlü istəyən kimi qurğunun simasını.  
Hələlik bitirməyib igid, sadə adamlar  
Əsrimizin bu yeni, canlı poemasını,  
Deyirəm nə olaydı yüz il də yaşayaydım,  
Bəzəyəydim zəfərlə mən ayları, illəri.  
Danışaydım nağıltək öz həyatımı aydın  
Toplayıb ətrafıma gələcək nəsilləri!..  
Ey gələcək nəsillər! Xoşbəxt nəsillərsiniz,  
Ey əziz nəvələrim, əziz nəticələrim,  
Sizin həyatınızçün açdı uğurlu bir iz - 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
125 
 
Mənalı gündüzlərim, yuxusuz gecələrim.  
Mən ölümdən qorxmuram, bilmirəm nədir kədər...  
Yormaz məni bu sonsuz, nəhayətsiz səyahət.  
Ömrüm döyüşdə keçdi, etmirəm zərrə qədər 
Zəif adamlar kimi yorğunluqdan şikayət.  
Yüz i 1 yaşamasam da, gələcək nəsillərlə  
Bu dünyaya yenidon gələcəyəm bərabər.  
Bəli, o xoşbəxtlərlə mən milyon-milyon illər  
Ömr eləyib bərabər, güləcəyəm bərabər...  
Ayrılmaz parçasıyam çünki o milyonların,  
Muzeylərdə varlığım durmayacaq daş kimi.  
Gəzəcəyəm vüqarla arasında onların  
Öz şeir pasportumla sadə vətəndaş kimi! 
 
 
UNUDULMUR 
 
Unudulmur məna dolu ömür sürüb ölənlər,  
Vətənlə bir qəm yeyənlər, Vətənlə bir gülənlər.  
Bərəkətli bu torpağın ən dəyərli oğludur – 
Çörəyini qara gündə çörəksizlə bölənlər.  
Vətənimin havasını uda bilməz doyunca – 
Vətən, millet sandığını öz cibləri bilənlər,  
Nə xoşbəxtdir xəyanəti, küdurəti, həsədi  
Öz ömrünün kitabından, lüğətindən silənlər.  
Ey Süleyman, elə yaz ki, sənin odlu nəğməni  
Unutmasın səndən sonra dünyamıza gələnlər 
 
 
ŞÖHRƏTDƏN DÜŞƏR 
 
Yaxşı məclisdə könül, söhbəl məhəbbətdən düşər,  
Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.  
Darda meydanda qaçan, ağ gündə cövlan eyləyən  
Hər kim olsa, el içində, məncə hörmətdən düşər.  
Kim ki, "aləmdə təkəm mən, məndən olmaz" söyləsə,  
Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
126 
 
Olsa da məddahı minlərlə, nə qəm, tezdən də tez – 
Xalqına bağlanmayan sənət təravətdən düşər.  
Gör nə xoşbəxtsən Süleyman, ta yüz ildən sonra da  
Məclisində söz bu al bayraqlı millətdən düşər. 
 
 
MƏNƏ GƏLSİN 
 
Ey ağ günümün aynası, candan əziz oğlum,  
Qəlbində qanı dağ sularından təmiz oğlum. 
 
Sən xəstə yatırsan neçə gündür yatağında.  
Öpdükcə hərarət duyuram gül dodağında. 
 
Sən göz bəbəyimsən, öz evimsən, eşiyimsən,  
İlkim məni tərk etdi, mənim sonbeşiyimsən. 
 
Eşqim, ata qəlbimsə dayanmış keşiyində,  
Qan yaşlı gözüm şam kimi yanmış keşiyində. 
 
Vaxtilə bu dünyaya sevindim gəlişindən,  
Bağrım qan olur indiki solğun gülüşündən. 
 
Sənsən qurumaz çeşməsi könlümdəki şerin,  
Dirçəl, böyü, dəysin vətən, millətə xeyrin. 
 
Gül, bircəciyim, gül, çiçəyim, gül, əməlim, gül.  
Yarpaqtək əsir, çünki qələm tutmur əlim, gül! 
 
Sənsiz gülə bilməz bu həyat, gül yenə, yavrum,  
Könlümdə özün yaxşı bilirsən, budur arzum: - 
 
Xoş günləri dünyamızın ancaq sənə gəlsin,  
Dərdin mənə gəlsin, bala, ağrın mənə gəlsin! 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə