Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
118 
 
 
Boş qalmasın heç bir kərə qəlbimdə xəzinəm,  
Yad, özgə sözündən nə çıxar, öz sözüm olsun. 
 
Hərdən oda yansan da, Süleyman, demə yandım,  
Şairdə gərək yanmağa az-maz dözüm olsun! 
 
 
İTİB 
 
Gözəllərin arasında gözəl nigarım itib,  
Çiçəkli, güllü bahar vaxtı ilk baharım itib. 
 
Görünməyir gözümə, inciyib yəqin məndən,  
Yanında sevgilimin bəlkə etibarım itib. 
 
Xəzinəmin varı qəlbimdədir əzəl gündən,  
Sözüm qalıb ürəyimdə, xəzinədarım itib. 
 
Yadımdadır, görüşərdik, onunla sahildə,  
Əlimdə qalmayıb artıq bu ixtiyarım, itib. 
 
Dözümlüyəm, dözürəm ayrılıq əzabına mən,  
Düşünməsin ki, raqibim bu iqtidarım itib. 
 
Araz boyunca gəzərkən ürəkdə dərdinlə,  
Haray çəkib də, Süleyman, sevimli yarım itib. 
 
 
VƏFALI QALIB 
 
Yenə könlüm quşu xəyala dalıb  
Başımın üstünü dumanlar alıb.  
Yarı yolda Araz kəsib yolumu,  
Məni min dərdə, min bəlayə salıb.  
Sevgilimdən uzaq düşüb konlüm,  
Bilsin aləm, qanım yaman qaralıb.  
Gecələr yatmıram sabaha qədər 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
119 
 
Məni əqrəbmi, ya ilanmı çalıb!  
Qan çəkib yol çəkən gözüm, heyhat,  
Uzun illər ötüb, yaşım çoxalıb.  
Xeyli var ki,üsal küsüb məndən,  
Mənə bir ayrılıq vəfalı qalıb. 
 
 
SÜLEYMANLI YOLLARA 
 
Çoxdandır bələdəm mən o tufanlı yollara,  
O dil bilməz yollara, o hicranlı yollara. 
 
Eşqimin dörd fəslində, ömrümün dörd fəslində  
Haray çəkib çıxmışam Savalanlı yollara. 
 
Gəzmişəm sorağında vəfalı dilbərimin,  
Söyləmişəm arzumu həyəcanlı yollara. 
 
Bir vüsal nəğməsini oxumuşam hər səhər  
Yükü ayrılıq, kədər, qəm karvanlı yollara. 
 
Demişəm tapmayınca gözəllər gözəlimi,  
Yadlar ayaq basmasın Süleymanlı yollara. 
 
 
İKİ ANA 
 
Həyatımın mənasıdır qəlbimdəki iki anam,  
Mən onların nəfəsilə nəfəs alıb yaşayıram.  
Biri məni bu dünyaya gətirmişdir məhəbbətlə,  
Öpüb qucmuş, boya-başa yetirmişdir məhəbbətlə.  
Gecə-gündüz, gözlərilə səkmiş mənim keşiyimi  
Laylay deyib yırğalamış iftixarla beşiyimi.  
Gənc ömrünü bir şam kimi əritdikcə üzərimdə,  
Baxışları bir əbədi günəş olmuş nəzərimdə.  
Bircə nöqsan tapmayaraq övladının varlığında,  
Bir can kimi bəsləmişdir məni isti qucağında. 
  
 
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
120 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
121 
 
Mən körpəykən özü biçib, özü tikmiş paltarımı,  
Gülüşündə görmüşəm öz çiçəklənən baharımı.  
Bu gün yaşa dolsam da mən, bir körpəyəm gözlərində  
Ağ başımı görmək istər o öz ana dizlərində.  
Yaxın, uzaq ellər bilir mən onunam, o mənimdir,  
Dedim iki anam vardır... O birisi Vətənimdir.  
Udub qızıl bayraq altda onun təmiz havasını.  
Ürəyimdə yaratmışam bəxtiyarlıq dünyasını.  
Namusunu qorumuşam çağrılmamış qonaqlardan, 
Şan-şöhrəti bir an belə düşməyəcək dodaqlardan,  
Mənim kiçik şair adım onun böyük adındadır,  
Zəhmətimin nəticəsi meyvəsinin dadındadır.  
Mən şahidəm, hər babarda çevrilir şux çiçəklərə  
Münbit Vətən torpağında əcdadımın sümükləri;  
Onun halal çörəyilə qüvvət gəlir ürəklərə,  
Bərkiyərək polad olur övladımın sümükləri.  
Dedim iki anam vardır, qoy var olsun bu həqiqət  
Onlarındır şerimdəki bu məhəbbət, bu hərarət. 
Bu sevimli iki adla çiçəklənir azad ölkəm,  
Qəm yemərəm çatsa bir gün əziz ömrüm son çağına.  
Çünki bütün varlığımla əminəm ki, keçəcəyəm  
O anamın qucağından, bu anamın qucağına! 
 
 
ATAMIN MAHNISI 
 
Uşaqlıq xatirələri 
 
Gün batsa da nə eybi var, əziz balam, körüyü bas,  
Sən bilmirsən, səbəbi var, əziz balam, körüyü bas. 
 
Ocaq mənim gözlərimin işığını aparsa da,  
Həyat dəmir ürəyimi parça-parça qoparsa da,  
Qara bəxtim hər gün bizim üzümüzə qabarsa da,  
Təslim olmaq yaraşmayır mənə, sənə, körüyü bas:  
Yorulsam da, yorulsan da durma, yenə körüyü bas. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
122 
 
Mənim ilkim ciyərparəm, demə atam ürəksizdir,  
Evdə kiçik qardaşların, bacıların çörəksizdir.  
Yad olsaydın deyərdin ki, bu sözlərin gərəksizdir,  
Amansız qış qapıdadır, əziz balam, körüyü bas,  
Həyatımız zəhər dadır, əziz balam, körüyü bas. 
 
Ağrısını ürəyimdə hiss edirəm ayağının,  
Dillən, nədən rəngi qaçmış o düyməli dodağının.  
Ağzından al qanlar damır ehtiyacın bıçağının.  
Qan-qan deyir zəmanəmiz, əziz balam, körüyü bas,  
Həyatda tək deyilik biz, əziz balanı, körüyü bas. 
 
Xəz paltoda dərsə gedir varlıların uşaqları,  
Ara vermir, vaxtlı-vaxtsız tüstülənir ocaqları.  
Kim bilmir ki, pambıqdan da yumuşaqdır yataqları,  
Quru yerdə yatırıq biz, əziz balam, körüyü bas,  
Evdən şey də satırıq biz, əziz balam, körüyü bas. 
 
Ayağını yara etmiş qızmış dəmir qəlpələri,  
Mən şahidəm, iniltiyə sən açırsan hər səhəri.  
Dərdə dözüb deyirəm ki, qoy böyüdüm körpələri,  
Bəlkə onlar bir gün görsün, əziz balam, körüyü bas,  
Allah sənə ömür versin, əziz balam, körüyü bas. 
 
Ömür keçdi çəkicimin altındakı dəmir kimi.  
Qara bəxtim ocağımda yandı qara kömür kimi.  
Çox düşündüm, bu dünyada özüm verdim öz əmrimi,  
Cəlladlara baş əymədim, əziz balam, körüyü bas,  
Gözlərimdən yaş tökmədim, əziz balam, körüyü bas... 
 
 
GÖY GÖL 
 
Bəlkə də bu sirri bilmirsən özün, 
Sən bütün göllərin başısan, Göy göl.  
Vüqarlı Qoşqarın, qarlı Kəpəzin  
Nişan üzüyünün qaşısan, Göy göl. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə