______________ Azərbaycan Milli
Kitabxanası_________________
153
Məndən uzaq gəzdi nədənsə, aman,
Ayrılıq ölümdən yamanmış, yaman.
Hər gün evlərinin lap qabağından
Titrəyib keçdiyim yadıma düşdü.
O SƏNİN ÜRƏYİNDİR
İllərcə bu köksümdə solmayan bir çiçək var,
O sənin çiçəyindir, o sənin çiçəyindir!
Gözəllik aləmində gözəllik axtarıram,
O sənin diləyindir, o sənin diləyindir!
Ürəyim həsrətində od tutub alışanda,
Sevgilim, qorxuram ki, can qalmasın bu canda.
Sinəmdə bir sərinlik hiss edirəm bu anda,
O sənin biləyindir, o sənin biləyindir!
Yalanın, çirkinliyin girmədiyi bir ev var,
Qapısını bir kərə nə boran döyüb, nə qar.
Öz aramızda qalsın bu sirr, ey gözəl nigar,
O sənin ürəyindir, o sənin ürəyindir!
PİYALƏ ŞƏKLİNDƏ
Gələndə məclisə mey əldə lalə şəklində,
Nigarım aytək olur, mənsə halə şəklində.
Ürək qanımla yazıb sönməyən məhəbbətimi,
Nigarə söyləyirəm odlu nalə şəklində.
Vəfalı könlünə bir yol tapan zaman şerim,
Gözündə nəm gorürəm, inci, jalə şəklində.
Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözüm
Coşub axır, ürəyimdən şəlalə şəklində.
Sevin, sevin ki, Süleyman, əlində sevgilinin
O, qan olan ürəyindir piyalə şəklində.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
154
QƏRİBƏ TANIŞLIQ
Bizi tanış etdilər, çox xoşuma gəldi qız,
İncə gülüşləriylə gözümdə yüksəldi qız.
Öz-özümə dedim ki, onsuz yaşamaq nədir.
Qaçdı gözümdən yuxu, ala bilmədim çimir.
Göz gördü, könlül sevdi, nəydi mənim əlacım,
Qürurum az qaldı göylərə dəysin başım.
Gəlib bir gün cürətə dedim: "Sevirəm səni,
Sən hələ bundan belə tanıyacaqsan məni.
Gələcəksən üz-üzə sən öz həqiqətinlə,
Doludur qəlbim sənin təmiz məhəbbətinlə!"'
Dedi: "Bilirəm bunu,dal günçün nəyimiz var,
Ayda orta hesabla gəlirin nə qədərdir?!"
Arzuların bir anda oldu bütün tarımar,
Bildim ona bir daha soz söyləmək hədərdir.
İlan vuranlar kimi qovruldum öz yerimdə,
Ürəyimin başına elə bil od basdılar.
O gözəlin adını ənim nəzərlərimdə
Qurumuş bir ağacın kötüyünə yazdılar.
QUBALI QIZ
Şah dağın əsən yellər saçlarını darasın,
Səni sevinən Qudyalçayın sahilində arasın.
Dilin ana torpağının meyvəsindən şirindir,
Məhəbbət ürəyimdə dəryalardan dərindir.
Nəqarat
Sən ömrüm çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Nəfəsindən uram motı çiçəklərin ətrini,
Bu dünyada mənim qədər bilən hanı qədrini?!
Şöhrətini uldualara, aya, günə yazmışam,
Surətini məhəbbətlə ürəyimdən asmışam.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
155
Nəqərat
Sən ömrümün çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Xəzan bilməz ömrümüzün bu mənalı çağında
Gül, həmişə bahar gülsün eşqimizin bağında.
Canan desin gecə-gündüz mənim ürək tellərim
Ağ göyərçin əllərindən ayrılmasın əllərim.
Nəqərat
Sən ömrümün çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
BİR GÖZƏLİN XATİRATINDAN
Yox, belə deyildim, gülməyin mənə,
Bir zaman gözəllər gözəliydim mən.
Çoxunun sözündə, gözündə, bəli,
Bütün gözəllərin əzəliydim mən.
Artıq illər keçib, ağarıb başım,
Alnımda cığırlar salıbdır yaşım.
Nəvə əlləriylə daranır saçım,
Arxada qalmışdır o çağım indi.
Xatirələr olur, qonağım indi.
O da yadımdadır, güllü bir yazdı,
Bir şair hüsnümə şeir də yazdı
Onu medalyontək boynumdan asdı.
Görəsən o şair hardadır indi,
Sanmasın bu qan dardadır indi.
Nəsillər dalınca nəsillər gəlir,
Dövrəmdə nəvələr oynayıb gülür.
Onların dilini nənələr bilir,
Bilirəm mən kimə gərəyəm indi,
Məsum körpələrə ürəyəm indi.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
156
Verərək baş-başa düz ürəyimlə,
Söhbət eləyirəm öz ürəyimlə
Şairin gözündə "buz" ürəyimlə
Yəqin nə çiçəyəm, nə güləm indi,
Gözəllər gözəli deyiləm indi!
O DƏMLƏR GETDİ
Ömrün cavan çağı qaldı arxada, C
an alıb, can verən sənəmlər getdi.
Cananın canına can qurban deyib,
Çəkdiyim ələmlər, sitəmlər getdi.
Sevgilim, bəxtimi görüb adında,
Yolunu gözlərdim, varmı yadında?
Yağışlar altında, qarlar altında,
Getdi o saatlar, o dəmlər getdi!
VARDI
Mənim cananımın bir vaxtı vardı
Günəşdən, aydan üstün baxtı vardı.
Könül məclislərində, el bilir ki,
Gümüşdən yox, qızıldan taxtı vardı.
Süleyman Rüstəmin könlündə bir vaxt
Məhəbbət adlı bir paytaxtı vardı.
ÖMRÜMƏ YAZMASINLAR
Mənə elə gəldi ki, sənsiz keçinərəm mən,
Yanıldım, ey sevgilim, qəlbimdən köçmədin sən.
Gecələr gözlərimdən şirin yuxum çəkildi.
Nigaran baxışlarım eyvanına dikildi.
Ürəyini oxudum kitabtək varaq-varaq,
Əsgərtək küçənizdə aramsız döydüm ayaq.
Dostları ilə paylaş: |