Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
192 
 
Bakı səni görmür, məni də Təbriz,  
Kəsib qara əllər, kəsib aranı. 
 
Bir əsər vermişdin öz tərcüməndə,  
Marksın tarixi "Manifestini.  
Səndən satirətək məndədir, məndə,  
Orda hiss edirəm məhəbbətini. 
 
Dinlə gör nə deyir sənə bu ürək,  
Mən nə duz, nə çörək həsrətindəyəm.  
Səsini eşitmək, üzünü görmək,  
Səninlə görüşmək həsrətindəyəm. 
 
 
İLLƏRDİR 
 
İllərdir yazıram özümə görə Gözəl  
İnsanların arasında mən.  
Onları qəlbimdə gəzdirmişəm mən,  
Olsam da dünyanın harasında mən. 
 
Livan qanla açır hər səhərini,  
Tarix silə bilməz o qan yerini, 
Görürəm Fələstin körpələrini,  
Qəlbimin on dərin yarasında mən. 
 
Nə üçün qəmlisən deməyin mənə,  
Baxıb o sahilə mən dönə-dönə.  
Qanlı göz yaşları görürəm yenə,  
Azərbaycanımın Arazında mən. 
 
 
SİNƏMDƏ GƏZDİRİRƏM 
 
Görəydi kaş ki gözüm bir də şanlı Təbrizimi,  
Oğullu, qızlı qoçaq, adlı, sanlı Təbrizimi.  
Əyilməyən görüb ellər sınaqlı günlərdə  
Ürəkdə min yarasıyla o canlı Təbrizimi. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
193 
 
Xəzinələr verələr, vermərəm ki, bir daşını,  
Mənim qədər sevən olmaz fəğanlı Təbrizimi.  
Yuxumda da görürəm çox zaman, nədir çarəm,  
Beşikləri analı, qəhrəmanlı Təbrizimi.  
 
Nolaydı bir də görəydim, ömür vəfasızdır,  
Döyüşdə bayrağı tək bağrı qanlı Təbrizimi.  
Süleymanam, əbədi od sinəmdə gəzdirirəm,  
Başı həmişə bəlalı, dumanlı Təbrizimi. 
 
 
ƏLİMDƏN ELLƏR TUTUB 
 
Böyük sənətə bağlı şair Süleymanam mən.  
Ürək sözündə haqlı şair Süleymanam mən. 
 
Vəfasızlıq etməsə, a dostlar, ömrüm əgər,  
Biliniz qəlbimdədir istədiyiniz qədər- 
Əziz körpələrimtək bəslədiyim nəğmələr,  
Qışda bahar soraqlı şair Süleymanam mən. 
 
Çəkilməyən yükləri çəkmişəm gəncliyimdə  
Hər kəlməmi sindanda döymüşəm gəncliyimdə.  
Qələmimi poladdan tökmüşəm gəncliyimdə.  
Sinəsi söz bulaqlı şair Süleymanam mən. 
 
Əlimdən ellər tutub pənahsız olmamışam,  
Fəhlətək iş başında dəzgahsız olmamışan,  
Döyüş meydanlarında silahsız olmamışam,  
Milləti qol-budaqlı şair Süleymanam mən! 
 
 
İNANIRAM 
 
İnanıram tarix bir gün öz hokmünü verəcək;  
Ellər birgə gülüstandan qızılgüllər dərəcək  
Bağrı yara həsrətlilər bir-birini görəcək,  
Sən Arazdan iftixarla keçəcəksən, qardaşım! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
194 
 
Ayrılığa Araz deyil səbəb, bilir elimiz,  
Dar gündə də öz kökündən ayrılmayıb dilimiz.  
Gün gələcək bərk sıxacaq bir-birini əlimiz – 
Sən də vüsal şərbətini içəcəksən, qardaşım. 
 
Ayrılığın fərmanını pozacaqdır dostların,  
Öpüb səni öz bağrına basacaqdır dostların.  
Bu şad günü ürəklərə yazacaqdır dostların  
Hər qapını qapın kimi açacaqsan, qardaşım! 
 
 
BİR DƏ SƏNİ GÖRMƏSƏM! 
 
Təbriz həsrəti 
 
Bilirsənmi neylərəm bir də səni görməsəm!  
Bəxtimə heç söylərəm, bir də səni görməsəm.  
Millətimin adından sənin düşmənlərinə  
Ölüm hökmü dilərəm, bir də səni görməsəm.  
Sanma ki, əvvəlkitək - mənim gözəl Təbrizim,  
Sevinərəm, gülərəm bir də səni görməsəm!  
Bütün bu yer üzünə bu şair gözlərimdən  
Qanlı yaşlar çilərəm bir də səni görməsəm.  
Kim deyir təkbaşıma bu qəmlər ordusunun  
Öhdəsindən gələrəm, bir də səni görməsəm?  
Süleymanam, nisgilim sənsizliyimdir ancaq,  
Bilirəm ki, ölərəm, bir də səni görməsəm! 
 
 
QARA XƏBƏRLƏR 
 
Bağrı qanam, bağrı qan ömrümün bu çağında  
Qara xəbərlər gəlir od dərdli sahilimdən.  
Təşvişlər içindəyəm gecəli-gündüzlü mən,  
Çoxdan məktub almıram cənublu sevgilimdən. 
 
Sən o tayda qalmısan, mən bu tayda qalmışam,  
Durna qatarlarından səni xəbər almışam. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
195 
 
Ötən əziz günləri bir-bir yada salmışam,  
Sənin dərdindən yazan qələm düşmür əlimdən. 
 
Hansı millət dözərdi həsrətə, dərdə bunca?  
Bir-birinin üzünü görməsək də doyunca,  
Xəbərdarlıq xəbərdar uzun illər boyunca – 
Mən sənin nisgilindən, sən mənim nisgilimdən. 
 
Ordan torpaq qatmışam bağımda torpağıma,  
Bəlkə təsəlli olsun sinəmdəki dağıma.  
Yayılır bahar çağı Təbriz ətri bağıma – 
O taylı, həm bu taylı çiçəyimdən, gülümdən. 
 
O tayda gül əkənlər bağından tikan dərdi,  
Oğullar qurban verib min dərdə sinə gərdi.  
Mən dilli, mən arzulu qardaşlarımın dərdi – 
Əsrə barabər etdi həsrətli hər ilimi. 
 
Əmmamələr altında ilanlar görürəm mən,  
Böhtanlar görürəm mən, yalanlar görurəm mən.  
Əvvəli qan, sonu qan planlar görürəm mən.  
Deyirəm bu bəlalar uzaq olsun əlimdən. 
 
Xalqın həsrət çəkdiyi həqiqət zindandadır,  
İnsan ömrünə zinət - məhəbbət zindandadır.  
Fəlakət azad gəzir, səadət zindandadır.  
Bürüyür dəhşət mənim qəlb adlı mənzilimi. 
 
Könül unuda bilmir o tayda gördüyünü...  
Fil belə çəkə bilməz, mən çəkən qəm yükünü,  
Buna eminəm ki, mən, yetişər vüsal günü,  
Yad beli eylər əvəz bu qəm yüklü belimi. 
 
Nə qədər ki, sağam mən, ne qədər ki, varam mən,  
Öz eşqimə, andıma inan, vəfadaram mən  
Ən ağır günlərində sənə havadaram mən.  
Cəlladların başına od yağacaq dilimdən. 
  
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə