______________ Azərbaycan Milli
Kitabxanası_________________
183
BİR KAİNATDIR SEVGİLİM
Şad günümdə yaxşı ki, məndən də şaddır sevgilim,
Şerimə illər boyu qoldur, qanaddır sevgilim.
Könlünün istəkləri heç gizli qalmaz kimsədən,
Körpələrtək qüssədən, qəmdən azaddır sevgilim.
Bir gözal insan kimi, yoldaş kimi, sirdaş kimi,
Mənzilimdə ay deyil, bir kainatdır sevgilim,
Bir gözəllikdən gözəllərtək o da məhrum deyil,
Dil deməz qısqanclığa ömründə yaddır sevgilim.
Mən nə Fərhadam, nə Məcnun, mən Süleyman Rüstəməm
Bilməyənlər də gərək bilsin Sayaddır sevgilim!
MABƏDİ VAR
Rəssamın öz fırçası, öz rəngi var,
Şairin öz xətti, öz ahəngi var.
Şairəm, xoşbəxtlərin övladıyam,
Könlümün yalnız o taydan dərdi var.
Eşqimin öz aynasında bəxtə bax –
Zərləri şeş-beş atan öz nərdi var.
Sözlərim pərvazlanıb, ellər gəzir,
Kim deyir şerin, sözün sərhədi var?
Mən Süleyman Rüstəməm, ömrüm boyu,
Şerimin sərhədi yox, mabədi var!
BÜLBÜLƏ
Təzədən işlənmiş
Bülbül! Sənə ilham verən azad vətənindi,
Bağlardakı güllər də, çiçəklər də sənindi.
Sən millətə, millət sənə bağlı,
Sən sənətə, sanət sənə bağlı,
______________ Azərbaycan Milli
Kitabxanası_________________
184
Qüdrətli vətən bülbülü oldun,
Şöhrətli vətən bülbülü oldun.
Hər yerdə vüqarınla görundün,
Öz şəxsi baharınla göründün.
Sən müjdə verərkən bizə sənət baharından,
Biz vəcdə gəlirdik əbədi mahnılarından.
Alqışların altında boy atdın,
Bülbül kimi xoş arzuna çatdın.
Ey ləhcəsi göyçək:
Ey nəğməsi göyçək,
Eşqinlə cavandın,
Məclislərə candın.
Qoydun nə üçün sən bizi sənsiz,
Kim dindirəcək "'Sənsiz"i sənsiz?!
Ey varlığı xoş nəğməli Bülbül,
Xoş kəlməli Bülbül,
Sən zirvəyə qalxdın, yenə də zirvədə qaldın.
Ustad kimi gənc nəslə ömürlük dədə qaldın.
Köçdünsa də sən nənzilə, öz kamına yetdin,
Bülbül kimi gəldin, yenə bülbül kimi getdin!
SAXLARSAN
Fikrət Qocaya
Gözəl şeirlərini öz adında saxlarsan,
Vətən məhəbbətinin gur odunda saxlarsan.
Cıdırda söyləsələr "at seçin", açıq gözünü
İgid Qaçaq Nəbinin Bozatında saxlarsan.
Çaparsan arzularınla Cənuba əldə qələm,
Sonunda zirvələrin son qatında saxlarsan.
Vətənsizin yeri yoxdur bizim bu gülşəndə,
Bunu mənim kimi hər an yadında saxlarsan.
Deyim ürək sözümü, son də mən Süleymantək,
Cənubun həsrətini fəryadında saxlarsan!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
185
MƏNDƏN SORUŞ
Gənc oxucum, yurdumuzun cəlalını məndən soruş,
Cənubunu məndən soruş, şimalını məndən soruş.
Gülqoxulu dodaqları nəğmələrdən ayrılmayan,
Alnıaçıq gözəllərin camalını məndən soruş.
Gələcəyə addımlayan bizim xoşbəxt nəsillərin,
Amalını məndən soruş, kamalını məndən soruş.
İlk, əbədi məhəbbətə and içənlər arasında,
Vəfasızı məndən soruş, vəfalını məndən soruş.
Keflilərin məclisində hər kəsilən duz-çörəyin,
Haramını məndən soruş, halalını məndən soruş.
Arazın o tayındakı bacıların, qardaşların,
Qan-qadalı günlərini, məlalını məndən soruş.
O sahilli, bu sahilli bir analı bir millətin,
Hicranını məndən soruş, vüsalını məndən soruş.
Süleymanam, millətimin bu gününü, sabahını,
Bu qardaşlıq dünyamızda İqbalını məndən soruş!
ÖMÜRLÜK POZAQ
Bu ellər sevməyib, sevə də bilməz,
Özgə şöhrətinə göz dikənləri.
Özündən kiçiyə qanlar udduran,
Özündən böyüyə baş əyənləri.
Könül, belə dostdan uzaq ol, uzaq,
Gəl qaranı-qara, ağı-ağ yazaq.
Dostlar cərgəsindən ömürlük pozaq,
Baş yarıb, ətəyə qoz tökənləri.
Könül, dar günündə arxalan elə,
Kimsədən çəkinmə, bir az səbr elə.
Zaman amansızdır, atacaq çölə -
Xalqın hesabına kef çəkənləri.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
186
Gözüm götürməyir, nə edim ki, mən,
Gündə bir gözəlçin "canından keçən",
"Sən, ilk sevgilimsən" - deyib and içən,
Gözündən timsahtək yaş tökənləri.
Onlardan birinin "şerinə" baxın,
Gözünüz ağrıyar, gözlük də taxın.
Gəlin buraxmayaq məbədə yaxın,
Sənətin başında turp əkənləri.
Ürəyi buzxana, başı buzxana,
Deyir sönməz odam Azərbaycana.
Qoymayın beləsi gətirsin cana,
Ürəkdən-ürəyə yol çəkənləri!
YAXŞI BİR İNSAN GETDİ
Sıramızdan necə gör yaxşı bir insan getdi,
Köçdü son mənzilinə, köçdü, Süleyman getdi.
Düz-çörək kəsdiyimiz illəri saldıqca yada –
Deyirəm: - yox, yox, ölüm məncə yaraşmır bu ada.
Olmayaydı bu səhər kaş ki bu qəm yüklü xəbər.
Dostların can evini bir daha sarsıtdı kədər...
Nə qədər yazmaq olar! Qibtə edərdik ona biz,
O, vətənçin gözəl övladdı əzizlərdən əziz.
Yaşa dolduqca coşub yazdı yenə, yazdı yenə,
Dedi: "Övlad gərək öz borcunu versin vətənə!"
Aldı hər qələmə inqilab övladlarını,
Köçdüsə, qoydu vətənçin kitab övladlarını!
Sıramızdan necə gör yaxşı bir insan getdi,
Köçdü son mənzilə, getdi, Süleyman getdi!
Dostları ilə paylaş: |