______________ Azərbaycan Milli
Kitabxanası_________________
162
NƏ DEYİM
Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?
Hüsnünü dərdimə dərman deməyim, bəs nə deyim?
Bircə sözlə canıma sən təzədən can verdin
Gündə min yol sənə mən can deməyim, bəs nə deyim?
Küsmə məndən, səninəm, bağrıma dağ çəkmə, yetər
Etmə can mülkünü viran deməyim, bəs nə deyim?
Dikilib gözlərim həsrətlə vüsalın yoluna
Olmasın ortada hicran deməyim, bəs nə deyim?
Sen canımsan, ciyərimsən, gözəlimsən, gözəlim
Özümə bəxtəvər insan deməyim, bəs nə deyim?
Xoş təbəssümlə ayaq basdığın hər məclisə mən
Gəlib ilhama, gülüstan deməyim, bəs nə deyim?
Sevgilim, gül üzünü görmədiyim günlərdə
Oluram könlü pərişan deməyim, bəs nə deyim?
Yox mənim başqa gözəllərdə bilirsən ki, gözüm,
Sənə qurban bu Süleyman deməyim, bəs nə deyim?
OLMASA OLMAZ
Bağlarda əsəndə payız yelləri,
Ağaclar saçını yolmasa olmaz,
Cananı ürəkdən, candan sevənin
Gözləri qan-yaşla dolmasa olmaz!
Hüsnün xəbər verir səadətimdən,
O xumar gözlərin məhəbbətimdən.
Mənim bu sevdalı məhəbbətimdən –
Qəlbimdə nişana qalmasa olmaz!
Ayrılıq çəkənin bahar çağında,
Qara yellər əsər könül bağında.
Ömür ağacının har budağında
Açılan çiçəklər solmasa olmaz.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
163
Eşqin mənasını bilən hər aşiq,
Qəmlərlə üz-üzə gələn hər aşiq,
Mahnısı ürəklər dələn hər aşiq,
Yar yolunda qurban olmasa olmaz!
TANIMADINMI?
O gün bir məclisdə gəldik üz-üzə
Bu dərdi pünhanı tanımadınmı?
Ayları, illəri sənsiz keçirən
Könlü pərişanı tanımadınmı?
Yuxulu illərim oyandı yenə,
Sanki ilk gəncliyim qovuşdu mənə -
Nə deyim, nə deyim, nə deyim sənə
Oduna yananı tanımadınmı?!
Bir zaman dilimdə, sözümdə səndin,
Gecəli-gündüzlü gözümdə səndin,
Ürəyimdə səndin, gözümdə səndin.
Hüsnünə heyranı tanımadınmı?
Səninçün mənası yoxdur bəlkə də -
Az-çox tanıyan var məni ölkədə.
Bilir ki, mən kiməm - cansız kölgə də
Sən bu Süleymanı tanımadınmı?
______________ Azərbaycan Milli
Kitabxanası_________________
164
1983-cü il şerləri
BAKI TƏRANƏLƏRİ
Bakı, səndə doğulub, səndə dolmuşam yaşa,
Gözlərimlə görmüşəm sənin inqilabını.
Yaşa əməllərinlə, günəş ömürlü yaşa,
Bəzəyim şöhrətinlə eşqimin kitabını.
Hünərlər meydanında qolundur, qanadındır,
Sarsılmaz dayağındır cürətli övladların.
Tarixlərə bəzəkdir, şərəfindir, adındır –
İgid, aslan ürəkli, qeyrətli övladların!
Nəbzimizdə vurursan bütün varlığınla sən,
Ayaq izlərimiz var sənin hər qarışında!
Əzminlə, qüdrətinlə, bəxtiyarlığınla sən
Birincisən, birinci zəfərlər yarışında.
Saysız şəhər görmüşəm bu qoca dünyada mən,
Nəğməmdə, hər sözümdə səndən gözəli yoxdur.
Bakım! Səni salmışam - harda olsam - yada mən,
Mənim şair gözümdə səndən gözəli yoxdur.
Günümüz xoşdur bizim, gözümüz toxdur bizim,
Torpağa can veririk, öz şirin canımızdan.
Heç kəsin torpağında gözümüz yoxdur bizim,
Yadlar gözünü çəksin Azərbaycanımızdan?!
Gör nə xoşbəxtəm ki, mən sevimli paytaxtımın
Əli qızıl qələmli fəxri vətəndaşıyam.
Qapıları laybalay açılıbdır baxtımın,
Bu adı hər an gərək iftixarla daşıyam!
Yaz, şair, yaz, bu yolda həmdəmindir bahar, yaz,
Çalış bircə kəlmən də cansız, qansız olmasın.
Bakıdan çox yazmısan, bu azdır, yaz, yenə yaz,
Yaz ki, Bakı günləri Süleymansız olmasın!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
165
BİZİM GÜNƏŞİN ÜNVANI
Bütün yer kürəsində azadlıq istəyənlər,
Köləlik dünyasında ağ günə həsrət bəşər
Bir günəş axtarırdı, ədalətə yol açsın,
Həqiqətə yol açsın,
Səadətə yol açsın,
Məhəbbətə yol açsın.
Uzun əsrlər boyu dilləndi ki, hər ürək
Göylərin günəşindən başqa bir günəş gərək.
Bir günəş ki, varlığı qızıl bayrağa dönsün.
Sonsuz hərarətindən ürəklər dağa dönsün.
Deyirəm qoy göstərim o günəşi ellərə,
Başlayaraq bu gündən gələcək nəsillərə.
Nişan verim bir daha beşərə ünvanını
Hər yurda, hər ölkəyə, hər yerə ünvanını...
GÜNAHKARIQ
Təbəssümlər yağdırıb tez-tez dodaqlarından,
Yetənə yalvarırsan tərifçün dilənçi tək.
Ayağın kəsilməyir sənət ocaqlarından,
Xəyalı da qonorar alırsan ətək-ətək.
Kökünü, ünvanını son yox, mən bilirəm, mən
Qələminin ucundan çıxan "şeirlərinin".
Oxucusu özünsən, məddahı da özünsən,
Ürək soyuducundan çıxan "şeirlərinin'".
Artıq yetər oyuncaq sandın şeri, sənəti,
Ustadları bu yolda dolu döyüb, qar döyüb.
Günahkarıq, günahkarıq, bu çılpaq həqiqəti
Nə mən sənə demişəm, nə də dostlarım deyib.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
166
GÖRÜRƏM
" Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm, özgə babət görmədim ",
M.P. Vaqif
Seyr edib mən bu vətən mülkünü cənnət görürəm,
Çevrilib mahnıya dillərdə həqiqət - görürəm.
Yaxşı ölkəmdə bu gün yaxşı əlamətlər var,
Doğrulardan çəkinən oğruları pərt görürəm.
Qəhrəmanlıqla, zəfərlərlə keçir hər günümüz,
Vətən oğlunda, qızında belə qeyrət görürəm.
Can deyib, can eşidir bir-birinə ellərimiz,
Uzun illər nə küdurət, nə ədavət görürəm.
Harda olsam, hara getsəm, elə xoşbəxtəm ki...
Qardaş ellərdə əziz xalqıma hörmət görürəm.
Dolaşıb əldə qələm doğma vətən torpağını,
Yerin üstündə də, altında da sərvət görürəm.
Açılır lalə kimi mən hara baxsam - ürəyim,
Bu yer oğlunda yerə yercə məhəbbət görürəm.
Yenə güllərlə, çiçəklərlə bəzənmiş Qarabağ,
Mən könüllərdə, ürəklərdə səadət görürəm.
Başqa dövrandır, a Vaqif, bu gözəl dövranımız,
Seyr edib yurdumu hər yerdə ədalət görürəm,
Mən Süleyman gələrək ilhama pərvazlanıram...
NƏVƏM AZADƏYƏ
Göz açdın həyata - açıldı baxtım,
Dünyaya babalar gözüylə baxdım.
Dünyadan xəbərsiz nəvəmsən mənim,
Qüssəsiz-kədərsiz nəvəmsən mənim.
Bəşərə zərərsiz nəvəmsən mənim,
Günlərin xoş keçsin niyyətin kimi,
Yaşa adın kimi, millətin kimi!
Dostları ilə paylaş: |