______________ Azərbaycan Milli
Kitabxanası_________________
167
Yadları gözündən tanıyır baban,
Pərdəli sözündən tanıyır baban.
Dəhşətli izindən tanıyır baban,
Qorxma, keşiyində durmuşam, qızım,
Səninçin kaşanə qurmuşam, qızım!
Deyirəm, dünyamız silahsız olsun,
Bəşər sənin kimi günahsız olsun.
Qoy naləsiz olsun, qoy ahsız olsun.
Səni ayırmadım, ayırmaram mən –
Bütün yer üzünün körpələrindən!
Deyirəm, nə ölüm, nə də qan olsun,
Ellər bir-birinə mehriban olsun.
Dünya körpələrə gülüstan olsun.
Çalış vətəninçün, ad qazan, qızım,
Ömrün nə qış görsün, nə xəzan, qızım.
Deyirəm gurlasın sülhün nəğməsi,
Qan-qan deyənlərin boğulsun səsi,
Verilsin nəhayət, sonuncu dərsi,
Sussunlar əbədi, heç dinməsinlər,
Körpələr beşikdə diksinməsinlər.
Deyirəm bir az da ömür sürəydim,
Təbrizin yolunu açıq görəydim.
Başına güllərdən çələng hörəydim,
Səni o sahilə aparaydım mən,
Qan qardaşım ilə aparaydım mən!
Xoşbəxtəm, görürəm bu çağlarını,
Möhkəm bas torpağa ayaqlarını.
Təbəssüm bəzəsin dodaqlarını,
Gözəldir, göyçəkdir hər təbəssümün,
Bir çəmən çiçəkdir hər təbəssümün!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
168
Üzü baharayam, üzü bahara,
Bu sözüm etməsin, qanını qara: -
Baban son mənzilə köçəndən sonra,
Hər yerdə vüqarla deyərsən ki, sən: -
Süleyman Rüstəmin nəvəsiyəm mən!
QARABAĞ MAHNISI
Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ,
Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ.
Baxaraq hüsnünə hər yerdə məhəbbət görürəm,
Ömrü ağ günlü könüllərdə səadət görürəm,
Sözü xoş nəğməli dillərdə bəqiqət, görürəm,
Zirvəsi qarlı dağımsan, dayağımsan, Qarabağ,
Əbədi şölə saçan çilçırağımsan, Qarabağ.
Yadigarsan babalardan bizə, ey şanlı diyar,
Dostluğun - fəxr elə - bağlarında təməl daşları var.
Yaşa qəlbində məhəbbət, yaşa alnında vüqar,
Şuşası şerimizin çeşməsi dilbər Qarabağ,
Yürüşündə hər ili əsrə bərabər Qarabağ!
Gəzmişəm əldə qələm bağlarını, dağlarını,
Dalmışam seyrə zəfər müjdəli bayraqlarını,
Çəkmişəm nəzmə gəlib vəcdə gözəl çağlarını,
Adlanırsan bütün ellərdə gülüstan, Qarabağ,
Sən Azərbaycanımın şöhrətisən, can Qarabağ!
Gül-çiçək ətri hopub qızlarının dillərinə,
Yayılıb varlığının qüdrəti dost ellərinə,
Qoymaram yad əli dəysin bağının güllərinə,
Mən Süleymanam, səninəm, sən də mənimsən, Qarabag,
Vətənimsən, vətənimsən, vətənimsən, Qarabağ!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
169
NƏVƏMLƏ SÖHBƏT
Qız nəvəmdən heç olmaz,
Azadəmdən heç olmaz.
Yaşı ikidir, iki,
Alimlər nəçidir ki,
Axıdıb alın təri
Bildiyini bilsinlər!
Kimə nədən ötəri
Güldüyünü bilsinlər!
Nəvəm itigözlüdür,
Baxışları sözlüdür,
Telefondur sirdaşı,
Zəng vurur addımbaşı.
Dəstək düşməz əlindən,
Dürr yağdırar dilindən,
Nəvəm mamlımatandır,
Yerində naz satandır,
Gah ağlayır, gah gülür,
Səndan, məndən çox bilir.
İstedadı deyil az,
Qab sındırar bolluca.
Elçilər pərt qayıtmaz,
Cehizi var bolluca; -
Timsah, dəvə, at, inək,
Ördək, toyuq, şir, pələng,
Meymun, ayı, it, pişik,
Topdağıtmaz ev-eşik.
Mən bilirəm nədir o,
Gözəl rəqqasədir o.
Gör nə gostərir bizə -
Möcüzədir, möcüzə: -
Barmaq üstə rəqs edir,
______________ Azərbaycan Milli
Kitabxanası_________________
170
Dırnaq üstə rəqs edir.
Qeybətli məclislərə
Tamam yaddır qız nəvəm.
Orda dinməz bir kərə,
Diplomatdır qız nəvəm.
O hamıdan az yeyər,
Başqaları qaz yeyər.
Günəşli səhərimdir.
Gözləri Xəzərimdir.
Şirindir hər kəlməsi,
Xoş səsi, xoş nəğməsi.
Qan gördümü sarsılır,
Boynumuzdan asılır,
Reyqandan ağıllıdır,
Sinəsi nağıllıdır.
Günəşimin bacısı
Görməsin qəm acısı.
Ömründa dərd çəkməsin,
Bəxtinə göz dəyməsin.
Güldür, çiçəkdir nəvəm,
Gözəl, göyçəkdir nəvəm!
QAÇASAN GƏRƏK
Hər halal çörəkli el süfrəsində
Qəlbini kitabtək açasan gərək.
Dostların könlünü dindirmək üçün
Dilindən incilər saçasan gərək.
Vətən torpağından söhbət düşdümü,
Zəfər bayrağından söhbət düşdümü,
Araz qırağından söhbət düşdümü,
Şair, pərvazlanıb uçasan gərək.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
171
Qeybətli məclisə düşdünmü, durma,
Vaxtını itirib, özünü yorma.
Başlarına dəysin plov, qovurma,
Ordan baş götürüb qaçasan gərək!
GÖRƏNLƏR BİLİR
Sanmayın anamız vətən qədrini
Döşünü qabağa verənlər bilər.
Yox, yox, zəhmətinin mənası kimi
Onun cəlalını görənlər bilər.
İnsanın insana məhəbbətini,
Əhdinə, andına sədaqətini
Bizim dünyamızın həqiqətini
Ömrünü mənalı sürənlər bilər.
Həyatın mənası dərindir, dərin
Gəlib öhdəsindən dərdin, kədərin,
Hünər meydanında çətinli, dərin
Arxasını yerə sərənlər bilər!
BİZİMKİ TUTMAZ
Deyirsən dost olaq, tutar bizimki,
Həyatdan kam alaq, tutar bizimki.
Ömür beş günlükdür, tutar bizimki.
Bəlkə heç günlükdür, tutar bizimki. –
Ey nadan, yox, yox Söz oynatma çox.
Görünür bilmirsən kim olduğumu
Böyük əməllərçin doğulduğumu.
Sən başqa adamsan, mən başqa adam,
Bizimki tutmaz.
Dostları ilə paylaş: |