Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
89 
 
Aradıq hər kəlmədə, hər sözdə bir inqilab.  
Dərələr, dağlar aşdıq, gah küsdük, gah barışdıq,  
Böyük günlər eşqinə yazıb-pozduq, yarışdıq.  
İlk gənclik çağımızda Ürək ocağımızda 
Sözləri dəmir kimi qızdıraraq əritdik,  
Ömrün xoş günlərini varaq-varaq əritdik.  
Şeir, sənət mülkünü yenidən qurmaq üçün,  
Bizə xor baxanların köksündən vurmaq üçün,  
Əridib qəlbimizi tökdük kağızlar üstə,  
Vətən, dost ellərə can dedik, hər nəfəsdə...  
Şairtək çəkdi dövran bizi, hey bərkə-boşa,  
Altında al bayrağın atıd içib durduq qoşa.  
Uymadıq şan-şöhrətə, mənasız bəzəklərə,  
Şeir bulaqlarından yol açdıq ürəklərə.  
Vətənin dar günündə səfərbər əsgər olduq,  
Məşəqqətli yollarda nə bezdik, nə yorulduq.  
Yox, bizi sarsıtmadı, qorxutmadı vuruşlar,  
Əziz bir xatirədir alnımızda qırışlar.  
Dostum! Sənin həyatın xeyli mənalı keçdi.  
Şeirlərin xalqının ürəyindən su içdi.  
Mən döyüş meydanında mərd tanıyıram səni,  
Yox, yox, qocaltmayacaq o coşqun ilham səni.  
Həyatında görmüsən həyatın hər üzünü,  
Qaranlıq aləmini, günəşli gündüzünü.  
Döyüşkən şair kimi sınaqlardan çıxmısan.  
Tükənməz zəfərlərin dost əlini sıxmısan.  
Sinəni çox gərmisən amansız dalğalara,  
Şair dostum, qəm yemə, sən hara, dərd-qəm hara!  
Polad bir dağtək dayan imtahan ayağında,  
Gül kimi qönçələnsin nəğmələr dodağında.  
Bu gün tamamlayırsan son öz əlli yaşını.  
Vətən "var ol" söyləyib sığallayır başını.  
Hələ indi çatırsan ömrün qaynar çağma,  
Şairlər qonaq gəlib sənin şeir bağına.  
Sənətin keşiyində dostum, ayıq, sayıq dur,  
Sinəndə partiyalı böyük bir ürək vurar! 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
90 
 
SAĞ OL, MÜƏLLİMİM SÜLEYMAN SANİ 
 
Məktəb illərində müəllimimiz  
Tək müəllim deyil, ataydı, ata.  
Adı Süleymandı; o illərdə biz  
Ümid bağlamışdıq bu böyük ada. 
 
0 qədər sevimli, o qədər əziz,  
O qədər mülayim bir insandı ki...  
Ürəyi, diləyi, vicdanı təmiz,  
O qədər, o qədər mehribandı ki. 
 
O qara illərdə düşdükmü dara,  
Müəllim! Sən bizə havadar oldun.  
Sabahı düşündün, bağrında yara,  
Vətənə, millətə vəfadar oldun. 
 
Yaxşı yadımdadır bu günə qədər  
"Qorxulu nağıllar", qorxulu illər.  
Yaxşı ki, o illər düşdü dərbədər,  
Gəldi dünyamıza uğurlu illər. 
 
Qasım İsmayılov küçəsindəki  
Məktəbin şagirdi şairdir indi,  
Qəlbinin ən dərin guşəsindəki  
Qoşmadır, nəğmədir, şeirdir indi. 
 
O qanlı illərdə məhəbbətlə sən,  
Bizə nişan verdin bu gülüstanı.  
Deyirəm ürəkdən, var səsimlə mən – 
Sağ ol müəllimim Süleyman Sani! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
91 
 
ANA 
 
Əzizə Cəfərzadəyə 
 
Ey könül, nəğməmizin ilk sözü - fəxr et, anadır,  
Yerlərə, göylərə, tarixlərə şöhrət anadır.  
Anadan əmdiyimiz saf südə and olsun ki,  
Gözümə sönməz işıq, qəlbimə qüvvət anadır.  
Anamın incə, şirin laylasına qurban olum,  
Yer üzündə əbədi, ülvi məhəbbət anadır.  
Cana gəlməz yeni dünyaya gələnlər anası.  
Körpələrçin anadır dövlət, hökumət, anadır.  
Məncə, qeyrətli qıza, mərd oğula alnı açıq – 
Keçdiyi nəğməli yollarda səadət anadır.  
Ey Süleyman, anadan yaz, anadan yaz, anadan,  
Vətənə, millətə, dünyamıza şöhrət anadır. 
 
 
TAPIBDIR 
 
Dostum Osman Sarıvəllinin Almaniya səfəri 
 
Leypsiq yarmarkasında qazaxlı dostum Osman  
Aşıq Ələsgərimin papağını tapıbdır.  
Nənəsinin evindən oğurlanmış qazanın,  
Düşüb əldən-ayaqdan qapağını tapıbdır.  
Nəbinin can sirdaşı igid Həcər xanımın,  
Oxloyunu axtarıb, tabağını tapıbdır.  
Şeri dillər əzbəri gözəl aşıq Pərinin  
Dişləri sağ-salamat darağını tapıbdır.  
Kahaların birində Adəm əleyhissalamın  
Çarığını, üstəlik dolağını tapıbdır.  
Hamımızın nənəsi Həvva həzrətlərinin  
İynəsini, sapını, oymağını tapıbdır.  
Leypsiq meyxanəsində Masazırlı Vahidin  
Cibindən yoxa çıxmış arağını tapıbdır.  
Qoç Koroğlunun deyil, qoçaq Hacı Qaranın,  
Patronları cağbacağ yarağını tapıbdır. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
92 
 
Almaniya torpağında dədəsi Abdullanın  
Qoyun-quzuya həsrət çomağını tapıbdır.  
Yazıq aşıq Pənahın, Osmanla davasında  
Parçalanmış sazını, çanağını tapıbdır.  
Alman Bodenştedtin mətbəxinin küncündə  
Şair Mirzə Şəfinin başmağını tapıbdır.  
Vətənə tezdən də tez çatmaqçın Nəsrəddinin  
Təyyarədən sürətli ulağını tapıbdır. 
 
 
NİZAMİ 
 
Öz Gəncəsinə baxdı məhəbbətlə Nizami,  
Baş əydi əziz xalqına hörmətlə Nizami.  
Hər kəlməsi, hər cümləsi bir canlı xəzinə,  
Təkdir bütün aləmdə bu sərvətlə Nizami.  
Yağdırdı dilindən od, alov zülmətə qarşı.  
Dilbir yaşadı haqla, ədalətlə Nizami.  
Dür saçdı sözündən bu yer oğlu, ulu insan,  
Ustaddır, ekizdir əbədiyyətlə Nizami.  
Dünyada onun şeri, sözü bilmədi sərhəd,  
Son mənzilə də köçdü bu şöhrətlə Nizami.  
Qoy gəncəlilər, Gəncə sevinsin ki, bu yerdə  
Söz qoşdu, qələm çaldı cəsarətlə Nizami  
Aydan da, günəşdən də uzun ömr edəcəkdir,  
Qəlbindəki atəşlə, hərarətlə Nizami. 
 
 
SONAMIZ 
 
Şerlərimin ilk oxucusu makinaçı bacım Sonaya 
 
Bizi bizdən də gözəl sən tanıyırsan, Sonamız,  
Üzü ağ, alnı açıq, ey nəcib insan, Sonamız! 
 
Bu böyük ailədə keçdi bahar çağlarınız,  
Qəlbinizdən demirəm köçdü bahar çağlarınız. 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə