(1882-1938) və b. olmuşdur. “Sosial-demokrat” ifadəsi əv-
vəllər bütün sosialistlərə, o cümlədən marksistlərə də aid edil-
mişdir. XX əsrin əvvəllərindən bu qanadlar arasında təşkilati
ayrılmalar kəskinləşdikdən sonra isə bu ifadə yalnız isla-
hatçılara aid edilmiş, marksistlər isə bir qayda olaraq “kommu-
nistlər” adlandırılmışdır.
Müasir sosial-demokratiya nəzəriyyəsi azadlıq, bərabərlik
və həmrəylik prinsiplərinə əsaslanmaqla hüquqi-demokratik
dövləti, qarışıq iqtisadiyyata və sosial ədalətə əsaslanan bazar
iqtisadi sistemini müdafiə edir. “Sosial-demokratiya”nı bəzən
ideologiya da adlandırırlar. Lakin, müasir dövrdə onu ide-
ologiya adlandırmaq düzgün olmaz, belə ki, hazırda sosial-de-
mokratlar öz prinsiplərinin hər bir dünyəvi və ya dini ide-
ologiya tərəfindən qəbul edilə biləcəyini qeyd edirlər (1.24).
Ona görə də onu müstəqil ideologiya kimi yox, daha çox bazar
iqtisadi sisteminin bir modelini və demokratiyanı müdafiə edən
bir siyasi cərəyan, nəzəriyyə, iqtisadi görüş kimi qəbul etmək
daha doğru olar. Demokratiya və insan haqları bu gün qlobal
səviyyədə qəbul olunduğundan sosial-demokrat nəzəriyyəsi
özünü daha çox iqtisadi sistemə münasibətdə göstərir. Bazar
iqtisadi sisteminin bu cərəyan tərəfindən müdafiə edilən
modelinin elmdə də elə
“sosial-demokrat modeli” adlandırıl-
ması qəbul edilmişdir. Həmin modelin əsas xüsusiyyətləri
aşağıdakılardır (2.31, s.189-190):
1.
Dövlət mülkiyyətinin yüksək çəkiyə malik olması;
2.
Əmək münasibətlərinin ümummilli, ümumdövlət sə-
viyyəsində tənzimlənməsi, tarif dərəcələrinin, kollektiv
müqavilələrin
müəyyən edilməsi;
3.
Dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin
gəlirləri üzrə təbəqələşməsinin azalmasını təmin et-
məsi;
4.
Ümumi Milli Məhsulda (ÜMM) dövlət büdcəsinin pa-
yının çox olması.