13
7 iyun 1918: Stepan Şaumyan Bakı Sovetinin həmin günü iclasında
çıxışında deyirdi: “Daşnaksutyun” partiyasının məlumatına görə türklərin Qara
dənizdən İrana qədərki cəbhə boyunca cəmi 18-20 min yorğun, başıpozuq qoşunu
var. Onlar belə bir qüvvə ilə Bakıya gəlib çıxmaq üçün Zaqafqaziyanı əllərində
saxlaya bilməzlər. “Bakinski raboçi” 11 iyun 1918 №112 (228)
7 iyun 1918: 9-cu Qafqaz alayı 7 iyun saat 12.30-da Qazax qəsəbəsinə
çatmışdır. Alay bütün atlı əhali və bölgənin adlı-sanlı adamları tərəfindən şəhərdən
xeyli uzaqda çox təntənəli surətdə qarşılanmışdır. Qəsəbə Osmanlı bayraqları və
zəfər tağları ilə bəzədilmişdi.
7 iyun 1918: 9-cu Qafqaz alayı Qazaxa çatmaqla bərabər mürəttəb süvari
alayını əmrinə götürərək ona “Gəncə dəstəsi” adı verilmişdir.
8 iyun 1918: Həsən bəyin 13-cü alayla gücləndirilən qüvvəsi Kürdəmir
uğrunda Qarasaqqal stansiyasında və şərqinə toplanmış düşmənlə bütün günü
döyüşmüşsə də düşmən məğlub edilmədiyindən Həsən bəyin dəstəsi döyüşü davam
etdirməyi sabaha saxlayıb gecəni Qarasaqqal ilə İbrahimbəyli kəndi arasında
keçirmişdir.
9 iyun 1918: Firqə qərargahı 8-dən 9-a keçən gecəni Ağkığıda, 9-dan 10-a
keçən gecəni də Ləmbəlidə keçirdi. Buradan atlı çapar ilə əvvəlcə yola çıxan
mürəttəb süvari alayı və 9-cu alay istisna olmaqla 5-ci Qafqaz firqəsi, firqə
qərargahı, teleqraf taqımı, orkestr bölüyü, 10-cu Qafqaz alayı 26-cı tabur, istehkam
bölüyü, dağ topçu taburu, II qədəmə ilə 13-cü Qafqaz alayı, artilleriya taburu,
səhiyyə bölüyü, səyyar xəstəxana, mətbəx taqımının 12.06.1918-cı ildə Ağstafaya
çatacağı haqqında Qazaxa Qafqaz İslam Ordusuna rəsmi məktub göndərdi.
9 iyun 1918: Təqviyyə qüvvəsi kimi göndərilən 9-cu alaya daxil olan
Gəncə dəstəsi qatarlarla saat 4.30-da Qazaxdan hərəkət edərək saat 22.20-də
Gəncəyə çatmışdır. Burada onların qarşılanma mərasimi olmuş, Türk İslam Ordusu
komandanı Nuri paşa qarşılanmada iştirak etmişdir.
10 iyun 1918: Türk İslam Ordusu komandanlığı еrməni məhəlləsinin
tərkisilah edilməsi qərarını qəbul etdi və bu barədə “Gəncə dəstəsi” komandirinə
şifahi əmrlər verdi.
10 iyun 1918: Qafqaz İslam Ordusunun əsas gücünü təşkil edəcək olan 5-ci
Qafqaz firqəsi birlikləri Gəncəyə daxil oldu.
10 iyun 1918: Tiflisdə mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin elan
olunması xəbəri Bakıya çatan kimi Şaumyan onun üzərinə yürüşü planladı. İyunun
10-da Bakı Sovetinin qoşunlarının (I Qafqaz Qırmızı Korpusu adlanır) Hacı
Qabuldan Gəncəyə hərəkatı başlandı. Korpusun komandiri Qazarov, qərargah rəisi
Avetisov, 1-ci atıcı briqadanın komissarı Quloyan, 2-ci briqada komandiri Ter-
Sarkisov, 3-cü briqadanın komissarı A.Mikoyan, 4-cü briqada komissarı
A.Qabisev, topçu komissarı Sarkisyan, siyasi qüvvələr komissarı T.Şaumyan idi.
Bakı Soveti qoşunlarının baş komandanı Hərbiyyə və Dəniz işləri komissarı
14
Q.Korqanov təyin olundu. Erməni Milli Şurasının qoşunu da daxil olan bu orduda
ermənilər sayca üstünlük təşkil edirdilər.
11 iyun 1918: Erməniləri tərkisilah edərkən 18 türk əsgəri şəhid oldu.
Onların bəzisinin meyidi eybəcər hala salınmışdı (bəziləri hələ canını tapşırmamış
onların qulaqlarını, dodaqlarını, burunlarını kəsmişdilər, hətta bir əsgərin sinəsində
tonqal da qalamışdılar). Nuri paşanın tapşırığı ilə həmin əsgərlərin cəsədləri yerli
müsəlmanlardan və qoşundan gizlədildi və kimsə əzabkeş əsgərləri görməsin deyə,
yalnız üçüncü gün səhər saat 5-də Şah Abbas məscidinin qarşısındakı meydanda
onları basdırdılar. (“İttihad” qəzeti (25 may 1919 № 9) Əbdüləli bəyin
xatirələrindən).
11 iyun 1918: Şaumyanın “ilk uğurları” barədə Leninə teleqramı: bizim
qoşunlar Sığırlı stansiyasını tutmuşlar. Qoşunlarımız irəli hərəkət edir.
12 iyun 1918: Bakı Soveti qüvvələri Kürdəmiri işğal edib Göyçaya
yaxınlaşdılar.
12 iyun 1918: 11 iyun gecəsi Ağstafadan qatarla hərəkət edən 28-ci tabur
və bir Şnayder dağ topçu dəstəsi, 27-ci taburdan bir piyada bölüyü 12 iyunda saat
13-də Gəncəyə daxil oldu.
12 iyun 1918: Səhər Qafqaz İslam Ordusunun komandanı Gəncə
qəsəbəsində olan erməni taburu komandirinə göndərdiyi məktubunda Osmanlı
ordusunun gəlməsiylə ümumi təhlükəsizliyin qorunması, habelə Osmanlı hökuməti
ilə ermənilər arasında sülh əldə edilməsi ilə əlaqədar olaraq erməni əhalisinin öz
silahlarını təhvil vermələrinin lazım olduğunu bildirdi.
13 iyun 1918: Bolşevik orqanı olan “Bakı Şurasının Əxbarı” qəzeti həmin
tarixli sayında (№50) xəbər verirdi ki, Moskvadan Bakı Soveti qoşunlarına
göndərilən zirehli maşınları gətirən Qırmızı Ordu komandirləri “Mapselyoza”
marşı ilə qarşılanmış, yaxın zamanda Bakının müdafiəsi üçün hərbi təyyarələr də
göndəriləcəkdir.
14 iyun 1918: Batumda Azərbaycanla Türkiyə arasında “Sülh və Dostluq”
müqaviləsinə əlavə daha 2 saziş imzalandı.
14 iyun 1918: Nazim bəy Müsüslü cəbhəsinə gələrək Qafqaz İslam
Ordusunun Baş Ərkani hərb rəisliyinin icrasına başlayır. Bu münasibətlə Nuri
paşaya “Allahın birliyinə sığınaraq bu cinahda rəhbərliyi öz üzərimə götürdüm”
deyə məlumat verir.
14 iyun 1918: Baş qərargah rəisinin erməni bolşevik qüvvələrinin
Kürdəmiri və qərbindəki bir neçə kəndi, о cümlədən Qarabucaq stansiyasını işğal
edib yandırması barədə məlumatı.
14 iyun 1918: Qafqaz İslam Ordusu komandanlığından Şamaxı hərəkatının
sürətlə tamamlanması-düşmənin məhvi və əsarətinin tezliklə bitməsi məqsədi ilə
bir qüdrətli dağ batareyası ilə 38-ci alayın, Ləzgi süvari alayınınsa Yevlaxdan
Kürdəmirə nəql edildiyi, Kürdəmirə 250 sandıq piyada mərmisi və 600 atım top
sursatının göndəriləcəyi bildirildi.