2
Elmi redaktoru:
Dr. Firdövsiyyə Əhmədova
Minaxanım, TƏKLƏLİ, Mehmet RIHTIM:
QAFQAZ İSLAM ORDUSUNUN XRONOLOGİYASI
Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 104 səh.
Kitab Azərbaycan dövlətinin müstəqillik qazanmasında və istiqlalının
saxlanılmasında mühüm rolu olan Qafqaz İslam Ordusunun mücadilə hərəkatı
tarixinin tədqiqinə həsr olunmuşdur. Bu məqsədlə ordunun qurtuluş fəaliyyəti
araşdırılmış xronoloji üslubda ardıcıllıqla, sistemə salınmışdır.
ISBN: 9952-450-49-1
© “NURLAR”, 2008
3
BÖYÜK MÜBARİZƏNİN SALNAMƏSİ
Qafqaz İslam Ordusunun fəaliyyət hərəkatı Azərbaycanın istiqlal tarixində
və bunun kimi də milli müqəddəratının həllində mühüm rolu olan bir hadisədir.
Kitabın hazırlanmasında məqsəd Qafqaz İslam Ordusunun keçdiyi şərəfli yolun
salnaməsini müəyyənləşdirib bərра etmək; bu şanlı ordunun fəaliyyətinin
başlanğıcından son ana kimi (30 oktyabr 1918-Mudros sülhündən sonra; dekabrın
3-də sonuncu qatar Azərbaycandan çıxanadək) mərhələ-mərhələ, imkan daxilində
günbəgün, diqqətlə araşdırmaq, bu şərəfli yolu bütünlüklə göz önünə gətirməkdir.
I Dünya müharibəsinin başlanması və müharibənin məhrumiyyətləri, həm
də Rusiyadakı hakimiyyət çevrilişləri Qafqazlarda, о cümlədən Azərbaycanda öz
dərin təsirini göstərməkdə idi. Bir yandan da Osmanlı - Rusiya qoşunlarının üz-üzə
dayandıqları Qafqaz cəbhəsi çox yaxında idi. Buna görə də öz milli taleyi uğrunda
mübarizə meydanına girən Azərbaycandan istər Osmanlı türk cəbhəsi
komandanlığına, istərsə də dövlətə tez-tez müraciətlər olurdu. Ermənilərin
müsəlmanlara; Azərbaycanın paytaxtı Bakıda, ardınca digər bölgələrdə başladığı
soyqırımlar Osmanlı dövlətini nəhayət qardaş xalqlara bir an gecikmədən hərbi
yardıma keçməyə sövq etdi. Təcili olaraq Mosul cəbhəsindən göndərilən ilk
yardımın ardınca mükəmməl hərbi yardım olaraq nəzərdə tutulan Qafqaz İslam
Ordusu hissələri Azərbaycana yetişir. Nuri paşa komandanlığı altında ilk dəstələr
Cənubi Azərbaycan - Naxçıvan - Qarabağ yolu ilə Gəncəyə daxil olduğu tarixlə
eyni günlərdə Tiflisdə Milli Şura Azərbaycanın istiqlal bəyannaməsini elan edir.
Ölkədə möhkəmlənmiş bolşevik-daşnak qüvvələrinə, habelə sonra gələn
ingilis müdaxiləçiləriylə qarşı-qarşıya gələn Qafqaz İslam Ordusunun Gəncədən
başlayan mücadilə yolu Bakıya istiqamətlənmişdi. Tərkibi ermənilərdən ibarət olan
Kommuna qoşunlarını Bakıyadək sıxışdıran Türk-İslam Ordusu Azərbaycanın
əsarətdə qalan kənd və şəhərlərini bir-birinin ardınca azad edərək Bakıya
yaxınlaşır. 15 sentyabrda böyük qurbanlar bahasına nəhayət azad edilən Bakıdan
sonra bu xilaskar qoşunun yolu Dərbəndədir.
Kitabda bu əlamətdar hadisələr xronoloji dəqiqliklə və səliqə ilə tərtib
olunmuş, bunlarla bir sırada Qafqaz İslam Ordusu qurtuluş hərəkatındakı görkəmli
şəxsiyyətlərin də həyatlarındakı mühüm tarixlər nəzərə alınmışdır.
Kitabın Qafqaz İslam Ordusunun Qafqazdakı qurtuluş hərəkatı tarixinin
öyrənilməsində müəyyən yeri olacağına əmin olmaq mümkündür.
4
QAFQAZ İSLAM ORDUSUNUN FƏALİYYƏTİ XRONOLOGİYASI
1 noyabr 1914: Rusiya Osmanlı imperatorluğuna müharibə elan etdi.
Bunun ardınca onu İngiltərə və Fransanın 5 noyabr 1914-dəki hərb elanları təqib
etdi. Rusiyaya lazım olan bəhanə tapılmışdı: İki Alman hərb gəmisi ingilis
donanmasının təqibindən qurtularaq Türkiyəyə doğru qaçmış və 10 avqust 1914-də
Çanaqqala boğazına girmişdi. Gəmi heyətinin rəhbəri admiral Sişon gizli bir
surətdə səy göstərərək türkləri bu hərbə qatmaq istəyirdi. Öz vəzifəsini icra
etməkdə olan admiral Sişon 27 oktyabr (ekim) tətbiqat bəhanəsiylə Qara dənizə
gəldi və tarixdə “Qara dəniz olayı” deyə anılan hadisələrə səbəb oldu.
1 noyabr 1914: Rus ordusu Qafqaz istiqamətində Osmanlı dövlətinin
sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum ətrafında döyüşlərdə hər iki tərəf
böyük itki verdi.
10 noyabr 1914: Qafqaz cəbhəsində hərbi əməliyyatlar qızışır. Qafqaz
cəbhəsinə yola düşərək Tiflisdə qarşılanan Rus çarı II Nikolay Qars və Sarıqamış
cəbhələrində imperiyanın Qafqaz Ordusunun əsgər və zabitləri ilə görüşür. Onun
gəlişində məqsəd orduda ruh yüksəkliyi yaratmaq idi. Azərbaycan türklərinin
Rusiyadan narazılığı güclənir.
9 dekabr 1914-18 yanvar 1915-ci il: Sarıqamış əməliyyatı. Türkiyənin
hərbi naziri Ənvər paşa və onun ərkani hərbi Qafqaz cəbhəsindəki döyüşlərə
ümidlə baxırdılar. Hərbi əməliyyat üçün buraya 90 minlik canlı qüvvəni birləşdirən
3-cü türk ordusu göndərilmişdi. Qələbəyə böyük inam bəsləyən Ənvər paşa döyüş
əməliyyatlarına şəxsən özü komandanlıq edirdi. Plana əsasən rus ordusuna əsas
zərbə Sarıqamış ətrafında endirilməli idi. Güclü şaxta və çovğun şəraitində gedən
döyüşlərdə türk ordusu böyük itkilər verdi və məğlub oldu.
Yanvar 1915: Zaqafqaziyada artıq hər birində 1000-1200 atıcısı və ya atlı
döyüşçüsü olan altı erməni könüllü bölükləri yaradıldı. Onlar rus ordusu tərkibində
vuruşurdular.
Fevral 1915: Gələcəkdə Azərbaycan Xalq Cümhuriyyətinin qabaqcıl
liderlərindən olan Fətəli xan Xoyskinin qardaşı oğlu Arslan xan Xoyski sərhəddi
gizlicə keçərək Ərzurumda Ənvər paşayla görüşmüş və müstəqil Azərbaycan
dövləti qurmaq naminə bir hərəkət planı təqdim etmişdi. Bu cəsarətli plana görə
Osmanlı ordusu Cənubi Azərbaycana girməli və bunun ardıncada Şimali
Azərbaycanda və Dağıstanda Difai tərəfdarları geniş müstəqillik hərəkatına
başlamalı idilər.
7 mart 1917: 52 deputatdan ibarət Bakı Deputatları Soveti formalaşdı.
Sovetin tərkibi qeyri-azərbaycanlılardan ibarət idi. Bakı Sovetinə qiyabi olaraq
S.Şaumyan sədr seçildi.
Martın sonu 1917: Gəncədə Nəsib bəy Yusifbəyli başdan olmaqla və
Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayevin iştirakı ilə “Türk Ədəmi mərkəziyyət”
partiyası yaradıldı. Partiya Rusiya məkanında federalist respublika ideyasını irəli