35
Onun katorqa cəzası bitmiĢdisə də masa arxasında əsil katorqaçı kimi
iĢləyirdi. Yeni arvadı - atası xaxol, anası alman qızı olan Anya daim təĢviĢ içində idi.
Xəstə kiĢiyə güvənə bilmirdi. Onu uĢaqlarının gələcəyi dərdə salırdı. Odur ki, o,
xəstə yazıçını ciddi rejimli iĢ Ģəraitinə salmıĢdı. "Alman dəqiqliyi" bu qızın öz cəza
metodu idi.
Yazıçı isə çəkdiyi qayğının dəhĢətindən fantastikaya qapılırdı, xəyallara
güc verirdi. Ən qəribəsi o idi ki, Ġstanbula qaçıb getmək istəyirdi. Hətta bu məqsədlə
Ġstanbuldakı rus konsuluna tövsiyə məktubu da almıĢdı (14, s.81).
Artıq bu fakt
bunun əyləncə, xəyal yox, ciddi məqsəd olduğunu göstərirdi.
Kilsə əsiri idi və imanında, sevgisində ifrata varırdı, dərviĢlər kimi vəcdə
gəlirdi. Bir dəfə belə olur: arvadı ilə ciddi bir iĢ dalınca gedirlər. Küçədə yığıncaq
olduğunu görüb dayanırlar. Müharibə baĢlamıĢ, 12 apreldə (1877) rus ordusu türk
sərhədlərini aĢmıĢ, indi qəzetlərdə çap olunmuĢ müharibənin elan olunduğu manifest
əllərdədir. Manifesti müjdə kimi əlində tutan yazıçı ekstaz içində: kilsəyə! Deyə
sürücüyə əmr edir. DüĢüb özü kimi ağlını itirmiĢ kütləyə qarıĢır və sidq-ürəklə rus
silahının Ģərəfinə duaya baĢlayır. Həmin gün aldığı həmin manifesti göz bəbəyi kimi
qoruyur. Ġndi arxivində mühüm sənədlər arasında həmin manifest də vardır (14,
s.340).
Ölümündən 4-5 ay əvvəl naĢir Suvorinin arvadını kilsədə cani-dildən ibadət
edərkən görüb dərhal ona yaxınlaĢır, and-aman edib yalvarır ki, söz ver mən öldükdə
məndən ötrü belə dua edəcəksən. Qadm Suvorinin ikinci arvadı idi; çox cavan və
təravətli idi. Belə qadınlar dua edərkən mələyə oxĢayarlar...
Qəribəlikləri çox idi. Təbiətən həssas olan Dostoevski elə buna görə də tez-
tez mənzil dəyiĢirdi. Bu zaman ona fikir verirdi ki, evin pəncərələrindən dünyanın
əbədi mənası olan kilsə qübbələri və xaçları görünsün; bu harmoniya ona dinclik,
rahatlıq verirmiĢ.
Bir vaxt Sibir katorqasında onunla birlikdə cəza çəkən, xüsusən öz mənəvi
təmizliyinə və eləcə də öz aralarında bir-birinə mehri-ülfəti ilə nəzərləri cəlb edən
Qafqazlı müsəlmanları (Qafqazda milli-azadlıq müharibəsi gedirdi və Sibir
həbsxanaları müsəlmanlarla dolu idi) böyük ehtiramla yad edir.
...Ölüm hökmü katorqa ilə əvəz olunduqda qəlbi əfvin riqqəti ilə dolan
yazıçı elə o edam kürsüsündən yeni adam kimi düĢür. Bu minnətdarlığı ömrü boyu
özü ilə gəzdirir. Sonrakı dinc həyatında onu çarpərəstlikdə məzəmməd edənlərə:
mən çara qarĢı çıxa bilmərəm, o mənə həyat bəxĢ etdi, - deyir. HəmiĢə padĢahı yerdə
allahın kölgəsi sanmağında qalır.
Çox gec ata olmuĢdu, daim onların fikrini çəkir, onların sabahını
düĢünürdü. Anasının çox varlı bacısı övladsız ölərkən var-dövlətini bacısı uĢaqlarına
vəsiyyət etmiĢdi. Artıq onuncu il idi ki, vərəsələr arasında miras davası gedirdi; hər
kəs öz payının az olduğunu, aldadıldığını düĢünürdü.