Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

75 
 
punĢ baklaqasını (flyaqasını)  tez-tez  ona  uzadırdı.  Nəhayət Qalanın Bəndər  yoluna 
açılan qapısı Ģiddətli hücuma qarĢı dura bilmir, qalanın içində qızğın küçə, meydan 
döyüĢləri  baĢlayır.  Bir  ev  belə  döyüĢsüz  ələ  keçmir.  Ġsmayıl  alındıqdan  sonra 
"bayram" baĢlayır: bir həftə qətl-qarət hökm sürür. Sərəsgər Aydoslu Mehmet paĢa 
Ġsmayıl qalası alınarkən həlak olur. 
Qürur  və  Ģərəf  mənbəyi  olan,  qalaların  ən  möhkəmi,  Avropada  belə 
alınmaz  qala  Ģöhrətini  daĢıyan  Ġsmayılın  əldən  getməsi  Türkiyədə  elə  bir  həyəcan 
qopardı ki, xalq ayağa qalxdı. II Sultan Səlim bu uğursuzluğa görə sədr əzəm (baĢ 
nazir) Əbdi PaĢanın edamına qərar verdi. 
Bu  qanlı,  dəhĢətli  savaĢdan  sonra  Suvorov  deyirdi:  Ġsmayıldan  möhkəm 
qala  ola  bilməz,  nə  də  onun  cəsur  müdafiəsindən  baĢqa  cəsurluq!..  Necə  də 
deməyəydi.  Ġsmayıl  alınandan  sonra  hələ  10  saat  qalanın  içində  döyüĢ  getdi. 
Həqiqətən qadınlar da vuruĢurdular. 23 min türk əsgərinə və 60 paĢaya məzar oldu 
Ġsmayıl. Qalaya ilk girən Nexlyudov oldu. Sərəsgər hələ də daxili qəfəsələrdə bərk 
müqavimət göstərirdi. 
Hər  iki  tərəfdən  o  qədər  ölü  var  idi  ki,  aylar  keçmiĢsə  də  onlara  bu 
xarabalıqda  baxan  yox  idi.  Bu  vəhĢilik  Peterburqda  da  narazılıq  doğururdu. 
Açıqdan-açığa  hamı  Suvorova  qarğıĢ  edirdi.  Hamı  ondan  qulyabani  kimi  qaçmağa 
qalmıĢdı.  Lakin  bu  qələbəni  Dertavin  kimi  ingilis  Ģairi  Bayron  da  mədh  etməyə 
giriĢdi. 
Qalanın  yerli  əhalisinin  əsasını  noqay  türkləri  təĢkil  edirdi.  Qala  fəth 
olunandan sonra isə bura əsasən xristian bolqarlar köçürüldü (45, VII c, s.24). 
Rus  qoĢunları  baĢlıca  olaraq  kazaklardan,  kalmıklardan  və  məhz  bu 
müharibəyə  göndərilmiĢ  ayrıca  meĢeryak  (tatar  əsilli  miĢarlar)  qoĢunundan  təĢkil 
olunmuĢdu. Ruslar əsarətə aldıqları xalqları dəhĢətli bir qəribəliklə assimilə edib öz 
iradələrinə  tabe  etdirməkdə  mahir  idilər.  Bu  qədər  müxtəlif  xalqlardan  təĢkil 
olunmuĢ ordu bir ağır yumruğa dönmüĢdü. Gürz kimi ağır baĢqa bir daha güclü və 
ağır yumruğun zərbəsi altında. 
Çar hökuməti hələ buna qədər də Kırımın alınmasında Suvorova borcludur. 
Kırım,  eləcə  də  böyük  Kuban  (kumanların-qədim  qıpçaqların  vətəni)  alındıqdan 
sonra  belə  ayağa  qalxan  yerli xalqı qan içində  boğub susduran, ram edən Suvorov 
olmuĢdu.  Kırımda  da  xalq  həyəcanlarının  sönmədiyini,  əksinə  get-gedə 
alovlandığını  görüb  Suvorovu  "öz  iĢindən"  ayırıb  bura  "dinc"  yerə  göndərmiĢdi. 
Ayağı  dəyən  yerlərdə  qan  selə  dönürdü.  Tatar  əsilzadələrini  yığıb  imperatriçənin 
sözünü  çatdırırdı:  boyun  əyməyənləri  Sibirə  göndərəcəyik...  Bu  təhdidin  tarixi 
mənası  var  imiĢ;  bu  təhdid  tatarların  acı  taleyi  imiĢ...  Təxminən  80  il  sonra  Kırım 
müharibəsində  də  Kırımın  qatili  general  Dolqoruki  də  tatarları  yenəndə  beləcə 
hədələmiĢdi. Bu hədəni Kırım müharibəsindən 90 il sonra Stalin yerinə yetirdi... 
Suvorov Kırımın, Qara dənizin Ģərq sahillərinin alınmasından sonra burada 
inzibatçılıq iĢinə giriĢir. Osmanlı Ģəhərlərini rua hərbi qalalarına çevirməklə məĢğul 
olur:  çox  əlveriĢli  mövqedə  yerləĢən  Axtıyar  buxtasında  hərb  qalası  tikdirir, 


76 
 
qələbələrdən vəcdə gələn imperateriça tezliklə Axtıyar adını Sevastopol adıyla əvəz 
edir. 
Suvorov xəyanəti də çox zaman açıq müharibədə iĢlətdiyi qılıncı kimi sağa-
sola  çalırdı.  Kırım  xanının  oğulları  içində  Avropa  təhsili  görmüĢ,  Venesiyada 
yaĢamıĢ  ġahin  Cərayı  Kırım  ilk  dəfə  tutulandan  sonra,  ruslar  oyuncaq  xan 
seçmiĢdilər,  guya  Kırıma  müstəqillik  vermiĢdilər.  Suvorovun  siyasəti,  apardığı 
mahir oyunları nəticəsində əldə olunan dinc fasilə zamanı hətta digər adlı-sanlı rus 
generalları,  Ģöhrətli  Rumyantsev  də  daxil  olmaqla  heç  kimin  xəbəri  olmadan 
Suvorov böyük məkrli bir iĢə hazırlanırdı. 
Suvorov  Kırımın  əhalisini  xristianlaĢdırıb  digər  Kırımlı  xristianlara  qatıb 
Azov  boyu  torpaqlarda  keçmiĢ  Qıpçaq  çölündə  məskunlaĢdırmaq  iĢinə  giriĢdi. 
Ermənilərə  Rostov  Don  (keçmiĢ  türk  limanı  Ģəhəri  Temernik)  torpaqlarında 
Naxçıvan,  yunanlı  və  xristianlaĢdırılmıĢ  30  mindən  artıq  tatarları  Azov  boyu 
çöllərdə  məskunlaĢdırıb  bu  Ģəhərlərə  Mariurpol  və  Melitopol  adları  verdi.  ġahin 
Gəray  aldandığını  baĢa  düĢür,  çünki  onun  "səmimiliyi"  kara  gəlməmiĢdi,  onu  da 
sürgün  edirdilər.  QardaĢları  isə  çoxdan  dava  meydanında  baĢ  qoymuĢ,  sağ 
qalanlarını ilim-ilim itirmiĢdilər. 
Praqa alındıqda (Praqanı böyük Praqa Ģəhəri ilə qarıĢdırmamalı; praq qədim 
slavyanca poroq "astana" deməkdir. Praqa VarĢava altında gözəl Ģəhər) Suvorovun 
gözü önündə əsgərlər uĢaqları, qadınları oda atırdılar. ġəhər od içində yanırdı, onlar 
ələ  keçirdiyi  köməksiz  əhalini  bu  cəhənnəmin  içinə  tullayırdılar.  Elə  bu  əsnada 
Nücəba  institutunda  oxuyan  qızına  hüdudsuz  sevgi  və  nəvaziĢ  dolu  məktublar 
göndərirdi:  "Salam  əzizim  Suvroçka.  Burada  torağaylar  ötüĢür,  dovĢanlar  təziyir, 
sağsağanlar  havada  kəlləmayaqlaq  aĢır.  Birini  yuvadan  götürdüm,  ağzımla 
yemləyirdim...  Allah  səni  qorusun".  (7,  s.73)  Sanki  ədalətiıi  bitib,  qılıncların  qan 
tökdüyü yerdən yox, seyrana çıxdığı bülbüllü bağçalardan yazırdı. 
Bu savaĢdan az sonra (1795) II Yekaterina Qrimmə yazırdı: "ġöhrətpərəst 
və paxıldır". (7, s.69) 
Böyük  tədbirlərinin  sevincinə  məhz  bu  anlarda  arvadı  zəhər  qatdı.  Bu 
məqamda  arvadının  kimliyi  onun  gözlərini  açdı.  Hər  ikisi  ona  ən  yaxın  adam  idi, 
indi arvadı onun öz əmisi oğlundan - cavan, gözəl Suvorovdan (fəqət Ġvan Ġvanoviç 
Suvorovdan)  uĢaq  gözləyirdi.  Cəbhələrdə  ömrü  keçən  Suvorov  bunu  xəyanət 
adlandırdı.  Yekaterina  onları  barıĢdırır.  Suvorov  arvadı  ilə  kilsəyə  gedir,  keĢiĢin 
ayağına  yıxılırlar,  bağıĢlanmalarını  rica  edirlər,  qəlblərində  bir-birinə  olan  kin  və 
nifrət  əriyib  yox  olur.  Amma  çoxdan  hər  Ģey  qoĢuna  qədər  yayılmıĢdı,  elə 
ətrafındakılar  da  onlara  qoĢulub  bu  böyük  kiĢinin,  sərkərdənin  dalınca  gülüb  ələ 
salırdılar. 
Özünün  də  qəribəlikləri  çox  idi;  istər  müharibələrdə,  istərsə  də  dinc 
həyatında xoruz kimi banlamağı vardı; amma bunu yerində edirdi. DüĢərgədə bunu 
qoĢunu hərəkətə gətirmək siqnalı kimi baĢa düĢürdülər; adi, gündəlik həyatda isə bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə