Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

79 
 
Böyük cəngavər qalxanı üzərində mavi rəng fonunda qızıl ulduz, həmçinin 
ulduzu  dövrələmiĢ  gümüĢü  əyri  hilal  onların  keçmiĢ  inamlarının  islamın  əsas 
simvolunu əks etdirməklə bərabər Turgenevlərin Qızıl Ordadan çıxan əsil-nəcabətli 
kiĢilərdən  olduğunu  da  göstərirdi.  Gerbdə  Turgenevlər  nəslinin  xristianlığı  qəbul 
etdikdən sonrakı tarixçələrini də ifadə edən simvollar var idi. Buradaca əyri hilalın 
sanki üstündəncə qanadlanıb pərvaz edən qartal rəsmi ailənin Məhəmmədi dinindən 
qopub  xristianlığa  qoĢulmasını  əks  etdirir.  Qırmızı  rəng  fonunda  qılınc  təsviri  və 
yaĢıl düzənlikdə  ox kimi süzən  yəhər-yüyəni at  Turgenevlərin hər zaman  xidmətə, 
atlanmağa hazır olduqlarını göstərirdi. 
Yazıçı  Turgenevin  anası  mahalda  varlı-dövlətli  qızlardan  biri  sayılırdı. 
Orlov  quberniyasından  baĢqa  Kaluqa,  Tula,  Tambov,  Kursk  quberniyalarında  da 
kəndləri var idi. 
Ata  Turgenevin  isə  mirası  yox  idi.  O,  qonĢu  Turgenevo  kəndindən  baĢqa 
heç nəyə  malik deyildi. Lakin hər bir qadını baĢdan çıxarıb, yoldan edən gözəlliyə 
və Ģöhrətli soyadına malik idi. 
1440-cı ildən baĢlayaraq öz tatar kökündən boy atan bu  nəsil Rusiya üçün 
böyük  Ģəxsiyyətlər  -  dövlət  adamları  vermiĢlər.  Turgenevlər  əsasən  hərb  iĢində 
özlərini  göstərmiĢdir.  Rus  çarı  Ġvan  Qroznı  Kazan  üzərinə  yürüĢü  niyyət  edərkən 
Pyotr Turgenevi  Astarxana  elçi  göndərir. Pyotr Turgenev  noqay  mirzələrini Kazan 
xanına köməkdən çəkindirməli idi. Lakin Yusuf Murza (rus knyazı Yusupovların ulu 
babası, Kazan xanının arvadı Süyüm Bikənin atası) onu söyüb, biabır etmiĢdi. 
Yazıçı  Turgenev  öz  nəsillərinin  tarixçəsindəki  bir  hadisənin  qürurunu  hər 
zaman daĢıyır, hər yerdə onu söyləməkdən usanmırdı. Onun ulu babası 1606-cı ildə 
yalançı  Dmitriyə  edam  kötüyü  qarĢısında  ötkəm-ötkəm  demiĢdi:  "Sən  Çar  Ġoannın 
oğlu deyilsən, sən qaçaq QriĢka Otepyevsən, mən səni tanıyıram". Bu cəsarətinə baĢı 
ilə  cavab  vermiĢdi,  onu  Moskvada  edam  etmiĢdilər.  Bir  çox  rus  zadəganları  - 
əyanları  Yalançı  Dmitrinin  əlini  öpərkən  ona  belə  qanlı  cavab  vermək  bu  nəslin 
tərcümeyi-halına yaraĢırdı. Rusiyada bu nəsli doğrucul, sədaqətli, ciddi insanlar kimi 
tanıyırdılar.  Ġndi  isə  Mirzə  Turgenin  nəvələri  kasıblaĢmıĢdı;  Çar  Ġvan  Qroznı 
Kazanm fəthindən sonra onları yenidən torpaq və mülklə mükafatlandırsa da indilik 
ata Turgenev çox kasıb niĢanlı sayılırdı. Budur,Vətən müharibəsi bitmiĢ, döyüĢçülər 
evə dönmüĢdülər. 
Varvara Lutovinovanın yaĢı keçməkdə idi, gözəlliyi ilə də öyünə bilməzdi. 
Sergey  Turgenev  ətrafda  məĢhur  olan  bu  xanımın  at  zavoduna  alayları  üçün  at 
tədarük  etməyə  ezam  olunmuĢdu.  Atası  bu  varlı  qızın  onun  gözəl  oğluna 
aludəçiliyini  eĢidib  oğlunu  tələsdirmiĢdi:  "Oğlum  evlən,  hökmən  onunla  evlən. 
Yoxsa az qalıb dilənçi torbasını götürüb qapı-qapı düĢək". 
Ata  Turgenevin  gözəlliyi  öz  uĢaqlarının  da  gözünü  qamaĢdırırdı.  Gələcək 
yazıçı üçün atası gözəl və parlaq rəngli oyuncaq qədər cazibədar idi, uĢaq gözlərini 
ondan çəkə bilmirdi. Gənc ata bunu duyur, istiqanlılıqla əlini oğlunun heyranlıqdan 
alıĢıb yanan üzünə çəkirdi.  Amma evlənən kimi Varvara anladı ki, əri onu sevmir, 


80 
 
sadəcə bu izdivac yox, kommersiya tədbiridir. Qısqanclıqdan alıĢıb yanır, dəlicəsinə 
vurnuxurdu.  Bu  böyük  evdə  xidmətçilərlə  yanaĢı,  (onların  sayı  40-ı  keçirdi), 
müsahiblər,  daimi  qonaqlar  yaĢayırdı.  Varvara  Lutovinova  çox  əliaçıq,  səxavətli 
xanım olduğundan, bütün kasıb qohumları, imkansız qonĢuları öz evində  yer verib 
saxlayırdı. Ġndi ərini güddürməyə bütöv "Ģtatda" casuslar da meydana çıxmıĢdı. 
Gələcək yazıçı evdəki ağır atmosferi dərdli-dərdli çox anacaqdı. Atası sərt, 
adamayovuĢmaz, vüqarlı bir insan idi; bununla bərabər, məhəbbət macərası olmadan 
bircə günü belə keçməzdi. Elə gələcək yazıçının ilk oxu da atasına görə daĢa dəyir: 
15  yaĢında  aĢiq  olduğu  Knyaginya  ġaxovskayanı  atasına  görə  itirir.  Qalib  çıxan 
rəqibi  öz  atası  idi.  Bu  mənada  onun  'Ġlk  məhəbbət"  povesti  həmin  xəcalətli  və 
nisgilli hadisəni əks edən avtobioqrafik əsər sayılmalıdır. 
Allah anaya - Varvara Petrovnaya əsirgədiyi gözəlliyin əvəzində ona güclü 
ürək  vermiĢdi.  Ərini  sevirdi,  ölümündən  sonra  onun  kabinetində  günlərlə  oturub 
onun xiffətini çəkirdi, özü dünyadan köçənədək belə davam etdi. Oğlanlarını bir an 
gec  gördükdə  fikrinə-xəyalına  nələr  gəlmirdi?!  Onlar  böyüyüb  evdən  getdikdən 
sonra  gözlərini  onlar  gələn  yollara  dikir,  onların  yolladığı  məktubla  nəfəs  alıb 
yaĢayırdı. Yazıçının valideynləri gözəl təhsil və  tərbiyə  görmüĢdülər. Odur ki, ata-
ana  hər  iki  oğlunun  (3-cü  uĢaq  xəstə  doğulmuĢdu)  təhsili-təlimi  üçün  əllərindən 
gələni etmiĢdilər; onları ibtidai sinifdən baĢlayaraq Almaniyada oxudurdular. Özləri 
də  buna  görə  xarici  ölkələrdə  yaĢayırdılar.  Həm  də  atanın  hələ  çox  gənckən  xəstə 
olduğu  məlum  olmuĢdu.  O  tez-tez  Avropanın  ən  yaxĢı  həkimlərində  müalicə 
olunurdu. Nəhayət, 42 yaĢında vəfat edir. 
Sergey  Turgenev  həyatından  belə  tez  gedəcəyini  bilibmiĢ  kimi  ondan 
istədiyini götürmək yerinə sanki onu birdəfəlik qoparırmıĢ... 
Ġndi  yenicə  baĢlayan  dul  qadın  həyatı  Varvara  Turgenevanı  daha  da 
sıxmağa baĢlayır. Qısqanclıq və xof içində keçən günlər bitsə də xanımın fironluğu 
daha da artmaqda idi. Anasının öz xidmətçiləri və rəiyyəti ilə amansız rəftarı, onlara 
etdiyi  zülm  və  qəddarlığı  oğullarını  pəriĢan  edib  ondan  qaçırırdı.  Malikanənin 
yanındakı yoldan ötən faytonlar zınqırovlarını bağlayırdılar ki, səs eləməsin; qayda 
belə  idi.  Çiçəkləri  sevirdi,  onu  yetiĢdirən  bağbanları  isə  döyürdü,  bir  qırılmıĢ  gül 
budağına görə, Hətta təhkimlisi vardı, oxudub gözəl rəssam eləmiĢdi. Ona naturadan 
çiçəkləri çəkdirirdi. Minlərlə çiçək Ģəkli çəkmiĢdi rəssam, sanki nə bağça-bağda, nə 
meĢələrdə,  nə  kəndlərin  üstündə,  tarlalarda  nə  isə  qalmamıĢdı.  Rəssam  isə  bezib 
ağlaya-ağlaya çəkirdi.. içib həyata nifrət edirdi. 
Öz malikanəsindən 5-6 kilometr aralıda axan çay qayadan aĢdığından Ģəlalə 
yaratmıĢdı;  burada  özləri  kiçicik  dəyirman  tikmiĢdilər.  Neçə  ildən  sonra  birdən  o 
Ģəlalənin  səsi  onun  xoĢuna  gəlmədi,  əmr  etdi  ki,  suyun  məcrasını  dəyiĢinlər.  Söz 
demək  olmazdı.  Böyük  oğlu  Nikolay  sərt  və  ötkəm  idisə,  yazıçı  lap  uĢaqlıqdan 
mehriban,  sözgötürən,  nəvaziĢkar  bir  bala  idi.  Hirsli-hikkəli  ana  onu  daha  çox 
əzizləyir,  "Allah  bunu  mənə  qız  vermək  istəyirmiĢ"  deyə  nazlayırdı.  Nə  qədər  ki, 
Turgenev balaca idi anasına pərəstiĢ edirdi. Amma cox sürmür ki, ananın uĢaqları ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə