Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   48   49   50   51   52   53   54   55   56

114 
 
xəstəliyi tutması zamanı  yıxılıb həlak oldu", deyirsə, Yalançı  Dmitri  taxta çıxanda 
isə  "Ģahzadə  qatillərdən  qurtarmıĢ,  qaçıb  gizlənmiĢdir",  deyə  elan  edir.  Nəhayət 
vaxtı  çatanda  bütün  bunlardan  sonra  Ģahzadənin  cənazəsini  Uqliçdən  gətirdib  çar 
sərdabəsində  dəfn  edir.  Qana  bulanmıĢ  qozları  üstünə  səpdirir.  Guya  uĢaq  bıçaqla 
yox,  qatillər  gələndə  qoz-qoz  oynayırmıĢ  və  onun  günahsız  qanı  da  bu  oynadığı 
qozların  üstünə  tökülmüĢdür.  Həmçinin  Ģahzadənin  Boris  Qodunovun  əlilə 
öldürüldüyünü təntənəli Ģəkildə bəyan edir. ġuyski hakimiyyətə keçir. 
Tarixdə avantüristlər və onların avantürası bəzən uğur da qazana bilirmiĢ. 
"Qodunovlar  ailəsinin  Qızıl  Ordalı  babası  Çata  (Çet,  Çetti)  Murza  Ġvan 
Kalita  zamanı  1330-cu  ildə  Rusa  köçmüĢ,  çara  yaxınlaĢmıĢdı  (38,  s.5).  Çata 
Murzanın  Ġvan  Qodun  adlı  nəvəsindən  Qodunovlar  soyu  yaranır.  Tarixə  təmiz  və 
vicdanlı baxıĢ (əslində tərəfsiz) sahibi olan Veselovski isə Qodunovların XIV əsrdə 
yaĢayan  həmin  babasının  Esen  (yəni  sağlam  və  ya  Hasan)  Qodun  adı  daĢıdığını 
göstərir  (8,  s.82).  Bu  faktın  təsdiqinə  N.Baskakovun  da  türk  mənĢəli  rus 
familiyalarına  həsr olunmuĢ əsərində rast gəlirik. Baskakov həm də bu familiyanın 
qodun-qudun  ("gödən")  sözünün  ikinci  əlavə  mənası  olan  "axmaq,  ağılsız  adam" 
mənasından yarandığını göstərir (3, s.57-58; 44, s.49). 
Qodunovlar böyük nəsildən çıxsalar da bu Ģöhrətli və  nəhəng nəslin kiçik 
bir budağı idilər. Bu nəslin böyük bir budağı Saburovlar və Velyaminovlar Moskva 
boyarları arasında görkəmli yer tutmuĢlar. 
Boris  Qodunov  öz  xarici  görünüĢü  kimi  ağlı  ilə  də  bütün  ətrafındakı 
insanlardan fərqlənirdi. Onun haqqında tarix səhifələrində qayğıkeĢ hökumət baĢçısı, 
ağıllı  rəhbər  kimi  bəhs  edilir  (Ключевский  В.О.Курс  русской  истории  (лексии 
41-43)). O Rusun qanunu seçilmiĢ bir çarı idi, lakin elə bir siyasi dedi-qodu qalmadı 
ki,  ona  qarĢı  çevrilməsin.  Hətta  yeznəsi  anadangəlmə  xəstə  çar  Fyodrun  ölümü  ilə 
bərabər  onun  2  yaĢında  ölən  qızını,  öz  bacısının  ölümlərini  qəzavü-qədərə,  əcələ 
yox, bu ən savadlı, ədalətli çarın ayağına yazmıĢlar. 
Boris  Qodunova  qarĢı  irəli  sürülən  ittihamlardan  heç  biri  hələ  sübut 
olunmayıb.  Lakin  bu  təqsirnamələr  nəsilbənəsil  hər  yeni  nəslin  gözündə  onu 
ləkələməkdədir. Əslində həm ağıllı, həm də tədbirli və təbəə sevən bir padĢah olan 
Qodunov  ölkənin  iqtisadi  qüdrətini  artırmaqdan  ötrü  əlindən  gələni  etmiĢdi.  Onda 
bəs əsil həqiqətdə kim idi Borus Qodunov? Gəlin məlum faktları təkrarən nəzərdən 
keçirək, təzədən onlara qiymət verək. 
Məqsədimiz əsli-kökü türk olan, bəlk də elə buna görə də rus tarixində türk 
köklü Ģəxsiyyət kimi qərəzlə qarĢılanan, xeyir iĢi də bəd yozulan rus çarının mənəvi 
cəhətdən bərpa olunmasına çalıĢmaqdır. 
 
"Борис не так-то робок! 
Какая честь для нас, для всей Руси! 
Вчерашний раб, татарин,  
зять Малюты  


115 
 
Зять палача и сам в душе палач,  
Возьмет венец и бармы Мономаха". 
 
PuĢkinin  "Boris  Qodunov"  faciəsinin  qəhrəmanlarından  biri  boyar  Vasili 
ġuyski zəhərli dili ilə həmin ittihamları "dunəki qul, tatar damğası ilə  - təkrar edir. 
ġairin  "Monomax  tacının"  ona  qismət  olması  barədə  təəssüflərinə  biz  də  təəssüflə 
cavab  veririk  ki,  tarix  çoxdan  o  Ģapkanın  tatar  iĢi  olduğunu  söyləməkdədir.  ġapka 
XIV  əsrin  baĢlanğıcında  qüdrətli  Qızıl  Orda  xanı  Özbək  xanı  bacısına  Moskva 
knyaginyası  Ġvan  Kalitanın  böyük  qardaĢının  (1317-ci  ildə  evlənmiĢlər)  arvadına 
verdiyi cehiz hədiyyələrdən biridir. 
Çar  Boriç  hakimiyyətə  rəsmən  keçən  kimi  çar  Fyodorun  vaxtında  əvvəl 
qəyyum  kimi  idarə  etdiyi  sayaq  yenə  də  bu  dövləti  ağılla,  ehtiyatla  idarə  etməyə 
baĢladı. Amma bir çox qazanlar örtülü qaynayırdı. 
Adlı-sanlı  boyarlar  -  Romanovlar,  ġuyskilər,  Mstislavskilər  düĢünürdülər 
ki,  rus  taxt-tacına  onların  daha  çox  haqları,  səlahiyyətləri  vardır.  Odur  ki,  Ġvan 
Qroznının sonbeĢiyi Dmitrinin ölümünü belə Boris Qodunovun boynuna qoymaqdan 
çəkinmədilər.  Həmin  uĢağın  Boris  Qodunovun  göndərdiyi  qatillərin  öldürdüyü 
barədə  Ģaiyə  buraxdılar.  Həmin  hakimiyyət  hərisləri  daha  irəli  təhlükəli  addım 
atdılar.  Qodunov  üçün  ağır  günlərdə  tifil  Ģahzadənin  guya  ölümündən  qurtularaq 
gizlədilməsi,  bu  gün  üzə  çıxıb  öz  qanuni  hakimiyyətini  tələb  etməyə  qalxdığını 
bəyan  etdilər.  Yalançı  Dmitri  haqqında  ilk  xəbər  saraya  çatan  kimi  Qodunov 
boyarlara  "bu  sizin  iĢinizdir",  -  demiĢdi.  Dedi-qodu  təhlükəli  avantüraya  keçib 
qorxulu  Ģəkil  aldı.  Onlar  belə  bir  fırıldaqçını  yetiĢdirib  meydana  buraxanda 
bilmirdilər  ki,  Rusun  baĢına  nə  müsibət  açırlar.  Onu  əldə  oyuncaq  edənlər  odla 
oynadıqlarını  bilə  bilməzdilər.  Rusu  10  ildən  artıq  çəkən  həyəcan  bürüdü.  Qan  su 
yerinə axır, fırıldaq Ģahlıq edirdi. 
Romanovlar  rus  taxt-tacına  hələ  bir  qədər  sonra,  1613-cü  ildə  sahib 
olacaqdılar. Lakin rus taxtına çıxmaq üçün hazırlıq çoxdan gedirdi. 1600-cü ildə Çar 
Qodunova  qarĢı  sui-qəsd  hazırlamıĢdılar.  Amma  ağıllı  və  tədbirli  Qodunov  cəld 
tərpənir  sui-qəsdin  üstü  açılır.  Romanovlar  sürgün  edilir.  Gələcəkdə  "çar  Dmitri 
Ġvanoviç"  adı  ilə  taxta  çıxan  Yalançı  Dmitri  (əsl  adı  Qriqori  Otrepyev) 
Romanovların  sadiq  nökəri  idi,  sui-qəsd  açılanda  o  rahibliyə  qaçmaqla  canını 
qurtarır. Sonralar onun mənĢəyi ciddi-cəhdlə öyrənilib Qriqori Otrepyev olduğu və 
məqtul  Ģahzadə  ilə  heç  bir  əlaqəsi  olmadığı  üzə  çıxarılsa  da  onun  bu  "tarixi 
rolundan"  əvvəl  Romanovlara  xidmət  etdiyini,  hətta  sui-qəsddə  əlbir  olduqlarını 
söyləməyi  vacib  bilməmiĢlər.  Amma  bu  çox  lazımlı  fakt  idi.  Ardınca  da  bu 
ssenarinin  təĢkilatçılarının  300  ildən  artıq  sürən  hakimiyyəti  gəlirdi.  Susmaq  qızıl 
demək idi... 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə